Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2014

Rusiya İrandan öyrənir

Moskva Milli Tədqiqat Universitetinin professoru doktor Dmitri Savkin ilə FarsNews agentliyinin müsahibəsi

* * *

Ötən onilliklərdə Qərb onun mənafelərinə işləməyən ölkələrə qarşı iqtisadi sanksiyalar tətbiq etməklə bu ölkələrdə ciddi böhran yaradıb. Bu yaxınlarda Rusiya da belə sanksiyaların hədəfi oldu. Əgər Moskva infrastrukturları gücləndirə bilsə bu sanksiyalar təsirsiz ötüşəcək. Ötən aylarda Qərb, xüsusi ilə ABŞ Rusiyaya qarşı sanksiyaları gücləndirməklə Ukrayna məsələsində Kremli təslim etməyə çalışır. Ötən həftəyə qədər, yəni son sanksiyalar paketinin tətbiqinədək Moskva bu sanksiyalara yalnız siyasi cavab verirdi. Amma son sanksiyalardan sonra Moskva adekvat cavab verməyə məcbur oldu. Rusiya ilk addımda Avropa Birliyi ölkələri, Kanada, ABŞ, Rusiyaya qarşı sanksiyalara qoşulan ölkələrdən heyvandarlıq və kənd təsərrüfatı məhsullarının idxalını bir illik qadağan etdi. Bundan əlavə Avropadan Asiyaya ən yaxın hava yolu olan Sibir fəzası bu ölkələrin üzünə bağlandı. Bu qərarlar icra olunacağı zaman sanksiya tətbiq edən ölkələr milyardlarla avro zərər çəkəcək.
Rusiya sanksiyalardan bir ay ötsə də təzyiqlərə yetərincə müqavimət göstərib. Cənab Rəhbər Ayətullah Xameneinin buyurduğu kimi İran da oxşar siyasətlərdən istifadə ilə ona qarşı sanksiyalara cavab verə bilər.

* * *

Sual: Ukrayna elan edib ki, Rusiyadan qaz idxalını minimuma endirəcək. Əgər Ukrayna Rusiya qazının Avropaya ötürülməsini dayandırsa Rusiyanın cavabı necə olacaq?

Doktor Dmitri Savkin:
Ukraynanın bu bəyanatı fantaziyadan başqa bir şey deyil. Ukrayna elan edib ki, Rusiya qazından istifadə etməyəcək və AB-dən qaz alacaq. Bu o deməkdir ki, AB Ukraynaya iqtisadi yardım edəcək. Hazırda Rusiya borclar səbəbindən Ukraynaya verilən qazı kəsib. Beləcə Ukraynadan keçən borulardan Avropaya qaz ötürülür. Ukraynanın Rusiyaya gecikmiş borcları olduğundan Ukrayna qaz ala bilmir. Rusiya eyni zamanda qaz nəqli üçün şimal və cənub cərəyanı layihələrini həyata keçirir. AB-nin siyasətlərinə zidd olaraq Avstriya, Bolqarıstan və Macarıstan cənub cərəyanı layihəsində iştirak edir. Bu ölkələr elan edib ki, öz milli mənafelərinə göz yummayacaqlar və Rusiya qazından istifadə edəcəklər.

Sual: Hazırda Qərbin sanksiyalarından Liviya, Kuba, Sudan və bir sıra başqa ölkələr zərər çəkir. Bu ölkələrdə böhran yaşanır. Rusiyanın sanksiyalara tab gətirəcəyinə dəliliniz nədir?

Doktor Dmitri Savkin: Rusiya iqtisadiyyatının böyük potensialı var. Geosiyasi baxımdan Rusiya böyük ölkədir, Çin kimi böyük ölkələrlə qonşudur. Moskvanın dünyanın qüdrətli ölkələri ilə iqtisadi əlaqələri var. Bundan əlavə bu vaxta qədər Rusiya Avropadan kənd təsərrüfatı malları və avtomobil kimi qiymətli mallar alırdı. Kənd təsərrüfatı mallarının idxalı dayandırılıb, bahalı avtomobillərin vergisi artırılıb. Sanksiyalar qiymət artımı yaratsa da Rusiya bu çətinlikdən çıxacaq. Hazırda Avropadan idxalı qadağan olunan malların yeni bazaları müəyyənləşdirilir. Məsələn, bir sıra kənd təsərrüfatı malları İran və Azərbaycandan gətiriləcək. Misir, Belarusiya kənd təsərrüfatı mallarının təminatında Fransa və başqa Avropa ölkələrini əvəz edəcək. Latın Amerikası ölkələri də Rusiyanın ət məhsullarına olan ehtiyacını aradan qaldıra bilər. Dünyanın ən böyük ət istehsalçısı olan Braziliya ABŞ-ın yerini tuta bilər. Düşünürəm ki, İranın ABŞ-ın sanksiyalarından zərbə almamasının səbəbi iqtisadiyyatı gücləndirmək imkanına malik böyük cəmiyyətə sahib olmasıdır. Rusiyanın həm öz cəmiyyəti böyükdür, həm Özbəkistan və Tacikistan kimi Mərkəzi Asiya ölkələrindən böyük mühacir axını var. Təkcə Moskvada 3 milyon mühacir məskunlaşıb.

Sual: Qərbin sanksiyalarına müqavimət sahəsində İranın tədbirlərini araşdırmısınızmı?

Doktor Dmitri Savkin: Rusiyanın İrandan öyrənə biləcəyi əsas təcrübə sanksiyaların qadağan etdiyi idxal mallarının ölkə daxilində istehsalıdır. İran daxili istehsalda elə bir uğur qazandı ki, bu bizim üçün dərs ola bilər.

Sual: Rusiya iqtisadiyyatının sütunları haqqında nə deyə bilərsiniz?

Doktor Dmitri Savkin: Neft və qaz, kosmos sənayesi, hərbi sənaye, təyyarə sənayesi Rusiya iqtisadiyyatının sütunlarıdır, Çin və Hindistan kimi bazarlara malikdir. Rusiyanın iqtisadi sütunlarından biri də ali təhsil sahəsidir. Rusiyada təhsil xərcləri ABŞ-dakı kimi yüksək deyil. Təhsil almaq üçün Rusiyaya gələnlər çoxdur.

Sual: Rusiya Mərkəzi Bankı 10-dan artıq dövlətlə müqavilə imzalayıb ki, müamilələr daxili valyuta ilə aparılsın. Doğrudanmı bu ölkələr ABŞ dollarını beynəlxalq ticarət əməliyyatlarında ləğv etmək istəyir?

Doktor Dmitri Savkin: Düşünürəm ki, dollar mübadilə valyutası kimi qalacaq. Biz onun başqa valyutalarla əvəz olunmasını nəzərdə tuturuq. 2015-ci ildən başlayaraq Sankt-Peterburq enerji bazarında başqa valyutalar işlədiləcək. Bu bazar Rusiyadan enerji alan ölkələrdən onların milli valyutasını qəbul edəcək.

Sual: Rusiyanın sanksiyalara təslim olmayacağına əminsiniz?

Doktor Dmitri Savkin: Biz proqnoz veririk. Sanksiyaların hara qədər güclənəcəyi təsirli amildir. Bu sanksiyalardan qazanan yeganə ölkə ABŞ-dır. Həm Avropa ölkələrinə qarşı qadağalar, həm Avropanın sanksiyaları müəyyən müddət üçün nəzərdə tutulub. Sanksiyalar davam etdirilsə Rusiya dövlətinin məharəti özünü göstərəcək. Hazırda Rusiya prezidenti Vladimer Putin xalq arasında yüksək reytinqə malikdir. Rusiya qadağan olunmuş mallar sahəsində infrastrukturları gücləndirsə bu sanksiyalar cüzi təsirə malik olacaq.

nur-az.com


1615 بازدید
در حال ارسال اطلاعات...