Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2014

Müsəlman qatili Moşe Dayan

Sionist rejim başçıları ilə tanışlıq sırasında müsəlman qatili, bütün ömrünü qətl və cinayətlərə sərf etmiş Moşe Dayan xüsusi yer tutur. Moşe Dayan Fələstində dünyaya gəlmiş sionistlərdəndir. O işğal olunmuş torpaqlarda ölüb. O da başqa sionist siyasətçiləri kimi siyasətə ordudan gəlib. Sionizmin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün bütün mümkün terror və cinayətlərə əl atıb. Bəşər tarixinə öz cinayətkarlığı ilə adını yazanlardan olan Moşe Dayan sionist rejimin həssas dövrlərində səhnədə olub.
Moşe Dayan 1915-ci ildə Dicaniya Kifutze qəsəbəsində anadan olub. İlk adı Kita Qorodskidir. Gənc yaşlarından müsəlmanlara qaşı cinayətlərdə fəal olub.
14 yaşında ikən Haqana terror təşkilatına qoşulub. Qısa müddət təlimlərdən sonra silahlı əməliyyatlarda iştirak edib. Atası Şamuel Dayan təqribən 100 il öncə Fələstinə mühacirət edib. Moşenin 6 yaşı olanda o ailəsi ilə Birinci Moşav kəndinə köçüb. Sionist cərəyan 30-cu ilin sonlarında Fələstinə hakim Britaniya aparatına nüfuz edib. Onlar ingilislərlə birlikdə Fələstin torpaqlarını ələ keçirib. Bu zaman Haqana qruplaşmasının fəal terrorçuları məntəqədəki Britaniya polis sıralarına cəzb olunub. Moşe Dayan da 1938-ci ildə polisdə işə düzəlib. Həmin dövrdə peşəkar qatil Orde Çarlz Vinqeytin başçılığı altında fələstinlilərin qətli ilə məşğul olub. Vinqeyt fələstinlilər, ərəblər üzərində hücum üçün xüsusi bir əməliyyat qrupu yaradıb. Vinqeyt bu əqidədə olub ki, xristianlar sionist hökumət yaratmağa vəzifəlidirlər. Britaniya mənşəli bu şəxs sionist mənafeləri yolunda heç nəyini əsirgəməyib. Moşe Dayan 1941-ci ildə əməliyyatlarda bir gözünü itirib. Həmin vaxtdan bu siması ilə yadda qalıb. Bir gözünü itirməsi Moşe Dayan üçün uzun müddət iztiraba çevrilib. Yeniyetməlik dövründə Britaniya Fələstinə nəzarət etdiyi zaman qeyri-qanuni silahlı hücuma görə Moşe Dayan həbsə alınsa da qısa müddətdən sonra azad edilib. Onun azad edilməsi Haqana üzvlərinin Britaniya əməliyyatlarına cəzb edilməsi planı əsasında baş tutub.
Moşe Dayan ikinci dünya müharibəsi zamanı Livanda yaralanıb və gözünü də həmin zaman itirib. Həmin vaxtdan başlayaraq gözünə qara parça bağlayıb. Dayan İsrail hərbi qüvvələrində komandanlıqdan tutmuş hərb naziri, xarici işlər naziri kimi vəzifələrdə işləyib. 1967-ci ildə Colan yüksəkliklərinin işğalında hərb naziri olub.
Moşenin siyasəti imkan həddində çox fələstinlinin qətlə yetirilməsindən ibarət idi. O düşünürdü ki, fələstinliləri qırmaqla Fələstinin müxalifətini aradan qaldırmaq olar. Pundak Moşenin sözlərini belə xatırlayır: “Əgər 500 fələstinli öldürsək dərhal sakitləşəcəklər. Mənə inanın, mənim böyük təcrübəm var. Pundak 1970-ci ildə Moşe Dayan tərəfindən Qəzzədə İsrailin hərbi qubernatoru təyin edilib. Dayan ona tapşırıb ki, onları atdığı hər raketə 20 top mərmisi ilə cavab verməliyik. Mən 5 il ərəblər üzərində məsul olmuşam.” Moşenin siyasətlərini həyata keçirən Pundak fələstinlilərə qarşı cinayətini belə etiraf edir: “Əgər bu işi görməsəydik ərəb cəmiyyəti 1 milyonu ötmüşdü və İsrail yox idi.”
Moşe Dayan 1967-ci ildə Vyetnama gedir. Onun məqsədi yeni silahların dağıdıcı təsirini öyrənmək olur.
1948-ci ildə İsrail ordusu Fələstin ərazilərini tutanda Moşe Dayan ordu komandanı olub və həmin zamandan parlamağa başlayıb. Moşe Mapay partiyasının tərəfdarı olub. 1950-ci ildə cənub məntəqəsində, 1952-ci ildə şimalda hərbi qüvvələrə komandanlıq edib. 1953-1958-ci illərdə qərargah rəisi olub, 1956-cı ildə Sina səhrasına hücumda İsrail ordusunun əsas qələbələrindən birinə imza atıb. Moşe Dayan İsrail ordusunun müasir silahlarla təchizində xidmət göstərib.
Moşe Dayan 1958-ci ildə ordudan uzaqlaşıb və Mapay partiyasında siyasətlə məşğul olub. İşğalçı rejimin 4-cü parlamentinə nümayəndə seçilib. 1959-1964-cü illərdə kənd təsərrüfatı naziri postunu tutub. O Yeni Nəsil qrupuna qoşulub. Ben Qurion arzulayırdı ki, Yeni Nəsil qrupu sionist rejimə rəhbərliyi öz üzərinə götürsün. 1964-cü ildə baş nazirlə ixtilafları səbəbindən istefa verib, bir neçə ay sonra Ben Qurionun göstərişi ilə Rafi partiyasının təsisində iştirak edib. Bu partiya 1968-ci ildə Fəhlə Partiyası adını üzərinə götürüb. 1967-ci il iyun müharibəsində Moşe Dayan hərb naziri postunu tutub, 1974-cü ilə qədər orduya başçılıq edib. Bu müddət ərzində xalq arasında nüfuzundan istifadə edərək öz siyasi və hərbi fəaliyyətlərini genişləndirib. Məsələn fəhlə partiyasının rəhbərlərini məcbur edir ki, 1967-ci ildə Əl-Cəlil müqaviləsi ilə işğal olunmuş ərazilərdə tikinti işlərinə başlanılsın. Dayan böyük bir liman tikintisinə razılıq alır.
1973-cü ildə oktyabr müharibəsi Moşe Dayan üçün uğurlu olmur. Onun siyasi və hərbi nüfuzu xeyli zəifləyir. Onun müharibədə işlətdiyi taktikalar müxtəlif dairələrdə müzakirə edilir. Bu müharibədən sonra Dayan hərb naziri postundan uzaqlaşır.
1977-ci ildə Likud partiyasının qələbəsindən sonra Moşe Dayan öz siyasi xəttini dəyişir, yeni dövlətdə xarici işlər naziri postunu tutur. Moşe Dayan Misirlə sülh müqaviləsinin əsas fəallarından olub. O 1979-cu ildə vəzifədən istefa verib, 1981-ci ildə müstəqil partiya yaradır. Moşe Dayan nüfuzunu itirdiyindən partiya uğur qazanmır, daha çox xəstə təbiətli bir adam kimi siyasi səhnədən uzaqlaşdırılır. 1981-ci ildə bu cinayətkar əbədi olaraq gözünü dünyaya qapayır. Moşe Dayan işğalçı rejimin ən mübariz Sabira üzvü kimi xatırlanır.
Britaniyanın Fələstin üzərində mandatı başa çatdıqdan sonra İsrail 1948-ci ildə öz müstəqilliyini elan edir və ərəb ölkələri ilə müharibəyə başlayır. Bu müharibələr Moşe Dayan kimi qatillər üçün yüksəliş pilləsi olub.
1950-ci ildə Əskəlan şəhərində məscid və müqəddəs yerlərin dağıdılmasına cürət edən məhz Moşe Dayan idi. Məşhədi-Nəbiyyi-Hüseyn ziyarətgahı şiələrin müqəddəs yerlərindən sayılır. Bu yerdə İmam Hüseynin (ə) başının dəfn olunduğu deyilir. Bu ziyarətgah Fələstinin ən qədim ziyarətgahları sırasında yer alır.