Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2013

Aşura günü…

Aşura günü idi. İmam Hüseynin (ə) vəfalı dostları qanlarına qəltan edilərək şəhid edilmişdilər. İmam Hüseynin (ə) fədakar köməkçilərindən olan Əbu Səmamə başa düşür ki, zöhr namazının vaxtıdır. İmama (ə) yaxınlaşıb deyir: “Ey Əba Əbdillah (ə)! Canım sizə fəda olsun! Dinsiz düşmən çox ağır savaşa başlayıb. Allaha and olsun, mən qanıma qəltan olana qədər sizi ölməyə qoymayacağam. Çox istəyirəm ki, axırıncı zöhr namazını sizinlə birlikdə qılım.” 
İmam (ə) səmaya baxdı və namaz vaxtının çatdığını görüb buyurdu: “Ey Səmamə! Sən namazı yada saldın, Allah səni həqiqi namaz qılanlar sırasında qərar verər.” Bu anda Yezidin döyüşçülərindən biri utanmadan yüksək səslə bağırdı: “Sizin namazınız Allah dərgahında qəbul deyil.”

Züheyr ibn Qeyn və Səid ibn Abdullah İmamın (ə) qarşısında dayandılar ki, o həzrət namazını qılsın. Bu iki böyük şəxsiyyət özlərini düşmənin nizə və oxlarına sipər etdilər. Beləliklə imam Hüseyn (ə) az sayda qalmış vəfalı səhabələri ilə zöhr namazını yerinə yetirdi.

İmam Hüseynin (ə) axırıncı vidası

Meydana getmək üçün növbə imam Hüseynə (ə) çatır. Əvvəlcə düşmən əsgərlərindən bir neçə nəfər İmamla (ə) döyüşə gəlib həlak olurlar. İbn Səd fəryad çəkərək deyir: “Nə edirsiniz? Bu Əlinin oğludur, Əlinin ruhu onun bədənindədir. Onunla təkbətək vuruşmayın.” Düşmən növbəti fəndə əl atır. Daş və ox atmağa başlayırlar. Çoxlu sayda düşmən döyüşçüləri bu şi görür. İmam Hüseyn (ə) düşmənə hücum edir və düşmən əsgərləri geri çəkilir. İmam (ə) xeymələrdən uzaqlaşmamaq üçün hücumu çox davam etdirmir. İmam (ə) düşmənlə xeymələr arasında bir nöqtə seçmişdi və orada dayanıb “la həvla vəla quvvətə illa billah” deyirdi ki, sağ olduğunu bilsinlər.

İmam (ə) Əhli-beyti ilə vidalaşaraq vuruşa gedir və Fərata yaxınlaşır. Bu anda bir nəfər fəryad çəkərək deyir: “Ey Hüseyn! Sən su içmək istəyirsən? Ailənə hücum ediblər.”

İmam (ə) bir daha vidalaşmaq üçün xeymələrə tərəf gəlir və buyurur: “Mənim əzizlərim! Siz mütləq məndən sonra əsir düşəcəksiniz. Əsir düşdüyünüz müddət ərzində şəri vəzifənizi yerinə yetirərkən kiçik də olsun xətaya yol verməyin və dilinizə elə şey gətirməyin ki, savabınız azalsın. Bunu da bilin Allah sizə nicat verərək zillətdən qoruyacaq.

Əhli-beyt İmamın (ə) bu sözlərindən sonra sevindi. İmam (ə) onlarla vidalaşıb getdi və bir müddətdən sonra yenidən İmamın (ə) atının səsini eşidib düşündülər ki, İmam (ə) üçüncü dəfə vidalaşmağa gəlir. Çölə çıxdılar, bu dəfə imamın atı Zülcənahı tək görüb o həzrətin şəhid olduğunu bildilər. Atı dövr edərək hərə bir söz dedi. Uşaqlardan biri dedi: “Atam susuz dodaqlarla şəhid oldu?”

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1877 بازدید