Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2014

Qadın məşğulluğunun sonucları

Hazırda dünyanın diqqət mərkəzində olan aktual məsələlərdən biri qadın məşğulluğudur. İmperialist və sionist dairələrin layihələrindən olan feminizm, qadının cəmiyyətdə hakim mövqeyi layihəsi hər gün qadının problemlərini artırmaqdadır. Dünyada evdən bayırda işləyən, məşğul qadınların fərdi, ictimai, siyasi baxımdan mövqeyinin dəyişməsi ciddi suallar yaradır.
Məşğulluq qadın üçün hansı fərdi problemlər yaradır? Şübhəsiz ki, işləməyə maraqlı qadının şəxsiyyətində dəyişikliklər baş verir. Məşğul qadınlar üzərinə düşən təzyiqlər altında çıxış yolu tapa bilməyib cinsiyyət məsələsini ortaya gətirir. Kişi ilə bərabərlik iddiası əslində dalana dirənmiş problemdən çıxış yolu yox, bir bəhanədir. Müstəqil maliyə mənbəyi olan qadın daha çox azadlıq istəyir, ailədə öz baxışlarını hakim etməyə çalışır. Etiraf edək ki, məşğulluq qadının qadın, ana dəyərini aşağı salır. Məşğul qadının ailədə öz rolunu ifa etməsi mümkünsüz olur.
Diqqət etsək görərik ki, valideynlərin övladların tərbiyəsi ilə bağlı nigarançılıqları hər gün artır. Cəmiyyətdə fəsad güclənir, ailənin cəmiyyətə təqdim etdiyi övlad cəmiyyət üçün fəsad amilinə çevrilir. Hər şey valideynin məharətindən asılıdır. Modern dünyada proqnozlaşdırılmayan problemlər qarşısında hər valideyn düzgün reaksiya göstərə bilmir. Bu isə problemin doğru yolu deyil. Cəmiyyətin islahını ayrı ayrı şəxslərin məharəti öhdəsinə vermək olmaz.
Yeniyetmə və gənclər modern təhsilin, informasiya şəbəkələrinin təsiri altında valideyn tərbiyəsindən imtina etmək mövqeyini tutub. Valideynin tərbiyə imkanları azalıb. Ailə üzrə müşavirə institutunun cəmiyyətdə geniş yer alması eyni zamanda valideynin özünəinamını zəiflədib.
Keçmişdə az pulla yaşamaq mümkün olub. Həmin vaxt hətta uşaqlar xırda alverlə ailəni dolandıra bilib. Amma hazırda təhsil müddətinin bəzən 30 yaşa qədər uzanması, hərbi xidmət ailə üçün böyük xərclər yaradıb. Ailənin maddi ehtiyaclarını ödəmək məqsədi ilə işə düzələn qadının itirdiyi qazancından çox olur. Çünki əksər cəmiyyətlərdə qadınlar qadın şəxsiyyətinə uyğun işlə yox, həm də kişilər üçün nəzərdə tutulmuş işlə məşğuldurlar. Amma qadının psixoloji və fiziki imkanları onun kişi ilə yanaşı çalışmasına icazə vermir. Qadın bu addımı atdıqda gücündən artıq yüklənir və öz sarsıntılarını bərabərlik tələbi ilə müalicə etməyə çalışır.
İşləyən qızların ailə qurması işləməyən qızların ailə qurmasından çətin olur. Cəmiyyətdə mövqe qazanmış qızın ailə qurmaq üçün şərtləri artır. Belə qızlar özündən aşağı ictimai mövqeyə malik gənclərlə ailə qurmaq istəmir. Qadını ailə qurmağa rəğbətləndirən bir amil də onun iqtisadi himayə ehtiyacıdır. Məşğul qadın özündə bu ehtiyacı hiss etmir. Onun himayə ehtiyacını təqaüd haqqı kölgədə qoyur.
Məşğul qadınlarının sayının artması eyni zamanda kişilər üçün iş yerlərinin azalması ilə nəticələnib. İşsiz kişi isə izdivaca maraqsız olur. Nəticədə izdivac yaşı artır, vaxtında ailə qurmaq imkanları aradan qalxır.
Qadınların məşğulluğu artdıqca bu sahədə qadın şəxsiyyətini qoruyacaq qanunların yaranması ehtiyacı da artır. Acınacaqlı olsa da bir faktdır ki, əksər cəmiyyətlərdə cinsiyyət sərhədləri aradan qalxmaqdadır. Qadının bir ana kimi nəzərdə tutulması dünyanın ehtiyacı olduğundan cinsiyyət fərqlərinin qorunması da zəruridir. Qadın kişi ilə çiyin çiyinə məşğul ikən ana ola bilərmi? Hamiləlik, doğuş, doğuşdan sonrakı dövürdə qanun qadına imtiyaz verməsə cəmiyyətin azalması reallığa çevrilir.
Məşğul qadının boş vaxtı azaldığından və analıq ayrıca vaxt tələb etdiyindən qadın ana olmaqdan vaz keçir. Bu gün Avropa cəmiyyətin azalması problemindən ciddi əziyyət çəkir. Müsəlman cəmiyyətlərində təkövladlılığın, azövladlılığın artması nigarançılıq yaradır. Cəmiyyət qocalırsa qadının kişi ilə bərabər hüquqlar əldə etməsi təhlükəni aradan qaldıra bilməyəcək.
Məşğul qadınların az olduğu cəmiyyətlərdə belə işsizlik problemi yaşanır. İşsizlik isə eyni zamanda narkomanlığın, əxlaqsızlığın, müxtəlif cinayətlərin, eləcə də boşanmaların artması səbəbidir.
Gənc oğlan sırf işsizlik səbəbindən ailə qurmur və əksər hallarda avara həyat tərzinə üz tutur. Bu gənc cəmiyyət üçün potensial təhlükə mənbəyidir. Qadınların kütləvi şəkildə iş bazarına hücumu işi qiymətdən salıb və iş sahibləri işə öz istədiyi qiyməti qoyur. Qadınlar kişilərlə müqayisədə daha az maaşla razılaşırlar. Bu özü göstərir ki, qadının işləmək marağı arxasında maddi ehtiyacdan əlavə maraqlar da dayanır.
İş bazarında qadınların sayının artması ehtiyaclara cavab verməyən bu bazar kənarında qara bazarın yaranmasına səbəb olur. Bir müddət işləyib maddi ehtiyacını müstəqil təmin edən qadın hər hansı səbəbdən işini itirdikdə istənilən bir qiymətə, istənilən bir yerdə işləməyə razı olur. Müasir dünyaya belə bir xoşa gəlməz durum hakim olmaqdadır. Müsəlman ölkələrinin qismən də olsa bu problemdən az zərər görməsi dini qanunlarımızla bağlıdır. İslamda qadının xərcləri kişinin üzərinədir və kişi ailənin ehtiyaclarını təmin etmək üçün məsuliyyət daşıyır. Əlbəttə ki sekulyarizmin yayıldığı müsəlman cəmiyyətlərində şəriət qanunları işləmədiyindən dini imtiyazlar da qadının itkilərindəndir.

Nur-az.com


1508 بازدید
در حال ارسال اطلاعات...