Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2013

Bəhlulun məscidi

Bəhlul xeyriyyəçilərin məscid tikdiklərini görüb tez özünü çatdırıb soruşur: 
-Nə edirsiniz?
Cavab verirlər ki, məscid tikirik. Bəhlul soruşur ki, nə üçün? Cavab verirlər ki, Allahın razılığı üçün.

Bəhlul məscid tikənlərin səmimiyyətini yoxlamaq üçün sifariş verir ki, bir daş yonaraq üstünə “Bəhlulun məscidi” yazsınlar və həmin daşı məscidin qapısı üzərindən asdırır.

Məscid tikdirənlər məscidin qapısında “Bəhlulun məscidi” yazıldığını görüb narahat olurlar. Bəhlulu tapıb onu top-tüfəngə tuturlar ki, başqalarının zəhmətini öz adına çıxırsan?!

Bəhlul deyir:
-Məgər məscidi Allahın razılığı üçün tikdiyinizi demirdinizmi? Camaat düşünə bilər ki, məscidi mən tikdirmişəm, amma Allah səhv etməz. Çox işlər var ki, bizim nəzərimizdə böyükdür, amma Allah yanında heç bir dəyəri yoxdur