Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2014

Seyidin hüzurunda (tam mətn)





























Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullah ilə müsahibə


1-ci hissə

Livan Hizbullahının baş katibi Livanın Əl-əxbar qəzetinə müsahibə verib. Müsahibənin 1-ci hissəsi “Seyidin hüzurunda” başlığı adı altında təqdim olunur. Müsahibənin davamını yaxın vaxtlarda səhifəyə çıxaracağıq.
Seyid Həsən Nəsrullah müsahibədə Hizbullah zabiti İmad Muğniyənin intiqamından danışıb, bildirib ki, İsrailin xərçəng şişi olması unudulmamalıdır. Seyid Həsən Nəsrullah İsraildə Muğniyənin intiqamı üçün hədəflər təyin olunduğunu söyləyib. Hizbullah lideri İsrailin məhv olmasını zəruri məqsəd kimi vurğulayıb. O bildirib ki, ümmət qarşısında problemlər nə qədər çox olsa da İsrail yaddan çıxmamalıdır.
Seyid Həsən Nəsrullah Əl-əxbarla söhbətində İsrailin məhvini son hədəf olaraq vurğulayıb. O deyib ki, Livanda və ərəb dünyasında əsas problemlərdən biri İsrailin varlığının təbii hadisə kimi təlqinidir.
Hizbullah baş katibi Qəzzədə gedən döyüşlərdən dolayı Fələstin Müqavimət Hərəkatı haqqında xoş sözlər söyləyib. Bu gün Fələstin Müqaviməti mənəvi qələbə yox, həqiqi uğur sorağındadır. İstənilən bir qiymətə Qəzzənin mühasirəsi yarılmalıdır. Bütün Müqavimət Hərəkatları və xalqın müştərək məqsədi mühasirənin götürülməsidir.
Seyid Həsən Nəsrullah əlavə edib: İsrail Qəzzədə dolaşıb və aydın hədəfi yoxdur. Düşündülər ki, 33 günlük müharibənin ibrət dərslərindən istifadə edəcəklər. Bu ibrət dərsləri mətbuatda Qəzzəyə hücumdan qabaq hazır vəziyyətdə idi. İndi İsrail dalana dirənib. Elə bilirdilər ki, Müqavimət möhkəm deyil, xalq dağıntılara dözməyəcək. Raket anbarlarının boşalacağını zənn edirdilər. Onda deyəcəkdilər ki, qələbə qazandıq, artıq raket atılmır.
Seyid Həsən Nəsrullah Fələstinli qrupların Hizbullahdan canlı qüvvə istəməsi iddiasını təkzib edib. HƏMAS rəhbərlərindən olan Musa Əbu Mərzuqunistəyi ilə bağlı söhbətlərin mətbuat yox, bağlı qapılar arxasında müzakirə olunmasını düzgün sayır. Hizbullah baş katibi HƏMAS fəalının istəyinin ciddi olmadığını, sual yaratdığını dilə gətirib.
Nəsrullah HƏMAS-la rabitələrin kəsilməsi ilə bağlı şayiələri rədd edib: Suriya mövzusunda HƏMAS-la fikir ayrılığımız vardı. Amma əlaqə heç vaxt kəsilməyib, təbii olaraq davam edir. Hizbullahın İsrailə qarşı müharibədə HƏMAS-la əlaqələri müzakirə mövzusu deyil.
Hizbullah baş katibi bildirib ki, Qəzzə müharibəsi Livana qarşı ehtimal olunan müharibəni təxirə salıb və İsrailin hansı şəraitdə əməliyyata başlayacağı aydın deyil. Nəsrullah deyib: Nə qədər təxirə düşdüyünü deyə bilmərik. İsrail düşünür ki, qarşıdakı döyüş daha ağır olacaq. Həm Müqavimətin gücü, həm düşmənin dözümsüzlüyü özünü göstərəcək.
Hizbullah lideri deyib: “Əgər düşmən mühasirədə olan Qəzzə ilə döyüşdə məğlubiyyətə uğrayırsa ehtimal olunan döyüş əvvəlkindən fərqlənəcək. Düşmən çalışdı ki, 33 günlük müharibənin təcrübəsini Qəzzədə sınaqdan keçirsin. Amma məğlub oldu.
Seyid Həsən Nəsrullah 33 günlük müharibənin il dönümü və İsrail hərbçilərinin əsir götürülməsi əməliyyatını yada salaraq deyib: Hizbullahın əsir götürmək əməliyyatı bir neçə ay öncədən hazırlanmışdı. Əməliyyatın yeri, zamanı, taktikası, proqramı, idarə olunması, sonrakı mümkün reaksiyalar şurada araşdırılmışdı. Əməliyyat qrupu məntəqəyə daxil oldu, hətta bir neçə dəfə Fələstinin işğal olunmuş ərazilərinə girdi. Bir neçə dəfə pusqu qurub geri qayıtdılar. Münasib fürsət gözlənilirdi. Bəzən şərait yaransa da qarşı tərəfin hərbçi olub-olmaması aydın olmurdu. Qərarımız bu idi ki, mülki sakin yox, hərbçi əsir götürək. Hər şeyi ölçüb-biçmişdik. Əməliyyata rəhbərlik qrupu nəzərdə tutulan nöqtəyə keçirildi. İlk saatlarda mühüm hadisə baş vermədi. Amma hər şey plan üzrə gedirdi, çünki baş-başa gəlmək üçün tam hazırlaşmışdıq.
Nəsrullah 33 günlük müharibə haqqında deyib: Hizbullah 33 günlük müharibədə Tel-Əvivi vurmaq gücündə idi. Bunu düşmən də yaxşı bilirdi. Araşdıranda gördük ki, Beyrutu qorumaq üçün bu işi saxlayaq. Hizbullah boş yerə hədələmir, gücü çatmayan işdən danışmır.
Hizbullah lideri deyir: 33 günlük müharibədə yaralanmağımla bağlı xəbər şayiədir. Olduğum nöqtələrə hücum edilməyib, bu nöqtələr raket zərbəsinə məruz qalmayıb. Müharibədə məni ağrıdan bu oldu ki, İsrail mülki insanları qətlə yetirdi.
Nəsrullah əlavə edib: 33 günlük müharibədə Suriyadan Livana silah ötürülməsi davam edib. İsrail suriyalı komandan Məhəmməd Süleymanı şəhadətə çatdırdı. Çünki bu şəxs 33 günlük müharibədə Suriya tərəfindən xüsusi əmri yerinə yetirirdi. Onun böyük rolu vardı. Müharibə Suriya ərazisinə keçə bilərdi. Çünki İsrail Müqavimətin möhkəmliyində Suriyanın təsirini görürdü. Hizbullah liderinə sual verilib ki, bəzilərinin İmad Muğniyəni qaliblərin rəhbəri adlandırmasına necə baxırsız? Nəsrullah deyib: 90-cı illərin sonlarında icra əməliyyatlarına müdiriyyət Hacı İmadın öhdəsinə idi. Bu üsul İmadım şəhadətinə qədər davam etdi. 2000-ci il müharibəsində, İsrail Livandan çıxanda, 33 günlük müharibədə cihad əməliyyatlarına Hacı İmad rəhbərlik edirdi. Hizbullah öz işini fərdlər üzərində qurmur. Deyə bilmərik ki, 33 günlük müharibədə qələbə bir nəfərin xidmətidir. Müqavimətin qələbəsi kollektiv qələbədir. Amma son iki qələbədə Hacı İmadın müstəsna rolu vardı. Nəsrullahdan soruşulub ki, Hacı İmad Muğniyənin intiqamı ilə bağlı vəd yerinə yetibmi? Hizbullah baş katibi deyib: Bu vəd gücündə qalır. Bəziləri deyirlər ki, hansısa düşmənlərin aradan götürülməsi Hacı İmadın intiqamının alınmasıdır. Biz belə düşünmürük. Hacı İmada görə iki növ intiqam nəzərdə tutulur. Biri müqavimətin güclənməsi və güclü hazırlıqdır. İkincisi, İsraildə hədəf bankımız var. Düşmən elə bilir ki, İmada görə kimisə aradan götürmək istəyirik. Onların arasında nə siyasi, nə mənəvi baxımdan İmad dəyərində bir şəxs yoxdur. Bizim hədəfimiz şəxs deyil, hədəflər bankımız var. Elə buna görə də İsrail tərəfi baş nazir, müdafiə naziri, mühüm şəxslərin təhlükəsizlik tədbirlərini gücləndirir. Muğniyənin intiqamı gecikdikcə onun qiyməti ağırlaşır və hədəfimiz qeyd etdiyim hədəflər bankıdır.
Nəsrullaha belə bir sual ünvanlanıb ki, Hacı Həssam Əl-Qeysin terroru Hacı Rizvanın terroru kimi Hizbullah üçün qırmızı xətt nəzərdə tutulub? Hizbullah lideri deyib: Bu fikirdəyəm ki, söhbət qırmızı xətlərdən getmir. Biz bilirik ki, İsrailin bəzi Hizbullah döyüşçülərinə əli çatsa qırmızı xətt gözləməyəcək. Biz də Hacı İmadın intiqamında hədəflər bankı seçməklə qırmızı xətt gözləmirik.

2-ci hissə

Seyid Həsən Nəsrullah müsahibənin davamında deyib ki, son məqsədimiz İsrailin məhvi olmalıdır: Əgər Əl-Qüsəyr və Əl-Qələmunda vuruşmasaydıq İŞİD Aralıq dənizi sahillərinə çatardı.
Hizbullah baş katibi Əl-Əxbarla söhbətində Müqavimətin hökmən Qüdsə daxil olacağını vurğulayıb: İsrail xərçəng şişi mütləq və təhlükəli şərdir. Son məqsəd onun məhvi olmalıdır.
Bəli, bu gün Livanda və ərəb dünyasında İsrailin varlığına təbii baxılması ciddi problemdir: Təlqin edirlər ki, İsrail nə regionun, nə də dünyanın problemidir, yalnız Fələstinə aiddir. Əvvəla İsrail qeyri-legitimdir. Digər tərəfdən işğalçı rejim məntəqə üçün təhlükədir və bu təhlükə ilə uzun müddət yaşamaq olmaz. Bütün problemləri nəzərə almaqla İsrailin varlığına ciddi problem kimi baxmalıyıq.
Hizbullah lideri Müqavimətin Qüdsə daxil olması zərurətinə əminliyini ifadə edib.
Seyid Həsən Nəsrullah müsahibənin ikinci hissəsində bildirib ki, Suriyaya döyüşə gedənlər ilk növbədə Müqavimət və Livan uğrunda vuruşa gedib. Son vaxtlar Ərsalda baş verən hadisələr bu müddəanı təsdiqlədi.
Ərsal Suriya və Livan sərhəddində yerləşən yüksəkliklərdir. Nəsrullah qeyd edib ki, terrorçular Suriya böhranının əvvəlində Ərsal yüksəkliyində mövqe tutaraq qərərgah yaradıb, səhra xəstəxənaları təşkil edib, Livan torpaqlarına daxil olub.
Hizbullah lideri: Biz bu gün dünyanın danışdığı təhlükələr haqqında 3 il qabaq danışmışdıq. Terrorçular Əl-Qüsəyr döyüşündən sonra Livan torpağına daxil oldular. Təhlükə hamımızı hədəfə almışdı. Biz 3 il öncə bu təhlükəni gördük. Bu gün regionda baş verən hadisələrdən, ölkələri və beynəlxalq birliyi hədələyən təhlükələrdən danışdıq.
Hizbullah lideri vurğulayıb: Livan, Suriya, İraq, Fələstin, bütün region, müsəlmanlar, məsihilər, digər azlıqlara qarşı olan bu müharibədə hər kəs bacardığını etməlidir. Biz hər gün böyüyən müdhiş bir cinayətdən danışırıq. Terrorçular heç bir qanun, məhdudiyyət, din, əxlaq və insanlıq tanımırlar.
Seyid Həsən Nəsrullah inkişafda olan vəhşi (İŞİD) barədə deyib: Kim bu vəhşi ilə mübarizəyə girirsə və ona mane olursa məntəqədə xalqları, dövlətlər, siyasi sitemlər Həmin şəxs təşəkkür etməli, onu qınamamalıdır.
Nəsrullah xalqın baxışının dəyişdiyini yada salaraq siyasi şəxsiyyətləri də öz baxışını dəyişməyə çağırıb: İŞİD şiə, sünni, müsəlman, məsihi, dəruzi, izədi, ərəb ya kürd tanımır. Bu vəhşi böyüməkdədir. Onların ixtiyarında olan imkanlar və hərbi texnika artmaqdadır və bu çox nigaranedicidir.
Seyid Həsən Nəsrullah sözünün davamında deyib: Bəzi ölkələr İŞİD-in təhlükəsini tez hiss etdi. Çünki onlar bu qrupun ixtiyarındakı imkanlardan xəbərdar idilər. Fars Körfəzi ölkələrində, ərəb ölkələrində bir qorxu hökm sürür. Uzun illər mədrəsələrdə bu qorxunu yaradıblar.
Hizbullah lideri deyib: Biz Əl-Qüseyr və Əl-Qələmunda azad ordu və liberal düşnənlərlə yox, küfr və vəhşiliklə vuruşurduq. Bizim hədəfimiz azğın təfəkkür idi.
Nəsrullah deyib: Cərəyanul-müstəqbəl rəisinin Beyruta qayıdışı Səudiyyə Ərəbistanında Livanda böhranın həlli ilə bağlı fikirlər yarada bilər. Mötədil cərəyanın qayıdışı terrorçuların qarşısında maneə ola bilər. Harada təkfirçilərin ardıcılı varsa, orada İŞİD də səhnəyə gələ bilər. Bunu İordaniya, Ərəbistan, Küveyt, Fars körfəzi ətrafı ərəb ölkələrində gördük. Onları himayə etmək istəyənlərə növbə çatacaq və İŞİD onlara rəhm etməyəcək.
Nəsrullah deyib: Əgər Hizbullah haradasa güzəştə gedirsə məqsədi ümmət, ölkələr və millətlərin mənafeini qorumaqdır. Livan Müqavimətini şiə Müqaviməti adlandırmaq düzgün deyil. Bu Müqavimət Livan Müqavimətidir və bütün livanlıların vəzifəsidir.
Hizbullah baş katibi Suriya hadisələrinə münasibət bildirib. Biz əvvəlcədən demişdik ki, Suriyaya məzhəbin himayəsi üçün getmirik. İraq Müqavimətinə də köməyimiz məzhəbə görə deyildi. Biz HƏMASA, İslami Cihada, başqa Müqavimət qruplarına kömək edirik və onlar sünnə əhlidir. Nəsrullah Hizbullahın məzhəb uğrunda vuruşması iddiasına cavab verib: Harada Fələstinin, Müqavimətin, xalqın müdafiəsi lazımsa, biz kömək edirik. Əgər Hizbullah milləti və ümməti müdafiə edirsə bunu cinayət və günah saymaq olmaz.
Seyid Həsən Nəsrullah deyib: Əgər Hizbullah Əl-Qüseyr və Əl-Qələmunda vuruşmasaydı son hadisələr Ərsalda məhdudlaşmazdı, terrorçular Əl-Bəqanı tutar, Aralıq dənizi sahillərinə çatardılar. Əsil döyüş Beyrutda, Livanın cənubunda gedərdi.
Hizbullah lideri bəzi livanlıların Suriyada bəzi qruplara maddi və hərbi yardımının davam etdiyini bildirib. Bu vəziyyət davam edir və hansısa dəyişilik baş verməyib. Arzu edilən budur ki, suriyalı qaçqınlardan istifadəyə son qoymaq üçün siyasi qərar çıxarılsın və onlar ölkəyə qayıtması üçün Suriya dövləti ilə həmkarlıq edilsin.
Seyid Həsən Nəsrullah Hizbllahın Suriya müharibəsində iştirakı haqqında deyib. Suriyaya təcavüzdən bu günə qədər Hizbullahın göstərdiyi fədakarlıqlar həyata keçməsəydi Hizbullah və Livan xalqı daha böyük qurbanlar verər, daha ağır maddi xəsarətə düşərdi.
Nəsrullah Hizbullahın Suriyada terrorçularla döyüşünü İsraillə mümkün döyüşlə müqayisə edib. Hizbullah sionist rejimlə mübarizədə nəyisə gizlətmək fikrində deyil. Keçdiyimiz döyüş yolu bir təcrübədir və gələcək düşmənlə savaşda köməyimizə gələcək. Hizbullah Suriyada sionistlərlə döyüşməyib, belə bir xəbər düzgün deyil.
Seyid Həsən Nəsrullah sionist rejimə qarşı Suriyanın Colan yüksəkliklərində yaradılan əməliyyat qruplarını yada salıb: İsrailə qarşı yaradılmış bu əməliyyat qrupları xalq arasından seçilmiş könüllülərdən ibarətdir.
Seyid Həsən Nəsrullah bildirib ki, Hizbullah təşkilatında rəhbərlik və qərarlar baş katibin inhisarında deyil: Qərarlar şurada çıxarılır, baş katib də şurada iştirak edir. Təkbaşına qərar çıxarılmır.
Müsahibə gedişində Hizbullah liderindən soruşulub ki, çıxışlarında bəzən alovlu, bəzən sakit danışmasının səbəbi nədir? Nəsrullah deyib: Bir yerdə ki, səs yüksəkdən gəlməlidir, orada yavaşdan danışmaq olmaz.
Növbəti sual bu olub ki, onun çıxışlarının 20 dəqiqə uzanması İsrail Hərbi Hava Qüvvələrinin hədəfə çatma müddəti ilə bağlıdırmı? Seyid Həsən Nəsrullah deyib: Sionistlərin həmin yerə çatması üçün 15 dəqiqə bəs edir. Çıxışlarımın 20 dəqiqə uzanmasında məqsəd xülasə şəkildə danışmaqdır və bunun qeyd etdiyiniz məsələ ilə əlaqəsi yoxdur.
Müsahibənin növbəti hissəsində Hizbullah baş katibi şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. O futbolu sevməsi ilə bağlı suala belə cavab verib: Bəli, futbolu sevirəm. Ruhani libası geyməzdən öncə də sevirdim. Əvəllər fəzanı dəyişmək, istirahət üçün Braziliya və Argentinanı dəstəkləyirdim. Xüsusi ilə Maradonanın oyununu izləyirdim. Deyirlər ki, mən Braziliyanın tərəfdarıyam. Əslində heç bir komandanın azarkeşi deyiləm. Hizbullah fəzası Braziliyaya azarkeşliyə daha münasibdir. Bu keçmişə qayıdır. Braziliyanın oyun taktikaları maraqlıdır. Hətta deyirlər ki, Braziliyanın bayrağı bizim bayraq kimi sarı və yaşıl rəngdən ibarət olduğu üçün ona sevgi yaranıb. Şiələr Hizbullah bayrağından göründüyü kimi bu iki rəngə əlaqəlidir. Amma bu il Suriya, Livan, Qəzzə və İraq hadisələri azarkeşlik ruhiyyəsinə yer qoymadı. Oğlum Almaniya komandasına azarkeşlik edirdi. Mən rəqabət fəzası yaratmaq üçün Argentinanın tərəfini saxlayırdım. Bunu oğluma görə edirdim.
Hizbullah lideri zirehli geyimlə gəzməyin çətinliyi ilə bağlı sualın cavabında deyib: Bu çətin olsa da zəruri dəyişikliklər zamanı adətə çevrilir. Xüsusi ilə 2006-cı ildən başlayaraq bu mənim üçün təbiidir.
Seyid Həsən Nəsrullahdan sevdiyi yeməklər barədə soruşulub. O deyib: Nə vaxtsa hansısa xörəyə marağım var idi. Bu gün isə fərq etmir. Hətta yemək sifarişi vermək lazım gələndə bunun fərqində deyiləm. cəbhədə olan döyüşçü kimi əlim çatan şeydən yeyirəm. amma nə vaxtsa məsələn balığı xoşlayırdım.
Seyid Həsən Nəsrullah 1986-cı ildən sonra sükan arxasına əyləşmədiyini deyib: İsrail ərəb şəbəkələri vasitəsi ilə xəbər yayır ki, mən xalqdan kənarda xüsusi sığınacaqda yaşayıram. Mən sığınacaqda yaşamıram və məxfilik gediş-gəlişimə mane olmur. Problem mənim kimisə görməyim yox, başqalarının məni görməsidir. Mən zahiyə, oradakı hadisələr, xüsusi ilə Bəqadan tam məlumatlıyam. Həyat şəraiti səbəb olur ki, insan öz hisslərini cilovlasın. Şəxsiyyətim formalaşan zaman Bəqada yaşayırdım. İllər ötdü, 2000-ci il civarında Bəəlbəkə getdim. Orada dostlarım vardı. İnsan sevdiyi insanlarla yaxınlıq istəyindədir. Bir məntəqəni o birindən, bir qrupu başqasından çox sevdiyini deyə bilməzsən. Hamını sevirsənsə hamı ilə bir yerdə olmağı arzulayırsan. Özümdən soruşanda ki, hansı məntəqəni daha çox sevirsən, cavab almıram.
Seyid Həsən söhbətinin davamında dedi: Vaxt olanda Həccac ibn Yusif, “Yusif Peyğəmbər” kimi filmlərə baxıram. Keçmişdə çox roman oxuyardım. Amma 5 ildir buna imkan tapmıram. Bir müddət öncə mənə “Eynul-Cuzə” adlı kitab bağışladılar. Bu kitabı oxudum. Bizim üçün prioritet vəzifə mövcud vəziyyətlə bağlı mütaliələrdir. Hazırda təkfir mövzusunda kitablar oxuyuran. Bu barədə dəyərli sünni və şiə kitabları var. Təkfirçilik gerçək problem olub. 2006-cı ilə qədər İsrail mövzusunda generalların, siyasətçilərin, partiya rəhbərlərinin xatirələrini oxuyardım. Bu sahədə məlumatlı olmalıyıq.
Hizbullah liderinə suallardan biri Əl-Əxbar qəzetini oxuyub-oxumaması olub. Seyid Həsən Nəsrullah deyib: Həm Əl-Əxbar qəzetini, həm də başqa qəzetləri izləyirəm. Son vaxtlar müşavirə mərkəzinin hazırladığı xülasələri oxuyuram. Televizora münasibətdə işim kanalları dəyişməkdir. Bir kanalın çox sevilməsi, bu barədə rəy sorğusu aparılmasına müxalifəm. Məncə bu sorğular dəqiq deyil və sabit tərəfdarlı şəbəkə yoxdur. Mən tez-tez kanalları dəyişirəm və düşünürəm ki, başqaları da mənim kimidir. Bir kanalda maraqlı proqram olanda onu izləyirəm və adlarla işim yoxdur. Xəbərə gəldikdə bütün xəbər şəbəkələrini izləyirəm. Peyk şəbəkələrini, Əl-Məyadin, Əl-Cəzirə, Əl-Ərəbiyyəyə baxıram. Əl-Məyadini daha çox izləyirəm. Əl-Ərəbiyyə və Əl-Cəzirənin isə hansı mövzulardan danışması, hansı mövzulardan yan keçməsi maraqlıdır. Livan şəbəkələrini tez-tez dəyişirəm. Bilmək istəyirəm ki, nədən danışırlar. Təşkilatın informasiya şəbəkələrindən hazırladığı xülasə məlumatı oxuyuram.
Seyid Həsən Nəsrullah məqalələrə münasibət bildirib: Bəziləri yazdığı məqalənin müxalif tərəfindən oxunmasını istəyir. Bizimlə olanlar və olmayanlar var. Təkcə  tərəfdarları oxumaq bəs etmir. Baxışları öyrənmək üçün müxalifin də yazdığını oxumalısan.
Hizbullah liderinə son sual hansı dilləri bilməsi olub. Seyid Həsən Nəsrullah deyib: İngilis dilini yaxşı bilirdim. Amma işlətmədiyimdən ingiliscə danışığım zəifləyib. Amma Yaxşı başa düşürəm. İngiliscə xəbərləri izləyirəm, ingilisdilli səfirlərin sözlərini tam anlayıram. Fars dilini isə yaxşı bilirəm. Bu dilə əlaqəm siyasətlə bağlıdır. Zaman ötdükcə aydın oldu ki, fars dilində olduğundan ərəblərin İslam mədəniyyətinin bəzi biliklərdən məhrum olmuşuq.



Nur-az.com


2102 بازدید