Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2014

Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür

İmam Sadiq əleyhissəlamın həyatı barədə qısa məlumat

Altıncı İmamın adı Cəfər, künyəsi Əbu-Abdullah, ləqəbi Sadiq, atası İmam Baqir (əleyhissəlam), anası isə Ümmü-Fərvə olmuşdur.
İmam Sadiq (əleyhissəlam) hicrətin 83-cü ilində rəbiül-əvvəl ayının 17-si Mədinə şəhərində dünyaya gəlmiş, hicrətin 148-ci ilində 65 yaşında şəhid olmuşdur. Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır.

İmam Sadiq (əleyhissəlam) məktəbinin hökumətə qarşı olan etirazının məfhumu

Cəfəri fiqhi İmam Sadiq əleyhissəlamın dövründəki rəsmi fəqihlərə qarşı təkcə sadə bir dini ixtilaf olmamış, eyni zamanda hökumətə qarşı iki məzmunu da özündə ehtiva etmişdir. Onların birincisi və eləcə də, ən əsası hökumət orqanlarının lazımi dini məlumatlardan xəbərsiz olmasını və camaatı ideoloji cəhətdən idarə edə bilmədiklərini isbat etmək olmuşdur. Yəni, həqiqətdə onların xilafət kürsüsündə oturmağa layiq olmadıqları sübut olunurdu. İkincisi isə hökumətə bağlı olan fəqihlərin fiqhi məsələləri bəyan etmək və onların, hakim dairələrin istəklərini nəzərə alaraq qeyri-İslami məsləhətləri əsasında qurduqları şəriətdə dinin təhrif olunmasını sübuta yetirmək idi. İmam Sadiq (əleyhissəlam) elm ocağını genişləndirib fiqh, İslam maarifi, Quran təfsirini hökumətə bağlı olan alimlərin dediyindən fərqli bəyan etməsi əməli olaraq hökumətə qarşı atılmış bir addım idi. O Həzrət hamısı bir növ hökumətin əsas hissəsi sayılan rəsmi fiqh və məzhəbi təşkilatların səhvlərini üzə çıxarıb hökumət orqanının şəriətdən kənar olduğunu isbat edirdi.
İmam Sadiq əleyhissəlamın səhabələrinə buyurduğu təlim və müzakirələrində xəlifələrin dini elmlərdən xəbərsiz olduqları məsələsi, İslam nöqteyi-nəzərindən onların xəlifəliyə səlahiyyətləri olmadığı açıq-aşkar müşahidə olunur. Yəni, İmam Sadiq (əleyhissəlam) öz fiqh və Quran dərslərinin ehtiva etdiyi hökumətlə qarşıdurma məsələsini səhabələri arasında açıq-aşkar müzakirəyə qoyurdu. İmam Sadiq əleyhissəlamdan olan hədisdə oxuyuruq: “Biz o kəslərik ki, Allah-taala bizə itaət etməyi camaata vacib buyurmuşdur. Halbuki, camaat elə bir şəxsə itaət edir ki, sabah onun cahilliyi ucbatından Allah dərgahında üzürlü sayılmayacaqlar (“Üsuli Kafi”, c. 1, səh. 186.).” Bu o deməkdir ki, camaat rəhbər və xəlifələrinin cahilliyi nəticəsində səhvə düçar olub Allah yolundan başqa yola getdiklərinə görə üzürlü sayılıb deyə bilməzlər ki, biz öz seçimimizə görə səhv etməmişik. Bizi bu yola sürükləyən bizim cahil rəhbərlərimiz olmuşdur. Bu üzr əsla qəbul olunmayacaq, çünki, bu cür rəhbərlərdən itaət etməyin özü səhv bir iş olub sonrakı səhvlərə bəhanə ola bilməz.

Nur-az.com


1122 بازدید
در حال ار