Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2014

Xanım Məsumənin (s.ə) mövlud günü

Nur Mədəniyyət Mərkəzi bütün müsəlmanları, Əhli-Beyt aşiqlərini, dünyanın ədalətsevər insanlarını Həzrət Məsumənin (s.ə) mövlud günü münasibətilə təbrik edir...

***

Bir gün Rey əhlindən bir qrupu Mədinədə İmam Sadiqin (ə) görüşünə getdi. Onlar İmama (ə) Reydən olduqlarını söylədilər. İmam Sadiq (ə) buyurdu: “Afərin Qumdan olan qardaşlarımıza!” Onlar Reydən olduqlarını təkrarladılar. İmam da öz buyuruğunu növbəti dəfə dilə gətirdi və belə davam etdi: “Allah üçün bir hərəm var və o Məkkədir. Allahın Rəsulu (s) üçün hərəm var və o Mədinədir. Əmirəl-möminin Əli (ə) üçün hərəm var və o Kufədir. Bizim hərəmimiz isə Qum şəhəridir...” (“Bihar”, c.60, s.216)
Digər bir rəvayətdə Qazi Nurullah Şüştəridən nəql olunur ki, İmam Sadiq (ə) Məkkənin Allaha, Mədinənin peyğəmbərə (s), Kufənin həzrət Əliyə (ə), Qumun məsum imamlara aid olduğunu vurğuladıqdan sonra buyurur: "Bilin ki, Qum kiçik Kufədir. Behiştin səkkiz qapısından üçü Quma doğrudur. Mənim övladlarımdan Musa ibn Cəfərin qızı Fatimə orada dünyasını dəyişər. Onun şəfaəti ilə bütün şiələrimiz behiştə daxil olar." ("Bihar", c.60, s. 228; "Məcalisul-mominin", c.1, s.83) Bu hədisdən bir neçə nöqtə aydınlaşır: Qum da Kufə kimi peyğəmbər ailəsi elmlərinin yayıldığı mərkəzdir; Qumdan behiştə üç qapı açılır; xanım Məsumənin (ə) şəfaət məqamı çox böyükdür. Xanım Məsumənin (s) şəfaət məqamı çox böyükdür. Qumdan behiştə doğru üç qapı açılması ilə bağlı İmam Riza (ə) buyurur: "Behiştin səkkiz qapısı var - onlardan üçü Qum əhli üçündür. Xoş onların halına..." ("Bihar", c.60, s.228)
Çox ehtimal ki, behiştin bu üç qapısı Qumun üç imtiyazı ilə bağlıdır: 1. Xanım Məsumənin (ə) hərəminin Qumda olması: bu səciyyə insanların behiştə sövq edilməsi səbəbidir; 2. İnsanların hidayət səbəbi olan Qum elmi hövzəsi; 3. Cəmkəran məcsidi, Məkkə və Kufədən sonra bu şəhərin İmam Mehdi (ə) ilə bağlı mərkəz kimi tanınması İmam Mehdi (əc) müqəddəs Cəmkəran məscidində insanları səadətə, Allahın razılığı və behiştə çatdıracaq vasitələr hazırlayar. Onun mənəvi təsirləri bu gün də göz qabağındadır. İmam Sadiq (ə) buyurur: "Qum bizim və bizim şiələrimizin şəhəridir. Bu şəhər müqəddəs və pak şəhərdir.Bu şəhərin əhli bizim vilayətimizi və bizimlə dostluğu qəbul etmişdir. Nə qədər xəyanət etməyiblər onlara pislik etmək istəyən cəzasına çatar. Xəyanət etsələr, Allah zalım bir şəxsi onlara hakim edər. Onlar bizim qaim imam Mehdinin (ə) yardımçıları, bizim haqqımızı tələb edənlərdir. " Sonra həzrət üzünü səmaya tutub dua etdi: "Pərvərdigara, Qum əhlini bütün fitnələrdən qoru, onları bütün fəlakətlərdən xilas et."
Həzrət Əbdül-əzim Həsəni, İshaq ibn Nasehdən nəql edir ki, İmam Kazim (ə) Qum haqqında buyurub: "Qum Ali-Məhəmməd yurdu, onların şiələrinin sığınacağıdır." ("Bihar"Ş c.6, s.214)


1600 بازدید
در حال ارسال اطلاعات...