Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2014

Xanım Məsumənin (s.ə) mövlud günü

Nur Mədəniyyət Mərkəzi bütün müsəlmanları, Əhli-Beyt aşiqlərini, dünyanın ədalətsevər insanlarını Həzrət Məsumənin (s.ə) mövlud günü münasibətilə təbrik edir...

***

Bir gün Rey əhlindən bir qrupu Mədinədə İmam Sadiqin (ə) görüşünə getdi. Onlar İmama (ə) Reydən olduqlarını söylədilər. İmam Sadiq (ə) buyurdu: “Afərin Qumdan olan qardaşlarımıza!” Onlar Reydən olduqlarını təkrarladılar. İmam da öz buyuruğunu növbəti dəfə dilə gətirdi və belə davam etdi: “Allah üçün bir hərəm var və o Məkkədir. Allahın Rəsulu (s) üçün hərəm var və o Mədinədir. Əmirəl-möminin Əli (ə) üçün hərəm var və o Kufədir. Bizim hərəmimiz isə Qum şəhəridir...” (“Bihar”, c.60, s.216)
Digər bir rəvayətdə Qazi Nurullah Şüştəridən nəql olunur ki, İmam Sadiq (ə) Məkkənin Allaha, Mə