Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2014

Qəzzə izzətə çatdı, İsrail rüsvay oldu!

Ərəb dünyasının tanınmış yazar və ekspertlərindən olan Əbdülbari Ətvan İsrailin bir ay uzanmış təCavüzü barədə yazır:
Qəzzə qalib gəldi, Cəsur mübarizlər böyük möCüzələrə imza atdılar. İşğalçı rejimin baş naziri Netanyahu, İsrail ordu generalları, onların qərbli və ərəb hamiləri tarixi məğlubiyyətə uğradı.
Bəli, Qəzzə və Müqavimət qalib gəldi. Bu müharibədə İsrail rüsvayçı məğlubiyyətə uğradı. O ölü bir ruhiyyə ilə öz hərbi qüvvələrini geri çəkdi. Bütün dünya İsrail və onun hamilərinə nifrət edir. Fələstini, Qəzzəni bu günlərdə tənha qoymuş ərəb başçıları nifrət hədəfidir. İsrailin vəhşi təCavüzü müqabilində susan ərəblər viCdanı qarşısında nə Cavab verəCək?!
Netanyahu atəşkəsi qəbul etdi. Bunu Qəzzədəki uşaqlara mərhəmət səbəbindən etmədi. Qəzzənin məktəbləri, xəstəxanaları uşaq qanına boyanıb. Netanyahu atəşkəsi ona görə qəbul etdi ki özü də işğalçı ordusu kimi qorxaqdır. Dünyanın dördünCü ordusu sayılan İsrail ordusu Xanyunus, Rəfəh, Darul-bəlhə bir metr qədəm qoya bilmədi. İsrail ordusunun tankları Qəzzə şəhərlərinə daxil olmağa Cəsarət tapmadı. Fələstinli mübarizlər tunellərdən, bunkerlərdən, düşmənin ağlına gəlməyən nöqtələrdən ona Cavab verdilər. Ərəb ordusu komandanları qərbin ən şöhrətli hərbi akademiyalarını bitiriblər. Bu akademiyalarda onlara qorxmaq öyrədilib, qorxu təlqin olunub. Onları inandırıblar ki, İsrail ordusu məğlubedilməzdir. Amma iman və şüCaət akademiyasını bitirmiş Qəzzə mübarizləri öz şəhadətləri ilə düşməni dizə çökürdülər.
Netanyahu ərəb orduları yox Fələstin mübarizləri ilə döyüşdüyü üçün məğlub oldu. Qəzzə əhli dörd həftə uzanan ölüm-dirim savaşında, ağır mərmilər başlarına enən zaman şikayətlənmədilər. Həmin vaxt bəzi ərəblər atəşkəs üçün yalvarırdı. Onlar böyük ümidlə gözləyirdilər ki, Qəzzə xalqı ağ bayraq qaldırıb təslim olsun. Amma bu xalq başını dik tutdu, öz vüqarı ilə İsrail generallarını, onların ərəb hamilərini alçatdı.
Tunellər və Müqavimətin raketləri yerində durur. Mübarizlər ötən günlərdə olduğu kimi döyüşə hazırdır. Onların arzusu şəhadətdir. Son 60 ildə İsrail belə bir qorxu və həyəCan yaşamamışdı. Bu qorxunu yaşadan kiçik Qəzzə zolağı idi. Qəzzədə uşaqlar dünyaya böyük gəlir. Onların alnında şəhadət yazılıb.
İsrail Qəzzəni işğal edə bilmədi və bundan sonra da baCarmayaCaq. Onların yerdən hüCumu manevrdən başqa bir şey deyildi. İsrailin Amerikadan aldığı qırıCılar yalnız uşaqların həyatını qıra bilər. Müqavimətin heç bir raket qurğusu, dayaq nöqtəsi vurulmayıb, məhv edilməyib. Hamilərinin iddiasının əksinə olaraq İsrail ordusu bütün insanlıq prinsiplərini ayaq altına aldı və dinC əhalini, qadınları, uşaqları, qoCaları hədəfə aldı. Amma qərbin terrorçu adlandırdığı Fələstin mübarizləri yalnız tankları, hərbi mərkəzləri hədəfə aldılar. Bu şərəfli qələbən mübarək olsun, Qəzzə!

Nur-az.Com


2655 بازدید
در حال ارسال اطلاعات...