Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2014

Mövsüm Səmədov ziyalıların müraciətinə münasibət bildirdi

Bu günlərdə bir qrup ziyalı Azərbaycan İslam Partiyasının hazırda məhbus həyatı yaşayan sədri Hacı Mövsüm Səmədovun azadlığa buraxılması ilə bağlı ölkə başçısına müraciət ünvanlayıb. Müraciətə M.Səmədov öz münasibətini bildirib. O bu müraciəti ailəsi vasitəsi ilə İslaminsesi.az-a göndərib. Hacı ziyalıların narahatlığını başa düşdüyünü bildirməklə, əslində buna heç bir zərurətin olmadığını da dilə gətirib.

Hacı Mövsüm Səmədov dəfələrlə qeyd edib ki, o, hakimiyyətdə yol verilən ciddi nöqsanları, qanunsuzluqları, ölkədə korrupsiya və rüşvətxorluq hallarını, milli-mənəvi dəyərlərə, xüsusən də hicaba qadağanı, məscidlərin sökülməsi kimi antiislam təzahürlərini tənqid etdiyinə görə haqsız yerə ittiham olunaraq həbs edilib.

Siyasi sifarişli həbsin motivlərinə gəldikdə isə qeyd edib ki, ittihamların hamısı saxtadır və bu, siyasi oyunbazlıqdan başqa bir şey deyil. Buna görə hakimiyyətdən əfv olunmaq xahişi edilməməli, əksinə, insanları haqsız yerə azadlıqdan məhrum edənlər ittiham olunmalıdır. M.Səmədov ziyalıların bu cür addımının gələcəkdə təmamilə əks effekt verəcəyini və qanunsuzluqların, günahsız insanlara qarşı törədilən ağır cinayətlərin davamına şərait yaradacağını bildirib.

AİP sədri Hacı Mövsüm Səmədov xalqımızı, onun çoxsaylı ziyalı təbəqəsini, cəmiyyətin inanclı kəsimini ölkədə günahsız yerə həbs olunan vətəndaşların, o cümlədən inanclı insanların, siyasilərin azadlıq hüquqlarının bərpa olunmasına yersiz xahişlə deyil, real tələblərlə, sivil mübarizə yolu ilə nail olmağa çağırıb.

Azərbaycan İslam Partiyası Hacı Mövsüm Səmədovun bu mövqeyini dəstəkləyərək öz həmişəki tələbində dayanır. Qurum tanınmış din alimlərinin, ruhanilərin, digər inanclı insanların nəinki hakimiyyət tərəfindən əfv olunmasını diləyir, əksinə, bu siyasi sifarişi verənlərin və onun icraçılarının qeyd etdiyimiz insanlardan üzr istəmələrini, bağışlanılmalarını xahiş etmələrini tələb edir və bunu gözləyir./İslaminsesi/


1711 بازدید
در حال ارسال اطلاعات...