Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2014

Əllamə Həsənzadə Amulinin tövsiyələri(1)

Quran Əhli olun
Həsən Həsənzadə Amuli və Əllamə Həsənzadə Amuli kimi tanınan ayətullah Həsən Təbəri Amuli hicrətin 1307-ci ilində dünyaya göz açdı. Bu şəxs, müctehid, ruhani, arif, filosof və hövzə dərslərinin tədrisi ilə məşğul olan bir şəxsdir. Ayətullah Həsənzadə Amuli ömrünün 85 ilini geridə qoyub. O, tanınmış əxlaq ustadlarındandır, fəlsəfə, urfan, fiqh, üsul, ədəbiyyat, riyaziyyat, fizika, kimiya və digər bir çox elmləri mənimsəyib. Bu arif insanın "Sirate-süluk" kitabında toplanmış əxlaqla bağlı sözlərini yada salmağın faydalı olacağına inanırıq.

Quran
Yaxşı olar ki, uca Allahın, Peyğəmbərin (s) və onun Əhli-Beytinin (ə) bəzi moizələrini, haqq yolunun yolçuları üçün zəruri olan tövsiyələrini yada salaq:
Qurani-Kərim kamil insanın yazılı surətidir. Yəni Quran Məhəmməd (s) həqiqətinin yazılı surətidir. Qurani-Kərimdə buyurulur: "Bu Quran sizi ən yaxşı yola hidayət edir." Həmçinin buyurulur: "Şübhəsiz Allahın Rəsulu sizin üçün ən gözəl həyat nümunəsidir."
Qurana hər nə qədər yaxınlaşsan, kamil insana bir o qədər yaxınlaşmısan. Odur ki, bax gör Qurandan nə dərəcədə faydalanmısan? Çünki onun ayələrinin həqiqətləri əslində sənin zatının dərəcələridir və onun dərəcələri sənin üçün kamillik və yüksəliş pilləsidir.
Həzrət Əli (ə) Məhəmməd ibn Hənəfiyyəyə vəsiyyətnaməsində buyurur: "Quran oxu, ona əməl et, vaciblərini yerinə yetir, halal və haramlarını, əmr və qadağalarını tanı. Geclərinin onunla oyaq keçir, və gecə-gündüz onu oxu. Çünki Quran Allahın məxluqları ilə əhdidir. Müsəlman olan şəxs hər gün bu əhdi-peymana baxış keçirməlidir. Hətta ondan yalnız əlli ayə oxumuş olsan belə, bunu et! Bil ey oğlum! Behiştin dərəcələri Quran ayələrinə görədir. Qiyamət günü Quran qarisinə deyəcəklər: Quranı oxu və onun təkamül dərəcələrindən yuxarı qalx. Behiştdə peyğəmbərlər və siddiqlərdən sonra heç kim Quran qarilərindən üstün deyil."

Quran Allahın nemət süfrəsi
Mərhum Ələmül-Huda, İbn Məsuddan nəql edir ki, Girami Peyğəmbər (s) buyurdu: "Quran Allahın nemət süfrəsidir, hər nə qədər bacarırsınızsa, ondan faydalanın. Çünki ən boş ev Quran nuru olmayan qəlbdir." Quranın "Mədubə" adlandırılması olduqca gözəldir. Ələmül-Huda "mədubə" kəlməsi barəsində yazır: "Mədubə" ərəblər arasında o xörəyə deyilir ki, insan onu hazırladıqda başqalarını da ondan meyl etməyə çağırır. Bu gözəl hədisdə İslamın böyük peyğəmbəri Quranı oxumaq və onu hifz etmək vasitəsi ilə insana aid olan faydanı mədubə (xörək) adlandırıb. Belə isə ey qardaşlar! Gəlin birlikdə, səmimiyyətlə Allahın süfrəsində əyləşək. Qəlbiniz, ruhunuz hər nə istəsə onda tapılar. Onda elə nemətlər var ki, hətta göz onları görəndə ləzzət alır. Gəlin, bu ədəb məktəbinə! Ondan üstün ədəb və ondan böyük müəllim, tərbiyəçi tapa bilməzsiniz. Haqdan sonra zəlalətdən başqa bir şey varmı?!

İmam Sadiqin namazda huşunu itirməsi
Seyyid ibn Tavus İmam Sadiq barəsində (ə) belə nəql edir: O həzrət namazda Quran tilavəti zamanı bihuş olurdu. Bir dəfə öz adi halına qayıtdıqdan sonra ondan soruşdular ki, belə təsirlənməsinə nə səbəb olur? Həzrət cavab verir və onun cavabının məzmunu belədir: "Allahın ayələrini o qədər oxuyub təkrarladım ki, sanki onu deyənin öz dilindən eşidirdim. Bu halda artıq insan qüvvəsi Allahın əzəmətinin müşahidəsinə dözümsüz olur və bu səbəbdən mən huşumu itirdim."
Seyyid ibn Tavus yenə yazır: Bil ki, Quran sonsuz bir okeandır. Başqa nə cür ola bilər?! Axı o ilahi feyzin məzhəri və təcəllasıdır...

Quran Cəvamiul-kəlamdır
Türeyhi deyir: Hədisdə buyurulur ki, mənə Cəvamiul-kəlim əta olundu; sözlərin toplandığı mənə verildi. Bundan məqsəd Qurani-Kərimdir. Çünki Quran kəlmələri azdır, amma mənası çoxdur. Hətta buyurulur ki, Quranın hər bir hərfinin yetmiş mənası var.
Bəli, sektor kimi tanınan həndəsi şəkilin 497,664 həndəsi düsturu olduğu halda, Quran hərflərinin hər birinin 70 mənasının olması təəccüblü deyil.
Ey Allahın xüsusi bəndələri! Bunlar Furqan surəsinin sonuncu ayələridir. Gəlin onu yalnız oxumaqla kifayətlənməyin, onlar barəsində düşünün. Bu ayələrdən hər biri bir göstərişdir və hər kim ona əməl etsə nicat tapacaq, qurtulacaq:
"Və rəhmanın bəndələri yer üzündə təvazökarlıqla hərəkət edərlər" ayəsindən surənin sonunadək olan ayələr nəzərdə tutulur.

Rəhmanın bəndələrinin sifətləri Quranda
Allahın xüsusi bəndələri aşağıdakı sifətlərə sahib olarlar:
1-Yer üzərində təvazükarlıqla hərəkət edərlər.
2-Cahillər onlara cahilcəsinə müraciət etdikdə, xoş dillə, sağlam şəkildə cavab verərlər.
3-Allaha olan eşqləri səbəbindən və onun razılığını qazanmaq üçün gecələri səcdə və qiyam halında keçirərlər.
4-Daim dua və yalvarışla deyərlər: İlahi, cəhənnəm əzabını bizdən uzaq et, bu əzab çox pis əzabdır və cəhənnəm çox pis yer və çox pis sondur.
5-İnfaq etdikdə israf etməzlər və orta yolu tuturlar.
6-Allaha şərik qoşmazlar və yalnız Allahı çağırırlar.
7- Allahın haram etdiyi qətl və cinayətdən çəkinərlər.
8-Heç zaman zina kimi iyrənc bir əmələ yaxınlaşmazlar və hər kəs bu çirkin əmələ bulaşsa, onun əbədi cəzasını çəkəcək və qiyamətdə əzabı iki qat olacaq. Yalnız o şəxslər ki, tövbə edərlər və xeyir əməllər görərlər, əgər belə etsələr Allah onların günahlarını savaba çevirəcək. Hər kəs tövbə etsə, əlbəttə ki, Allah onun tövbəsini qəbul edəcək.
9- Batilə şəhadət verməzlər.
10-Dəyərsiz insanların mənasız və kobud işlərindən uzaqlaşanda alicənablıqla uzaqlaşarlar.
11-Allahın ayələri onlara xatırladıldıqda korlar və karlar kimi onun kənarından keçməzlər, əksinə agah qəlb və açıq göz ilə onu müşahidə edərlər, onun barəsində düşünərlər ki, nəticədə mərifət və idrakları, imanları artsın.
12-Allaha dua edərkən belə deyərlər: İlahi, zövcələrimiz və övladlarımızdan bizə gözümüzü işıqlandıracaq nemətlər bəxş et və bizi pakların, təqvalıların rəhbəri et. Belə bəndələrin səbr etmələrinin mükafatı behişt qəsrləri olacaq. Onlar həmin yerdə bir-birləri ilə salam, afiyət və sevinclə qarşılaşacaqlar və gözəl behiştdə əbədi olaraq sakinləşəcəklər.
Ey Peyğəmbər (s) ümmətə de: "Əgər duanız, ah-naləniz, ah-zarınız olmasaydı, Allah sizə heç etina etməzdi, çünki siz keçmişdə Allahın ayələrini və onun peyğəmbərlərini inkar etdiniz. Sizin bu inkarınız sizdən əl çəkməyəcək, onun nəticəsini görəcəksiniz. (odur ki, dua ilə ondan qurtulun)".

Quran əhli ol
Həzrət ustad Quranın Allahın əhdi olması barəsində buyurur: Bir gün qapını döydülər, qapını açdım, gördüm bir cavandır. Dedi: Ağa, dəsturul-əməl (əməl üçün göstəriş) deyin.
Dedim: Birincisi, Quran əhli ol, ikincisi sabitqədəm ol.
Dedi: Yenə də buyurun. Dedim: Sən get elə birincini yerinə yetir!

Ustad Allah olsun!
Həmçinin buyurur: Zikr istəyirsiniz? Quranın adlarından biri zikrdir. Zikr elə Qurandır. Diqqətli olun, necə ki, dərs üçün müəyyən vaxt təyin etmisiniz, Quran üçün də belə olsun. Dərslərinizdən biri də Quran olsun. Onun qarşısında dərs alın və ustadınız Allah olsun!

Nur-az.com


1591 بازدید
در حال ارسال اطلاعات...