Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2014

Lənkəranda İmam Hüseyn (ə) məscidində tədbir

Şəvval ayının 8-zi Bəqi Qəbristanlığının vəhhabi ünsürləri tərəfindən dağıdılmasının ildönümü və Qarabağ və işğal olunmuş ərazilərimizdə baş verən erməni qəddarlığını məhkum etmək məqsədi ilə Lənkəran şəhərində toplantı keçirdilib. Toplantıda Hacı Nəsimi vəhhabilikdən və onların cinayətkarçılıqlarından, habelə Bəqi Qəbiristanlığını və Kərbala məzarlarını viran etməklərindən söhbət açaraq bu azğın firqənin fitnəkar və saxta olduğunu, birbaşa imperialist qüvvələr tərəfindən dəstəkləndiyini vurğulayıb. O, daha sonra bu (imperialist və sionist) qüvvələrinin Azərbaycan Respublikasına qarşıda məlum mövqe sərgilədiklərini və erməni vandalizimi ilə onların cinayətkarlığına göz yumduqlarını bildirərək şəhidlərimizin ruhlarına dualar oxuyub. Sonda bəyanat oxunub, Məclis sona bitib.
Qeyd edək ki, toplantı 6 Avqust 2014 tarixdə, Lənkəran şəhəri İmam Hüseyn (əleyhissəlam) Məscidində keçirilib.

Bəyanat
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

وَمَنْ يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ

Surə Həcc, Ayə 32.

Hicri Qəməri tarixi ilə Şəvval ayının 8-zi hidayət çırağları olan Məsum İmamların (əleyhimussəlam) mələkuti hərəm və türbələrinin azğın vəhhabi ünsürləri tərəfindən dağıdılmasının ildönümüdür. Artıq 98 il bu faciənin üzərindən keçməkdədir. 1926-cı ildə baş verən 20-ci əsrin ən dəhşətli vandalizimi bəşəriyyət tarixinə “Yovmul Hədm” – Viran Olunmuş Gün kimi yazıldı. O, gün özlərini “Müsəlman” adlandıran Peyğəmbərin (səlləllahu əleyhi və alih) yalançı ardıcılları Mədinə şəhərində yerləşən Bəqi Qəbiristanlığına silahlı basqın edərək, başda 4 Məsum İmamların, İmam Həsən Müctəbanın, İmam Zeynul Abidinin, İmam Muhəmməd Baqirin, İmam Sadiqin, habelə Ümmül Möminin Xədicəi Kübra və Aişəni çıxmaqla İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) xanımla