Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2014

Fələstin raketləri İsrail üzərində

İslam İnqilabı Keşikçiləri Korpusunun komandan əvəzi Fələstində Müqavimət hərəkatının İran İslam Cümhuriyyəti tərəfindən dəstəkləndiyini və dəstəklənəcəyini bir daha vurğulayaraq deyib:
Bu gün Fələstinin işğal olunmuş torpaqları bütünlüklə Fələstin Müqavimətinin raketləri altındadır.
Cənab Hüseyn Səlami "Bir Baxış" televiziya proqramında region məsələlərini, xüsusilə Fələstində İslam Müqavimətinin işğalçı İsraillə döyüşlərini təhlil edib. Cənab Hüseyn Səlami Müqavimət şəhidlərini yad edərək deyib:
Heç şübhəsiz, ABŞ-ın Yaxın Şərq siyasətləri, xüsusilə İslam dünyasına münasibətdə siyasəti sionist rejimin girovundadır.
ABŞ-ın dünyaya, ərəb dünyasına baxışı sionist pəncərəsindəndir. Bu səbəbdən regionda baş verən bir sıra proseslər xüsusi yönə malikdir. Onlar düşünür ki, sionist rejim İslam dünyasının ağuşunda həbsdədir. ABŞ və İsrailin nəzərincə işğalçı rejim o zaman iqtidara çatacaq ki, ətrafdakı islamçı qüvvələr zəifləsin, səhnəni tərk etsin. Onlar islamçı qüvvələri zəiflətmək, hətta onlara hakim olmaq fikrindədir.
Suriyada Müqavimətin mühasirəsinə yönəli əməliyyatlar da eyni məqsəd daşıyır. Suriya hadisələrinin əsas məqsədi budur ki, Müqaviməti onu himayə edənlərlə əlaqələndirən Suriya halqası qırılsın. Bu məqsədlə ABŞ və Qərb ölkələri Suriyanı qarışdırır, bu ölkənin Müqaviməti yardım imkanlarını məhdudlaşdırır. Nəticədə Suriya İsraillə mübarizə əvəzinə daxili problemlərlə məşğul olur.
İŞİD cərəyanı idoloji və hərbi baxımdan ABŞ tərəfindən təmin edilir. Son məqsəd regionda böyük "İraq-Şam İslam Dövləti"nin yaradılmasıdır. ABŞ çalışır ki, irticaçı qüvvələrə kömək etməklə İranın regiondakı nüfuzunu zəiflətsin.
Misir, Ərəbistan və İordaniya ABŞ hökmü altında olan üç müttəfiqdir. Bu ölkələrin siyasəti ABŞ və İsrailin mənafeləri istiqamətində formalaşıb. Yeni siyasi fəza yaranmışdır və qlobal dəyişikliklər gedir.
Amerikalılar çalışdılar ki, İsrail təhlükəsi reallığını İran təhlükəsi fantaziyası ilə əvəz etsinlər. Region ölkələri, dünya ölkələrində İrana qarşı mənfi münasibət yaratmaq üçün hər yola əl atdılar. Bir məqsəd də müsəlman ölkələrindəki inqilabi hərəkatları İrana qarşı çevirmək, İslam İnqilabı prinsiplərinə uyuşmayan dini xətt yaratmaq idi. Bir sözlə, İslam daxilində parçalanma yaratmağa səy göstərdilər.
Sionist rejim yaranmış vəziyyətdən Qəzzəyə hücum üçün yararlandı. Onlar hiss etdilər ki ərəb ölkələri hazırkı vəziyyətdə Müqavimət yox, sionist rejimlə həmkarlıq edəcək.
Sionist rejimin əsas məqsədlərindən biri baxışları dəyişməkdir. İsrail çalışır ki keçmişdə baş verən hadisələri məntəqə xalqlarının təsəvvüründən silsin.
İran İslam İnqilabına qədər ərəb ölkələrinin sionist rejimlə bütün müharibələri məğlubiyyətə uğrayıb, Səbra və Şətila qətliamı kimi cinayətlər baş verib. Bu cinayətdən dolayı Ariel Şaron qəssab kimi tanınıb. Amma 1982-ci ildə İsrail ərəb qarşıdurmasında dönüş nöqtəsi yarandı. İslam İnqilabı, İmam Xomeyni (r) təfəkkürü arasında Hizbullah formalaşdı.
Hizbullah 1996-ci ildə İsraillə 16 günlük müharibədə öz iradəsini ortaya qoydu. Sonra HƏMAS və İslam Cihadı təşkilatları yarandı. Təcavüzkar rejimlə mübarizə yeni fazaya keçdi. Sionist rejimin 2000-ci ildə Livan sərhədlərindən geri çəkilməsi onun məğlubiyyətinin rəsmi təsdiqi oldu. Artıq Hizbullah döyüş taktikaları öyrəndi, ideoloji və hərbi baxımdan kifayət həddə silahlandı.
2006-cı ildə və 33 günlük müharibədə sionist rejim əfsanəvi məğlubiyyətlərin acısını daddı. Hələ o zamana qədər İsrail ordusunu dünyanın beşinci ordusu olaraq məğlubedilməz sayırdılar. Amma bu hadisələr yanlış təsəvvürləri alt-üst etdi, sionist rejimin real gücü bəlli oldu. Onlar artıq Merkava tanklarına güvənə bilməzlər.
Fələstin Müqaviməti Qəzzədə Hizbullahın qələbələrindən ilhamlandı. 2008-ci ildə sionist rejim Qəzzəyə hücum etdi. İslam Müqaviməti 22 gün ərzində sionist rejimi yerində oturda bildi. 2012-ci ildə İsrail növbəti dəfə Qəzzəyə hücum etdi. Bu dəfə fələstinlilərin silahı əvvəlkindən güclü idi. Onlar döyüş taktikasına yiyələnmişdilər.
Bu dəfə də sionist rejim məğlub İsrail təsəvvürünü aradan qaldırmaq üçün İslam dünyasında yaşanan problemlərdən yararlanıb, Dəmir Günbəz rəm sisteminə arxalanaraq hücuma keçdi.
Fələstin Müqavimətində baş verən mühüm hadisə hərbi sistemin güclənməsidir. Əvvəlki döyüşlərdə Müqavimətin hərbi gücü möhkə əsaslara malik deyildi. Amma artıq Müqavimət hərbi silah-sursat istehsal edir, müxtəlif mənzilli yüzlərlə raketi hədəfə yönəldir.
Əgər Müqavimət Hayfaya raket ata bilirsə demək bu raketlər 160 km uzaqlıqdakı hədəfə çatır. Bəli, artıq bütün İsrail ərazisi Müqavimət raketlərinin əhatə dairəsindədir.
Hazırda işğal olunmuş torpaqlarda məskunlaşmış yəhudilər asayiş nə olduğunu yaddan çıxarıb, məntəqədə təhlükəsizlik aradan qalxıb. İşğal olunmuş torpaqlarda təhlükəsizlik yaratmaq arzusu İsrailin gözündə qaldı. Bir tərəfdə güclü Hizbullah tufan qoparmağa hazırdır. Hizbullahın silahlarının gücü hamıya məlumdur. Digər tərəfdən Fələstin Müqavimətinin hərbi imkanları, döyüş taktikası, silahları meydana çıxıb. Müqavimət 11 İsrail tankını məhv edib, 48 tankı yararsız vəziyyətə salıb.
Qəzzənin təminatı üçün yeganə yol olan tunellər İsrailin iddia etdiyi kimi dağıdılmayıb. İsrailə atılan raketlər də belə tunellərdə quraşdırılıb. Müqavimətin şəhadət eşqi ilə yanan övladları gecə yarı İsrail hərbi qərargahlarına hücum edir. Bütün bunlar göstərir ki İsrail ən yaxın hədəflərinə çata bilməyib.
İsrail iddia edir ki Qəzzədə 32 tunel olub və bu tunellər tamamilə məhv edilib. Amma müharibə on gün də davam etsə İsrail görər ki neçə tunel qalır və İsrailə qarşı real təhlükədir. İsrail hələ ki Müqavimətin heç bir aparıcı komandanını aradan götürə bilməyib. Raket ambarları yerində durur. Bəli, Fələstin Müqaviməti yetkinləşib, kəşfiyyat strukturlarını gücləndirib. İsrailin kəşfiyyat şəbəkəsi Müqavimət qarşısında diz çöküb.
İran İslam Cümhuriyyəti Fələstini nə üçün himayə edir? Bizim himayəmiz Quran məntiqinə əsaslanır. Quran buyurur ki, nə üçün evlərindən çıxarılmış müsəlmanların müdafiəsi üçün vuruşmursunuz?! Dünya müsəlmanlarını, dünyanın zülmə düçar olmuş təbəqəsini müdafiə etmək bizim borcumuzdur. Bu müdafiə yolunda məhdudiyyət yoxdur. Necə olur ki, Qərb, ABŞ, ərəb başçıları əl-ələ verib müdafiəsiz Qəzzə əhalisini qətliam edir və gözləyir ki İslam dünyasının dayağı olan İran İslam Cümhuriyyəti müşahidəçi mövqeyi tutusun.
İran İslam Cümhuriyyəti bu günə qədər sionizmin cinayətlərinin qarşısını almaq üçün Fələstin Müqavimətinə heç bir köməyini əsirgəməyib. Bizim məntiqimiz budur. İslam dünyasının hansı nöqtəsində prinsiplər möhkəmlənsə bu hadisələr baş verəcək.
Düşmənin bildiyi kimi bizim mənəvi, siyasi, maddi və digər himayələrimiz aşkardır. Fələstin İslamın vücudundan bir hissədir. Rəhbərliyin də əsas xətti budur ki, məzlum müsəlmanlar müdafiə olunsun və bu bizim üçün bir iftixardır. Bəzi ərəb ölkələri bizdən fərqli olaraq ABŞ-ın hökmü altında İslam dünyasında məzhəb və tayfa parçalanmalarına cəhd edir. Bizim üçün zülmə məruz qalanların şiə, sünni olması fərq etməz. Fələstində şiə yoxdur. Amma bizim qəlbimiz Fələstin xalqına eşqlə çırpınır. Sözlərim təkcə emosiya deyil.
Fələstin nə uğur qazanıbsa bu uğur Müqavimət məntiqindən güc alıb. Nə üçün sionist tankları Qəzzə ərazisinə 200-300 metrdən çox daxil ola bilmir? Əgər bu tanklar Fələstin küçələrinə daxil ola bilsəydi bütün xalqı qətliam edərdilər. Amma Müqavimət yolları bağlayıb.
Bu gün Fələstin mövzusu dünyanın prioritet mövzusudur. Dünyanın super gücləri Fələstin Müqaviməti qarşısında görün necə kiçilib! Sionist rejim yalnız mərmi, raket atmaqla mülki xalqı qətliam edir. Onlar bu hücumda heç bir siyasi divident qazana bilməyiblər.
Bu gün Fələstin xalqı sakit və vüqarlı şəkildə müqavimət göstərir. Bəşər tarixində belə qeyri-bərabər müharibə görünməyib. Bu müharibə imanın silah üzərində qələbəsidir.
Qəzzə hadisələri dünyada ABŞ demokratiyası, ABŞ dəyərlərinin süqutunu göstərən hüzünlü səhnələr yaradıb. Sionist rejim Qərbin İslamın ağuşunda yaratdığı fitnəkar siyasi qüdrətdir. Məqsədləri bu rejim vasitəsilə dünyaya hakim olmaqdır. ABŞ-ın himayələrinin başqa bir səbəbi Amerikadakı sionist lobbilərin fəallığıdır.
Dünyaya ədalətsiz siyasi sistem hakimdir. Bu sistem ABŞ-ın təsiri altındadır. ABŞ-ın qoyduğu məhdudiyyətləri aşa bilmirlər. Biz 5+1 ilə müzakirələrdə şahid olduq ki necə ədalətsiz meyarlar gündəmdədir. Sionist rejim nüvə silahına malikdir və onu kimsə ittiham etmir. Herasima və Naqasakidə nüvə cinayətinə imza atan ABŞ ədalətdən danışır, dünyada tərksilah proqramı həyata keçirmək istəyir. İslam İnqilabı gəlib ki, bu ədalətsiz siyasi sistemi dağıtsın. Fələstində bu iş görülür. Onların imkanı olsa icazə verməzlər ki, Qəzzədə günəş doğsun, yağış yağsın.
Müqavimət bütün ərəb rejimlərinin legitimliyini sual altına aldı. Ərəb ölkələri Fələstin, Livan, Suriyanı İsrailə qurban verirlər ki, regionda legitimliklərini qoruyub söz sahibi olsunlar.
Misir Fələstinə yaxın ərəb ölkəsidir. Qəzzədə ana və uşaqların fəryadları bu ölkədə eşidilir. Misirdən baxanda Qəzzənin bombalanması aydın görünür. Demək, Misir rejimi sionist rejimin mənafelərinə xidmət edir. Onların informasiyaları sionist mənbələrdən qidalanır. İstəyirlər ki, Müqavimət silahı kənara qoysun. Amma yaxşı görürük ki, Fələstinə atəşkəs müharibədən böyük zərbə vurur.
İsrail və ABŞ dünya ilə güc dilində danışır, onların məntiqi zordur. Onlar yalnız gücə hörmət edir. Sionist rejimin məhvi yolu Hizbullah və bütün Müqavimət qruplarının yaratdığı qorxunun güclənməsidir.
Qəzzədə tunellər olsa da, olmasa da sionist rejim bu torpaqlarda addım ata bilməyəcək. Onlar yalnız hava hücumları və topxanaların atəşi ilə sözlərini deyə bilir.
Sionist rejim bildirir ki, bu müharibədə 67 nəfər itki verib. Bu 67 nəfərdən üç nəfərin mülkü şəxs olduğu söylənilir. Onların bu məlumatı Müqavimətin insani, humanist prinsiplərə sayğısını göstərir. Hansı ki işğalçı rejim Fələstində 2000 min nəfərə yaxın dinc sakini qətlə yetirib.
Heç vaxt müdafiə silahları, müdafiə qurğuları hücum silahlarını üstələyə bilməz. İsrailin bir zaman güvəndiyi Dəmir Günbəz sistemi Fələstinin raket yağışını təsirsizləşdirmək gücündə deyil. Bu sistemin maksimum göstəricisi atılan raketlərin 20 faizinin qarşısını almaq olub.
Atılan raketə qarşı hər raketin qiyməti 50 min dollardır. Müqavimətin atdığı raket isə çox ucuz başa gəlir. Əslində Müqavimətin raketləri onların bahalı raketlərini məhv edir.
Qərb Sahili yalnız daşla silahlanıb və tanınmayan FAT ilə sionist rejimin təzyiqləri altındadır. Amma Fələstinin bir qəlbi var. Bu gün bütün fələstinlilər əl-ələ verib.
Şübhəsiz ki, Qərb Sahili bir gün Qəzzə zolağının həyatını yaşayacaq. Şübhəsiz, onlar da silahlanıb meydana çıxacaqlar. Qəzzə də bir gün daşla döyüşürdü. İndi raketlərə, pilotsiz təyyarələrə malikdir. Bu iqtidar Qərb Sahilində də özünü göstərəcək.

Nur-az.com


1384 بازدید
در حال ارسال اطلاعات...