Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2013

Aşiq və məşuq

Feyz Kaşani Kaşanın Qəmsər qəsəbəsində yaşayarkən qaynatası Molla Sədra da bir neçə günlük onun qonağı olur. Həmin günlərdə Qəmsərdə cavan bir oğlan elçiliyə gedir. Qızın valideynləri elçiləri qəbul etdikdən sonra şərt kəsirlər ki, əqd oxunana qədər nə oğlan qızı görəcək, nə də qız oğlanı. Nişanlılar bir-birlərini çox sevdiklərindən mövcud şərti də pozmamaqla görüşmək üçün çıxış yolu fikirləşirlər.
Qız hiylə işlədərək deyir ki, mən filan gün xalça çırpmaq üçün bana çıxacağam, sən də küçəyə gəl bir-birimizi görək. Sözləşdikləri gün qız xalçanı bana aparıb çırpmağa başlayır. Bəy də küçədə durub gəlinə baxır və deyir:

Gəldin xalça çırpmağa,
Xalçanın da tozu yox.
Özünü göstərməkdən
Başqa bircə sözün yox.

Bu anda məşhur arif Molla Sədra həmin küçədən keçərkən hadisən