Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Avqust 2014

Mövsüm Səmədov ziyalıların müraciətinə münasibət bildirdi

Bu günlərdə bir qrup ziyalı Azərbaycan İslam Partiyasının hazırda məhbus həyatı yaşayan sədri Hacı Mövsüm Səmədovun azadlığa buraxılması ilə bağlı ölkə başçısına müraciət ünvanlayıb. Müraciətə M.Səmədov öz münasibətini bildirib. O bu müraciəti ailəsi vasitəsi ilə İslaminsesi.az-a göndərib. Hacı ziyalıların narahatlığını başa düşdüyünü bildirməklə, əslində buna heç bir zərurətin olmadığını da dilə gətirib.

Hacı Mövsüm Səmədov dəfələrlə qeyd edib ki, o, hakimiyyətdə yol verilən ciddi nöqsanları, qanunsuzluqları, ölkədə korrupsiya və rüşvətxorluq hallarını, milli-mənəvi dəyərlərə, xüsusən də hicaba qadağanı, məscidlərin sökülməsi kimi antiislam təzahürlərini tənqid etdiyinə görə haqsız yerə ittiham olunar