Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2014

Leyla Yunus gecikdi!..

L. Yunus: Dost sənin bayramlarında rəqs edən adam deyil. Dost – rejimin zəncirli itləri üstünə cumanda yanında olan, çiyin çiyinə dayanan, səninlə birgə parçalanmaqdan qorxmayandır!

İmza barədə... Bir yazıda imza olub-olmaması, yazının həqiqi imza ya təxəllüslə yazılması mühüm deyil. Mühüm olan yazının mahiyyəti, mesajı, yükü, təsiridir. Bu yazının da müəllifini axtarmayın, sözünə baxın. Təqvalılar mövlasının (ə) buyurduğu kimi, sözə bax, danışana yox!

اُنظُر إلى ما قالَ و لاتَنظُر إلى مَن قالَ


Digər tərəfdən, böyük sənətkarlar şedevr əsərlərini əsil ad yox, təxəllüslə yaradıblar. Nümunəsi Füzuli! “Uzunçu, çoxdanışan” mənasını bildirən bu ad Azərbaycandan başqa bütün müsəlman ölkələrində pis qarşılanır. Necə yəni uzunçu? Adı Füzuli olan soydaşlarımız qonşu ölkələrə səfərə çıxanda adlarına görə heyrətlə qarşılanırlar. Bir sözlə, mən qorxu ya nüfuz gözləmək üçün təxəllüslə yazmıram. Əsil adla yazmamaqda ilahi məqsəd də ola bilər. Siz nikbin insan olsanız bu məsələni yaxşılığa yoza bilərsiniz. Amma qırğı gözlülər yazının əsil müəllifini “üç fitə” tapa bilər.

* * *

Rəhman və Rəhim Allahın adı ilə. Ey mərhəmətini dost-düşmənə əsirgəməyən Rəbbim! Nə çox söz və iş ki, bizə zərərli görünər, amma xeyrimizədir. Bəqərə surəsi, ayə 216:

Allahın düşmənləri ilə döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Bunu Allah bilir, siz bilməzsiniz.

كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَكُمْ ۖ وَعَسَىٰ أَنْ تَكْرَهُوا شَيْئًا وَهُوَ خَيْرٌ لَكُمْ ۖ وَعَسَىٰ أَنْ تُحِبُّوا شَيْئًا وَهُوَ شَرٌّ لَكُمْ ۗ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ


Necə tanıyaq, necə seçək? Bu da çətin deyil. Yəni tanımaq çətin deyil, olsun ki tanıyandan sonra əməl etmək çətin ola. Bəqərə surəsi, ayə 2:

Bu Quran (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.

ذَٰلِكَ الْكِتَابُ لَا رَيْبَ ۛ فِيهِ ۛ هُدًى لِلْمُتَّقِينَ


Demək, yaxşını pisdən seçmək üçün təqvalı olmaq bəs edirmiş. Günahdan təmizlən, əxlaqla bəzən və al Quranı əlinə. Bütün suallarının cavabı Qurandadır.

Qaçmaq ilk baxışdan xoş görünmür. Qaçmaq kişiyə yaraşmaz deyiblər. Amma kişiyəm deyib dayansan və kaftarlara yem olsan, səndən qalan bir ovuc sür-sümük və AXMAQ adı olacaq. Ataların adından mənasız və yanlış sözlər də deyilib. Bir də atalar Allah deyil ki, hər sözü mütləq haqq ola. Amma çobanın könlü olsa təkədən pendir tutar – deyən ataların sözlərində kara gələn öyüd-nəsihətlər çoxdur. Deyiblər ki, igidlik ondur, doqquzu qaçmaq, biri gözə görünməmək. Nəzərdə gizlənməyi yox, qaçmağı tutublar. Qaçmaq heç mütləq mənada da pis deyil. Qaçış üzrə dünya çenpionu olanların hörməti güləş, boks üzrə çempionlardan az deyil. Söz sözü çəkir, söhbət uzanır. Keçək mətləbə.

Leyla Yunus! Leyla Yunus daha çox Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri kimi tanınır. 1956-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1980-ci illərin sonunda Azərbaycanda başlayan demokratik hərəkatının fəal iştirakçısı olub. Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Sosial Demokrat Partiyasının yaradıcılarından biri sayılır. 1992-1993-cü illərdə Dağlıq Qarabağda hərbi əməliyyatlar gedərkən Leyla Yunus Müdafiə Nazirliyində İnformasiya və Təhlil mərkəzinə rəhbərlik edib. Azərbaycanın ilk hüquq müdafiəçilərindən olan Leyla Yunus 1994-cü ildən bütün fəaliyyətini əsasən bu sahəyə yönəldərək siyasi məhbusların problemi ilə məşğuldur.

Hazırda həbsdədir... Özü də, həyat yoldaşı Arif bəy də!

Bir ömür soydaşlarımızın tapdanmış haqlarını müdafiə edən, bu yolda təzyiq, təhqir, basqın, hər formada hücumlara məruz qalan bu mübariz qadın – Azərbaycanın Birinci Xanımı – Əliyevlərin hesab-kitaba girən qulluqçuları kimi qoçuluqla həbsə alındı. Dünya susur. Burada nə var ki?! Qəzzədə minlərlə insanın qətliamına susan dünya indi Leyla Yunusun müdafiəsinə qalxacaq?! Ya qalxıb nə edəcək? Şüar deyib dağılışacaqlar evlərinə. Cəllad da öz işində. Azərbaycan ki yatmayıb, özünü yatmışlığa vurub. Deyirlər yatanı oyatmaq olar, özünü yatmışlığa vuranı yox. Nə etsin, ayağa qalxsın? Peşəkar ovçular deyir ki, ayı, pələng kimi yırtıcının pəncəsinə düşəndə yeganə çıxış yolu özüünü yatmışlığa vurmaqdır. Xalqımız düz anlayıb ki, yırtıcı əlinə düşüb. Amma hesablamaları yalnız rejim, “puldur” polis haqqındadır. Öz fil cüssəsini, əjdaha gücünü nəzərə almayıb bu xalq. Anlamır ki, pələngin dişi filin dərisinə batmır. Xalq elə bir nəhəngdir ki, Mussolini, Hitler, Netanyahu, Əliyev bu nəhəngin qabağında cücə yox, cücü də deyil. Qorxudublar xalqı, özü də pis qorxudublar.

Çıxış yolu? Bu uzun məsələdir. Biz hələ ki söz mərhələsindəyik. İşə, inqilaba hələ ki qalır. Hələ ki sözümüz bir olmalıdır. Sözü bir olmayanın işi bir olmaz. Korrupsioner, əyyaş rejim də bu zəif nöqtəmiz üzərində manevr aparır.

Azərbaycanda ən qorxulu sözü ən ucadan deyən Leyla Yunus idi.

Tanınmış vəkil Aslan İsmayılov (Hakimiyyət təkcə formalaşma və idarə prinsiplərinə görə deyil, həm də cəza siyasətinə görə orta əsr təfəkkürlüdür - demişdi) Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində döyülüb, ölümlə hədələnəndə səsini çıxaranlardan biri də Leyla Xanım oldu: “Hakimiyyət kriminal idarəetmə siyasəti yürüdür. Bunlar elə düşünürlər ki, istədikləri adamı döyə, istədiklərini öldürə bilərlər. Aslan İsmayılovun kəskin çıxışlar etməsi, haqqı, ədaləti müdafiə etməsi hakimiyyətin xoşuna gəlmədi. Bu, bir daha göstərir ki, bu hakimiyyət üçün qanun yoxdur.”


Bir gün Leyla Yunus İlham Əliyevə müraciət də ünvaladı: (xülasə)
Bəsdir vahimələndiniz. Sizi gerçək olaraq izahedilməz qorxu və həyacan basıb. Nədən belə qorxursunuz? Doğrudamı bu gənclər – blogerlər, NİDA fəalları hakimiyyətinizə belə təhlükə yaradır ki, hər gün yeni gənclər həbs olunur?!
Siz bilirsiniz onların valideynləri hər saat yaxınlarınıza nələr arzu edir?!..
Gözəl anlayıram – arxalanacağınız, güvənəcəyiniz heç kim yoxdur. Bəli, nəhəng inzibati resurs, HEÇ BİR məhdudiyyəti olmayan hakimiyyət, böyük pullar var. Ancaq bununla yanaşı yanınızda intellektdən məhrum, yalnız maddi rifahlarının qayğısına qalan yaltaq oğrulardır. Belə adamlar sadiq dost ola bilməz. Onlar ilk təhlükədə nəinki Sizi satacaq, eyni zamanda prezident kreslosu uğrunda mübarizədə qarşıdurmada olan qruplaşmaların hansını dəstəkləməli olduğunu götür-qoy edəcəklər...
...Dost sənin bayramlarında rəqs edən adam deyil. Dost – rejiimin zəncirli itləri üstünə cumanda yanında olan, çiyin çiyinə dayanan, səninlə birgə parçalanmaqdan qorxmayandır. Sizə yazığım gəlir. Siz heç vaxt əsl dostluğun nə olduğunu bilməmisiniz.
Özünüzü ələ alın. Dayanmaq heç vaxt gec deyil. Yalnız o dünyadan dönüş yoxdur.
Emosiyalara qapılıb Sizi qıcıqlandıranlara, öz əllərinizlə boğmaq istədiklərinizə divan tutmağı tələb etmək lazım deyil.
Düşünün, axı tarixdə ölkəsini qana bulayan diktator və tiran kimi deyil, tolerant və praqmatik siyasətçi kimi qalmaq olar.
İndi, bu gün göstərişinizlə həbs edilən BÜTÜN günahsızları azad edin.
Seçim Sizindi…

Əliyev öz seçimini apardı, Leyla Xanım: Sizi zindana atdı. Gözləmirdiniz? Səhviniz bunda oldu. Yoxsa İlqar Məmmədovu görmədiniz? Görmədinizmi çirkaba batmış itlər vicdanlı və cəsur bir insanı necə qamarladılar! Nigarançılığım o deyil ki, haqq sözə görə şərlənib tutulmusunuz. Yox, bu bir iftixardır. Qorxunun süvar olduğu bu xalq heç olmaya qapı arxasında Sizi Azərbaycanın Birinci Xanımı kimi yad edəcək. Birincilik adla deyil. Siz birincisiniz, vəssalam. Amma... İlqar Məmmədovun bir məktubunu tez-tez oxuyun:

(REAL Sədri İlqar Məmmədovun AŞPA-ya məktubundan)

...AŞPA üzvləri!

Mənim vəziyyətim istedadlı Azərbaycan jurnalisti Eynulla Fətullayevin vəziyyəti ilə yalnız bir məsələdə oxşardır: 8 illik qeyri-qanuni həbs müddətinin dörd ilini tamamladıqdan sonra 2011-ci ildə o, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) presedentsiz qərarı əsasında azadlığa buraxıldı. Lakin bundan sonra o, başqa bir həbs müddətinin (çox güman ki, Avropa institutlarının səhv cəlbetmə siyasətinin nəticəsinin) qorxusu altında diktatorun ruporuna çevrildi. Bundan başqa, Cənab Fətullayev həbsdə 2,5 il qaldıqdan sonra, AİHM onun azadlığa buraxılması haqqında sonuncu qərarı qəbul etməyə hazırlaşdığı bir vaxtda, həbsxana administrasiyası onun cibindən narkotik maddə “tapdı”. Buna görə, onun həbsi yeni ittihamla uzadıldı.

Cənab Fətullayevin taleyi AŞPA-nın məğlubiyyətini və həbs-müddətinin uzadılmasına dair “dialoq”un çoxdan gündəmdən düşdüyünü, 23 yanvar 2012-ci il tarixli AŞPA-nın Azərbaycandakı siyasi məhbuslarla bağlı biabırçı səsverməsi ilə çox gözəl şəkildə göstərdi.

Cənab Fətullayevdən fərqli olaraq, mən təslim olmayacam – təkcə həyata fərqli fəlsəfi yanaşmama görə deyil, həmçinin, bu məsələdə daha böyük daxildə və beynəlxalq çevrədə həmrəylik üstünlüyünə malik olduğum üçün təslim olmayacam! TƏSLİM OLMAYACAĞAM!

Leyla Xanım! Bunu bacaracaqsınızmı? Həbsxana işgəncələrinə dözəcəksinizmi? Axı dünya sizin həbsxanada himayənizi Elçin Behbudov kimi əbləhə tapşırıb. Sizi qorumalı olan Vinni Pux gör necə münasibət bildirib: "Dövlətə xəyanət etməyə heç cür haqq qazandırmaq olmaz. İnsan vətənini sevməli, öz ölkəsi ilə düşmən olan bir ölkəyə casusluq etməməlidir. Bu cür hallara göz yummaq olmaz. Leyla Yunusun barəsində hələlik istintaq gedir. Hesab edirəm ki, sonda məhkəmə ədalətli hökm çıxaracaq. Hüquq müdafiəçisi müstəqil şəxs olmalı, nə iqtidara, nə müxalifətə qoşulmalıdır. Heç kimi təhqir etməməlidir. Leyla Yunus isə kameraların önündə polisin papağın başından götürüb yerə çırpır. Həmin papağın üzərində Azərbaycanın atributları təsvir olunub. Hüquq müdafiəçisi olan şəxs belə hərəkətlərə yol verməməli, ilk növbədə özünə hörmət etməlidir”. Yaxşı quyruq bulayır Sahibinin qarşısında...

Bu müqəddəs mövzuda ən ucuz haşiyəyə gəlirəm. Çünki hətta islamçıları müdafiə etməyə cürəti çatmış Leyla Yunusu özümdən çox böyük görürəm. Bir gün bu cızmaqaranın müəllifi də zülmə qarşı çıxmışdı. Şərlədilər, həbs etdilər, işgəncə verdilər, var-yoxunu əlindən aldılar. Amma o (mən günahkar) fürsət tapan kimi QAÇDI! Allahın əmrinə itaət edib qaçdı. Sevgili Peyğəmbərin Məkkədən Mədinəyə hicrətindən ruhlanıb qaçdı. Nisa surəsi, ayə 100:
Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir!

وَمَنْ يُهَاجِرْ فِي سَبِيلِ اللَّهِ يَجِدْ فِي الْأَرْضِ مُرَاغَمًا كَثِيرًا وَسَعَةً ۚ وَمَنْ يَخْرُجْ مِنْ بَيْتِهِ مُهَاجِرًا إِلَى اللَّهِ وَرَسُولِهِ ثُمَّ يُدْرِكْهُ الْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُ عَلَى اللَّهِ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا

Mən mühacirət etdim. Mühacirətin öz ağrıları var. Mən şəxsən Sizin həbsinizə qədər mühacirət qərarımı mütləq düzgün saya bilmirdim. Hər dəfə mühacir ağrısı yaşayanda ürəyimdən keçirdi ki, kaş... Amma Sizin həbsinizdən sonra mühacirətin ləzzətini anladım. Ruhən və cismən azadlıqdan ləzzət aldım. Bütün ağrılar kölgədə qaldı. Azad söz, budur ləzzət! Mən üzümü quldur Əliyevlərə, muzdur köpəklərə tutub sözümü azad deyə bilirəm. Mən kübar bir qadını yox, Sizi Azərbaycanın Birinci Xanımı adlandırıram və onlar acıq çıxmaqda acizdir, əlləri çatmır. Gecikiblər. Necə ki Siz gecikdiniz. Siz quldurların hakimiyyəti altında olan Vətəndə qalmamalı idiniz. Olsun ki taledir. İnanmıram ki, Allah Onun Hacı Mövsüm, Hacı Abgül, Hacı Tale kimi saleh bəndələrini müdafiə etdiyi üçün şərlənən, həbsə alınan Xanımı tənha qoysun. Allah Sizə yar olsun!

Padşahın son sözü:
(2009-2013-cü illərdə sosial-iqtisadi inkişaf üzrə Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş növbəti konfransda) Bizim daxili vəziyyətimiz çox sabitdir. Sabitlik qorunur. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir, xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır. Xaricdən olan bəzi təzyiqlər görürsünüz ki, heç bir səmərə vermir. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi!!

Ey Rəbbim! Ey dosta da, düşmənə də mərhəmət göstərən Rəbbim! Başa düşürəm bu zalımları saxlamısan ki, zülmləri ilə öz əzablarını artırsınlar. Səndən qəlblərimizə təpər, düşmən qarşısında, zindan divarları arasında mətanət istəyirəm...

P.S. Leyla Xanımın siyasi məhbus siyahısı

1. Allahverdiyev Fərəməz Novruz oğlu (Fərəməz Novruzoğlu) – 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

2. Əbilov Əbdül Əbdülmanaf oğlu – istintaqı davam edir

3. Əlibəyli Sərdar Məhəmmədəli oğlu – 4 il müddətinə azadlıqdan məhrum edilib

4. Əliyev Nicat Nazim oğlu – 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib (Azadxeber.org dini saytının baş redaktoru)

5. Həşimli Pərviz Kamran oğlu – istintaqı davam edir

6. Hüseynov Fuad Oqtay oğlu – 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

7. Quliyev Araz Faiq oğlu – 8 il müddətinə azadlıqdan məhrum edilib (Xeber44.com dini saytının baş redaktoru)

8. Məmmədov Hilal Əlif oğlu – 5 il müddətinə azadlıqdan məhrum edilib

9. Ramazanov Rəşad Ağaəddin oğlu – 9 il müddətinə azadlıqdan məhrum edilib (bloqçu və dindar)

10. Yaqublu Tofiq Rəşid oğlu – məhkəmə prosesi davam edir

11. Zeynallı Əvəz Tapdıq oğlu – 9 il müddətinə azadlıqdan məhrum edilib

12. Məmmədli Anar – istintaqı davam edir

13. Məmmədov Bəxtiyar Heydər oğlu – 8 il müddətinə azadlıqdan məhrum edilib

14. Məmmədov Qurban Cəlal oğlu – 3 il müddətinə azadlıqdan məhrum edilib

15. Abdullayev Ümid Əfqan oğlu – 2013-cü ildə 1 il müddətinə azadlıqdan məhrum edilib.

16. Axundov Rəşadət Fikrət oğlu – məhkəmə prosesi davam edir

17. Əzizov Məmməd Rasim oğlu – məhkəmə prosesi davam edir

18. Həsənov Rəşad Zeynalabdin oğlu – məhkəmə prosesi davam edir

19. Quliyev Bəxtiyar Səməndər oğlu – məhkəmə prosesi davam edir

20. Qurbanli Zaur Araz oğlu – məhkəmə prosesi davam edir

21. Məlikov Daşqın Əlisəfa oğlu – 2013 ildə 2,5 il müddətinə azadlıqdan məhrum edilib

22. Məmmədli Üzeyir Məhəmməd oğlu – məhkəmə prosesi davam edir

23. Novruzlu Şahin İbrahim oğlu – məhkəmə prosesi davam edir

24. Rüstəmzadə İlkin Bakir oğlu – məhkəmə prosesi davam edir

25. Məmmədov İlqar Eldar oğlu – məhkəmə prosesi davam edir

26. Sadıqov Yadigar Sadıq oğlu -2013 ildə 6 il müddətinə azadlıqdan məhrum edilib

27. Ağayev Fərid Nadir oğlu – 2007 ildə 13 il müddətinə azadlıqdan məhrum edilib

28. Dadaşbəyli Səid Ələkbər oğlu – 2007 ildə 14 il müddətinə azadlıqdan məhrum edilib

29. Əliyev Ceyhun Saleh oğlu – 2007 ildə 14 il müddətinə azadlıqdan məhrum edilib

30. Əliyev Rəşad İsmayıl oğlu – 2007 ildə 14 il müddətinə azadlıqdan məhrum edilib

31. İdrisov Mikayil Qərib oğlu – 2007 ildə 12 il müddətinə azadlıqdan məhrum edilib

32. Kərimov Cahangir Ramiz oğlu – 2007 ildə 14 il müddətinə azadlıqdan məhrum edilib

33. Kərimov Rasim Rafiq oğlu – 2007 ildə 13 il müddətinə azadlıqdan məhrum edilib

34. Qocayev Samir Edik oğlu – 2007 ildə 13 il müddətinə azadlıqdan məhrum edilib

35. Quliyev Bəybala Yəhya oğlu – 2007 ildə 13 il müddətinə azadlıqdan məhrum edilib

36. Mehbalıyev Emil Nurəddin oğlu – 2007 ildə 12 il müddətinə azadlıqdan məhrum edilib

37. Bağırov Taleh Kamil oğlu – 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilib

38. Səmədov Mövsüm Mərdan oğlu – 2011 ildə 12 il müddətinə azadlıqdan məhrum edilib

39. Pənahlı Nemət - 6 il müddətinə azadlıqdan məhrum edilib

40. Hacıyev Rahib – istintaq davam edir.

41. İnsanov Əli- 2006 ildə 11 il müddətinə azadlıqdan məhrum edilib

42. Quliyev Nicat - 2013 ildə həbs olunub, istintaq davam edir (sabiq iqtisadi əlaqələr naziri)

43. Lətifov Asif - 2013 ildə 5,5 il müddətinə azadlıqdan məhrum edilib (Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş əməkdaşı, baş leytenant)

44. Muradverdiyev Akif – 2013 ildə 4 il müddətinə azadlıqdan məhrum edilib

45. Ədalətli Babək Bəxtiyar oğlu – məhkəmə prosesi davam edir

46. İsmayıllı Elşən - məhkəmə prosesi davam edir, 2013 ildə İsmayıll hadisələri ilə həbs olundu (“Azadlıq” qəzetinin İsmayıllı bölgə müxbirinin qardaşı)

47. Məmmədov Eldar - istintaq davam edir.

48. Seyidov Elnur - 2013 ildə 7,5 il müddətinə azadlıqdan məhrum edilib

49.Hüseynov Seymur Şaban oğlu – 2010 ildə 4 il müddətinə azadlıqdan məhrum edilib

50.Səmədov Elmar Ramiz oğlu – 2010 ildə 4,5 il müddətinə azadlıqdan məhrum edilib

51.Yəhyayev Ağəli Eldar oğlu – 2010 ildə 4,5 il müddətinə azadlıqdan məhrum edilib

52. Abbasov Fəramiz – 2011 ildə 11 il müddətinə azadlıqdan məhrum edilib

53. Axundzadə Ruhulla Höccətullah oğlu - 2011 ildə 11,5 il müddətinə azadlıqdan məhrum edilib

54. Məmmədrzayev Firdovsi Teymur oğlu - 2011 ildə 10 il müddətinə azadlıqdan məhrum edilib

55. Səmədov Dəyanət - 2011 ildə 11 il müddətinə azadlıqdan məhrum edilib (AİP üzvü və partiya sədrinin qaynı)

56. Abbasov Ruhid Nəriman oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilib

57. Abdullayev Xudaverdi Yasər oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilib

58. Ağadadaşov Tərlan Faiq oğlu - 2013 ildə 5,5 il müddətinə azadlıqdan məhrum edilib

59. Ağayev Bəxtiyar Lətif oğlu - 2013 ildə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib

60. Allahverdiyev Rövşən Faiq oğlu - 2013 ildə 5,5 il müddətinə azadlıqdan məhrum edilib

61. Bağırlı Seymur Sahib oğlu - 2013 ildə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib

62. Fətəliyev Arif Böyükağa oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilib

63. Həşimov Elşən Əliağa oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilib

64. Həsənov Elnur Saiq oğlu - 2013 ildə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

65. Həsənov Nəsimi Yusif oğlu - 2013 ildə 4 il müddətinə azadlıqdan məhrum edilib

66. Hətəmov İlham Bəhmən oğlu - 2013 ildə 5,5 il müddətinə azadlıqdan məhrum edilib

67. İsayev Elsevər Eldar oğlu - 2013 ildə 1,5 il müddətinə azadlıqdan məhrum edilib

68. Kərimov Davud Tərlan oğlu - 2013 ildə 6 il müddətinə azadlıqdan məhrum edilib

69. Qarayev Rauf Nəbi oğlu - 2013 ildə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib

70. Qasımlı Ülfət Vahid oğlu - 2013 ildə 1,5 il müddətinə azadlıqdan məhrum edilib

71. Qasımov Anar Əsgər oğlu - 2013 ildə 5,5 il müddətinə azadlıqdan məhrum edilib

72. Qədimov Elçin Adil oğlu -2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilib

73. Qəhrəmanov Nahid Nəsib oğlu - 2013 ildə 5 il müddətinə azadlıqdan məhrum edilib

74. Qəmbərov Məmməd Ənvər oğlu - 2013 ildə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib

75. Quliyev Ceyhun Qaryağdı oğlu - 2013 ildə 5 il müddətinə azadlıqdan məhrum edilib

76. Quliyev Miraday Mürsəl oğlu - 2013 ildə 5 il müddətinə azadlıqdan məhrum edilib

77. Quliyev Elçin Adil oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilib

78. Quliyev Səxavət Hüseyn oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilib

79. Lələkişiyev Vahid Yusif oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilib

80. Mehdiyev Ramil Babaxan oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilib

81. Məmmədov Aydın Canbaxış oğlu - 2013 ildə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib

82. Məmmədov Elçin Əlisafa oğlu - 2013 ildə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib

83. Məmmədov Elçin Fizuli oğlu - 2013 ildə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib

84. Məmmədov Nofəl Xurşud oğlu - 2013 ildə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib

85. Mirzəyev Yusif - 2013 ildə 1,5 il müddətinə azadlıqdan məhrum edilib

86. Rəsulov Türkel Ramin oğlu - 2013 ildə 1,5 il müddətinə azadlıqdan məhrum edilib

87. Rzayev Elşad Fikrət oğlu - 2013 ildə 6 il müddətinə azadlıqdan məhrum edilib

88. Rzayev Sahil Xalid oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilib

89. Salehov Rauf Nizami oğlu - 2013 ildə 1,5 il müddətinə azadlıqdan məhrum edilib

90. Şıxaliyev Telman Şirəli oğlu - 2013 ildə 6 il müddətinə azadlıqdan məhrum edilib

91. Vəlişov Bayraməli Qurbanəli oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilib

92. Vəliyev Dadaş Tofiq oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilib

93. Vəliyev Ramil Rəhim oğlu - 2013 ildə 6,5 il müddətinə azadlıqdan məhrum edilib

94. Abdullayev Valeh - 2013 ildə 8 il müddətinə azadlıqdan məhrum edilib

95. Camalov Qorxmaz Hüseyn oğlu - 2013 ildə 7 il müddətinə azadlıqdan məhrum edilib

96. Əliyev Əli - 2013 ildə 4 il müddətinə azadlıqdan məhrum edilib

97. Hüseynov Elimxan - 2013 ildə 7 il müddətinə azadlıqdan məhrum edilib

98. Hüseynov Samir - 2013 ildə 6 il müddətinə azadlıqdan məhrum edilib

99. Məmmədov Səfər - 2013 ildə 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilib

100. Nəsirov Elvin - 2013 ildə 9 il müddətinə azadlıqdan məhrum edilib

101. Səfərli Ceyhun - 2013 ildə 9 il 4 ay müddətinə azadlıqdan məhrum edilib

102. Tofiqli Emin - 2013 ildə 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib

103. Ağalı Rza – 2013 ildə 7 il müddətinə azadlıqdan məhrum edilib

104. Ağayev Surac – 2013 ildə 5 il müddətinə azadlıqdan məhrum edilib

105. Əliyev Nicat – 2013 ildə 4,5 il müddətinə azadlıqdan məhrum edilib

106. Kazımov Xalid – 2013 ildə 8 il müddətinə azadlıqdan məhrum edilib

107. Kişiyev Namiq Əlisa oğlu – 2013 ildə 4,5 il müddətinə azadlıqdan məhrum edilib

108. Tahirov Ziya – 2013 ildə 7 il müddətinə azadlıqdan məhrum edilib

109. Quliyev Vüsal – 2013 ildə 3,5 il müddətinə azadlıqdan məhrum edilib

110. Məlikov Anar – 2013 ildə 1 il 7 ay müddətinə azadlıqdan məhrum edilib

111. Əsgərov Röyal – 2013 ildə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

112. Qurbanov Bəxtiyar Yaşar oğlu – 2013 ildə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

113. Süleymanov Abgül Nemət oğlu – 2012 ildə 11 il müddətinə azadlıqdan məhrum edilib

114.Ələkbərov İlham Fəxrəddin oğlu - 2012 ildə 3 il müddətinə azadlıqdan məhrum edilib

115. Əmiraslanov Elçin Səməd oğlu – Ömürlük 1996 ildə

116. Kazımov Arif Nazir oğlu – Ömürlük 1996 ildə

117. Kərimov Dəyanət Kərim oğlu – Ömürlük 1994 ildə

118. Mustafayev Həsən Hüseyn oğlu – Ömürlük 2000 ildə

119. Poladov Səfa Alim oğlu – Ömürlük 1996 ildə

120. Tahirov Əliyusif Damət oğlu – Ömürlük 2000 ildə

121 .Qayıbov İntiqam Yusif oğlu- Ömürlük 1993 ildə

122. Məhərrəmov Nadir Eldar oğlu – Ömürlük 2002 ildə

123. Məmmədəliyev Sahib Nürəddin oğlu - Ömürlük 1993 ildə

124. Şahmuradov Yaşar Xasay oğlu – Ömürlük 1993 ildə

125. İsmayılov Rəşid Nurulla oğlu - Ömürlük 1998 ildə

126. Kərimov Kəramət Paşa oğlu – Ömürlük 1997 ildə

127. Mustafayev Elşad Teyyub oğlu – Ömürlük 1995 ildə

128. Mustafayev Məqsəd Teyyub oğlu – Ömürlük 1995 ildə

129. Hüseynov Maqsud Vaqif oğlu – Ömürlük 1994 ildə

130. Hüseynov Vaqif Rza oğlu - Ömürlük 1994 ildə

131. Əliyev Sadıx Mikayıl oğlu - Ömürlük 2000 ildə

132. Mahsimov Rahib Shaval oglu- Ömürlük 1994 ildə

133. Məmmədov Məmməd Əli oglu - Ömürlük 2003 ildə

134. Məmmədvəliyev Səbuhi Seyfəddin oğlu – Ömürlük 2000 ildə

Bu 134 KİŞİ o Xanımın haqqını qaytarsa yetər!

Mühacir


1853 بازدید