Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2014

İsrailin 3-cü Qəzzə müharibəsindəki ziyanları

Nur-az.com-un FarsNews-a istinadlı məlumatına görə, İsraili təkcə raketlər lərzəyə salmadı. Fələstinlilərin müqaviməti sionist ictimaiyyətin içərisinə qədər davam etdi. Belə ki, onun ictimai fəsadları ölkə iqtisadiyyatına etimadın itməsinə də səbəb oldu. Hərbi, turizm, sənaye, kənd təsərrüfatı, işsizlik, əmlak bazarı və hava xətləri müxtəlif zərərlərə məruz qalmışdır və Qəzzəyə son təcavüz nəticəsində böyük iqtisadi problemlərlə üzləşmişdir.
Statistika nə deyir?
Hərbi xərclər barədə Milli Təhlükəsizlik Nazirliyi ilə Maliyyə Nazirliyinin açıqladığı rəqəmlərdə fərqlər var. Birinci xərclərin 2 milyard, ikinci isə 1 milyard dollar olduğu qənaətindədir.
Bunlara görə İsrailin Milli Təhlükəsizlik Nazirliyi (MOSSAD) növbəti il üçün 3 milyard dollar məbləğində daha çox büdcə tələb edib. Tələb olunan büdcə təmin edilsə, İsrailin təhlükəsizlik büdcəsi 20 milyard dollar olacaq ki, bu da İsrailin illik büdcəsinin 17 %-i deməkdir.
İsrailin ən çox zərərə məruz qalmış sektoru turizm sektorudur. Yay tətilinə İsrailə gəlmək istəyən turistlərin 50 %-i öz ilkin sifarişlərini (rezervasiya) ləğv etmişlər. 300.000 turist iyul ayında İsrailin işğal etdiyi Fələstin torpaqlarına səfər etməkdən imtina etdilər. Otellər 370 milyon dollarlıq zərərlə qarşılaşdılar.
Hava Yolları şirkətləri bu ilin yayında baş verənləri dünya mülki aviasiyasının "faciə"si adlandırdılar. Beynəlxalq uçuşlar 50 %, daxili uçuşların isə 20 % azaldı.
İqtisadi müəssisələrdə çalışanların əksəriyyəti öz işlərini itirdilər. İşsizlik orta hesabla 6.3 % artdı.
Sənaye sektoruna da ziyan dəyib. Belə ki, sənayeyə rəqəmlərə görə 3.430.000 dollar ziyan dəyib ki, onun da 1.530.000 dolları Qəzzəyə yaxın şəhərlərdə baş verib.
Kənd təsərrüfatı sektoruna 15 milyon dollar birbaşa ziyan dəyib. Lakin bu sahəyə dolayısı ilə dəyən ziyanların məbləği bu rəqəmdən olduqca çoxdur. Hazırda fermerlər dəymiş ziyanın kompensasiya edilməsini gözləyirlər.
İsrailin bu təcavüzü onlarla iş icraçısına zərər verdi. Yüzlərlə ev tikinti layihəsi dayandırılıb və ya ləğv edilib.
Alqı-satqı müqaviləsi olan 1300 evin müqaviləsi ləğv edildi. Qəzzəyə yaxın yerlərdə evlərin tikilməsi üçün tələblər 18 faiz azalıb.
Xülasə budur ki, İsrailin qorxduğu şey baş verdi...
Daxili cəbhədə vəhşət və gələcəkdən qorxu...


1320 بازدید
در حال ارسال اطلاعات...