Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2014

Ruhani libası geyməyin şərtləri

Əgər siz də hələ ruhani libası geyməmiş tələbələrdənsinizsə, şəksiz bu zəmində bir sıra nigarançılıqlarınız olacaq. Ruhaniyyətin dəyərlərinin qorunması, yetərli elmi dərəcə və təqvaya yiyələnmək, həmçinin ictimai problemlər uyğun nigarançılıqlardan sayılır.

Bu günədək müqəddəs ruhaniyyət libası ilə bağlı sizlərə bir çox məqalələr təqdim olunub. Amma hazırkı məqalədə xülasə şəkildə ruhani libası geyməyin qayda və şərtlərinə işarə edəcəyik.

Bunun üçün tələbələrin ruhani libası ilə bağlı əsasnaməsinin mətninə nəzər salırıq:

Birinci fəsil: Təriflər və külliyyat

Maddə 1: Bütün tələbələr üçün müqəddəs ruhaniyyət libasına sahib olmaq yalnız əsasnamədə qeyd olunan qanunlar əsasında mümkündür.

Qeyd 1: Adi insanların ruhani libası geyməsi qadağandır.

Qeyd 2: Elmi Hövzələrin İdarəçilik Mərkəzində təhsil qovluğu olmayan tələbələr ruhani libası geyinə bilməz. Bu tələbələr Elmi Hövzələrin İdarəçilik Mərkəzindən kod aldıqdan sonra əsasnamədə qeyd olunan qanunlara riayət etməklə ruhani libası geyə bilər.

Maddə 2: Bu əsasnamənin icraçı bölmələrinin vəzifələri aşağıdakı kimidir:

a) Elmi Hövzə İdarəçilik Mərkəzinin təhzib (paklama) bölməsi, planlaşdırma məsulu, libasa sahib olmanın təşkilatlandırılması və onun layiqli şəkildə icra edilməsinə nəzarət.

b) Ustanlardakı Elmi Hövzə Müdiriyyətlərinin təhzib (paklama) bölməsinin vəzifələri bunlardır: Libas geyinmə təhsil qovluqlarının hazırlanması, elmi və ümumi səlahiyyətlərin araşdırılmasından sonra yekun səlahiyyətin təsdiqi və tələbəyə ruhani libası geymək üçün icazə verilməsi.

Maddə 3: Ruhani libası əmmamə, əba və qəbadan ibarətdir. Bu libas tələbənin elmi hövzədə dini təhsil aldığının, onun dini dəyərlərə sadiqliyinin və İslam cəmiyyətində rol oynamağa hazır olduğunun göstəricisidir.

İkinci fəsil: Qayda-qanunlar

Maddə 4: Libas geyinməyin ümumi şərtləri:

1. Tələbənin ən azı 18 yaşının olması

2. Tələbənin cismi və ruhi baxımdan normal vəziyyətdə olması. Ehtiyac duyulan zaman cismi və ruhi sağlamlıq həkimlər tərəfindən analizlər vasitəsi ilə yoxlanılır.

3. Hazırda və ya daha öncə azğın, çaşdırıcı qrupların üzvü olmamaq, İslam, şiəlik, İslam quruluşu ilə müxalif olmamaq.

4. Düşüncə, siyasi, əxlaqi baxımdan azğınlığa yol verilməməlidir.

5. Vilayəti-fəqih prinsipinə və İslam Respublikası qanunlarına əməl etmək zərurəti.

6. Hüquqi və cinayi baxımdan ciddi şəkildə məhkum olunmamaq.

Qeyd 1: 3, 4, 5, 6-cı bəndlərdəki şərtlərə nəzarət statistika idarəsinin və Ustan Elm Hövzəsi Təftiş Komissiyasının öhdəsinədir.

Qeyd 2: Fərdlərin ümumi səlahiyyətinə nəzarət meyarı hazırkı halda onların mövcud vəziyyəti olacaq.

Maddə 5: Libas geyinmək üçün tələb olunan elmi şərtlər:

1. Uzun müddətli mədrəsə tələbələrinin 5-ci səthi tamamlaması (bütün imtahanlarda qəbul olmaq)

2. İnsanların tez-tez ünvanladığı dini suallara cavab verəbilmə gücü

Qeyd: Bu qanunun əldə edilməsi möhtəvası və icra üsulu Elmi Hövzələrin Müdiriyyət Mərkəzinin təsdiqlədiyi təlimatlarla təyin edilən elmi dəyərləndirmə yolu ilə gerçəkləşir.

3. Beşinci səthdə ruhaninin vəzifələri ilə bağlı xüsusi mərhələni tamamlamaq.

Maddə 6: Libas geyinmənin əxlaq və rəftar normaları:

1. Vaciblərə əməl etmək və haramlardan çəkinmək

2. Xoş əxlaqa sahib olmaq

3. Şəxsiyyət və rəftarda mötədillik, münasib zahiri görkəm

4. Ruhaniyyət dəyərləri ilə zidd keçmişin olmaması

Qeyd: Bu maddədə qeyd olunan şərtlərin əldə olunması Elmi Hövzələrin İdarəçilik Mərkəzinin təsdiqlədiyi təlimat əsasında Ustanlardakı Elmi Hövzə Müdiriyyətlərinin statistika bölməsinin həmkarlığı ilə Təhzib (paklama) bölməsinin öhdəsinədir.

Maddə 7: Müraciət edən tələbə xüsusi kursu başa vurduqdan, libasgeyinmə ilə bağlı qovluğun hazırlanmasından, müvafiq bölmələr tərəfindən zəruri səlahiyyətləri kəsb etdikdən və libas geymək icazənaməsi aldıqdan sonra ruhani libasına yiyələnəcək.

Qeyd 1: Ustanlardakı Müdiriyyətlərin təhzib (paklama) bölməsi hər il digər mərasimlərlə yanaşı rəsmi əmmaməqoyma mərasimi keçirir.

Qeyd 2: Ustanlardakı Müdiriyyətlərin təhzib (paklama) bölməsi libasgeymə icazəsi olan tələbələrə icazə vərəqəsi hazırlamağa vəzifəlidir.

Maddə 8: Ruhani libasına sahib şəxsin vəzifələri:

1. Ruhaniyyət şənində olan münasib geyimlərə riayət

2. Nizamlılıq, bədənin, paltarların təmizliyinə diqqətli olmaq, saç-saqqalın dağınıq olmamasına və ruhaniyyətin şəninə uyğun olmasına diqqət yetirmək

3. Uyğunsuz zahiri vəziyyətdən çəkinmək

4. İctimaiyyət arasında ruhani libasının hörmətini qorumaq

5. Müxtəlif məclislərdə tələbə görünüşünün qorunması və şəriyyət qanunlarına riayət edilməyən məclislərdən uzaq olmaq

6. Kübarlıq, dəbdəbə ardınca olmamaq. Ev, avtomobil alarkən ruhaniyyətin şənini nəzərə almaq

7. Daim ruhani libasından istifadə etmək

8. İslam ədəb-əxlaqına riayət etmək, nəzakət normalarına zidd, sərhədsiz zarafatlardan çəkinmək

9. Ruhaniyyət dəyərləri üst-üstə düşməyən fiziki və ləfzi qarşıdurmalardan uzaq olmaq

10. Ehtiyacların ödənməsində izzəti-nəfsi qorumaq, aza qane olaraq şəxsiyyətini alçatmamaq. Həmçinin pis, şər məqsədlərə nail olmaq üçün ruhani libasından sui-istifadə etməmək

11. Piramida şirkətləri kimi qeyri-sağlam iqtisadi sahələrə daxil olmaqdan çəkinmək

12. İslam quruluşu ilə vuruşan qruplarla rabitə yaratmaqdan və onlara üzv olmaqdan çəkinmək

13. Xüsusi ilə pak və nəcislə bağlı məsələlərdə vasvasılıq kimi əməllərdən çəkinmək. Lazım gələrsə bu zəmində müalicəyə başlamaq

Maddə 9: Ruhani libasına sahib tələbələr daimi şəkildə bu libasdan istifadə etməyə vəzifəlidirlər; elə bir şəkildə ki, ürfdə ruhani libası geyinən şəxs kimi tanınsınlar

Maddə 10: Qeyri-hövzə sisteminin məzunu olan və ya hazırda orada təhsil alan tələbələrin ruhani libası geyməsi qadağandır.

Maddə 11: Ustan Elmi Hövzəsinin Təhzib (paklama) bölməsi vəzifəlidir ki, müxtəlif səthlərdə təhsil alan tələbələri ruhani libası geyinməyə təşviq etsin.

Maddə 12: Ustan Elmi Hövzəsinin Təhzib (paklama) bölməsi vəzifəlidir ki, bir şəxsdə bu əsasnamədə qeyd edilən şərtlər olmasa həmin şəxsə verilmiş libasgeyinmə icazəsini ləğv etsin.

Maddə 13: Daim ruhani libası geyənlərə aid imtiyazlar əsasnaməyə uyğun olaraq təyin edilir.

Maddə 14: 14 maddə, 8 qeyddən ibarət bu əsasnamə Elmi Hövzələrin Ali Şurası tərəfindən təsdiq edildi.

nur-az.com


1325 بازدید
در حال ارسال اطلاعات...