Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2013

Keşiş İslama necə gəldi?

Bəli,  həqiqət ardınca olan onu tapır. Cənab höccətül-islam vəl-müslimin hacı şeyx Sadiq Fəcrül-İslam müsəlman olmamışdan qabaq Urmiyədə kilsədə ruhani idi. O deyir: Ürəyimə gəldi ki, təqribən 100 yaşlı ustadımdan bir sual soruşum. Bir gün axşam çağı onun evinə getdim və dedim: Sizin mənim boynumda haqqınız çoxdur. Siz bais oldunuz ki, mən dərs oxuyub keşiş olum. Amma istəyirəm mənim bu sualıma səmimi cavab verəsiniz. Həqiqətən haqq bizimlədir, haqq bizimlə bitib və bizdən sonra hər nə din gəlib batildir? Hər halda siz 100 il ömür sürmüsünüz və bu barədə yəqinə çatmısınız. Amma mən tərəddüdəyəm və hələ də şəkkim var.

Burada bu nöqtə qeyd etmək zəruridir ki, çox şəklər qiymətlidir. Bir şəxs ki qiyaməti qəbul etmir, amma öz əqidəsinə şəkk edir görəsən qiyamət var ya yox? Axırda məcbur olub agah bir insanın yanına gedib ondan istəyir ki, dəlillərlə ona cavab versin. Beləliklə, agah olmaq ümidi ilə onun yanına gedir.

Ustad cavab vermədi. Dedim: Cavab yoxundur? Dedi: Cavab var, amma onu şifahi deyə bilmərəm. Sonra mənə bir kilid verib dedi: O şeyi ki istəyirəm sənə göstərim indiyə kimi heç kimə göstərməmişəm. Amma ürəyimə gəldi ki sənə göstərim. Otağımda sandığın içində İslam Peyğəmbərdən qabağa aid olan bir kitab ki heyvan dərisi üstündə yazılıb. Onu bura gətir.

Kitabı gətirdim. Ustad kitabı açıb dedi: Oxu! Dedim: Bu nədir? Dedi: İsa Məsihin zamanına yaxın olan İncil kitabıdır. Allah-Taala bu kitabda buyurub ki, din Məsihlə bitmir. Məsih peyğəmbərdən sonra ayrı birisi gələcək və adı Farqalitdir. Tərcüməsi Əhməddir. Allah-Taala da müsəlmanların Quranında Məsihin dilindən həmin mətləb haqda Saff surəsinin 61-ci ayəsində buyurur:
Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!” Sonra (İsa, yaxud Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: “Bu, açıq-aydın sehrdir!” – dedilər.
Belə nəticəyə gəlirik ki, haqq bizimlə bitmir. Məsihdən sonra haqq İslam Peyğəmbəridir (s).
Dedim: Bəs niyə indiyə qədər bu mövzunu elan etməyibsən?
Dedi: Birincisi, qorxurdum, ikincisi də əgər bu məsələni desəydim şan-şöhrətimi əldən verərdim və indi müdir olmazdım.
Gecə yarısı idi, ustadın evindən çölə çıxıb Urmiyənin müctehidi Hacı Mirza Həsənin evinə gedib qapısını döydüm. Müctəhid qapının arxasına gəlib soruşdu: Kimdir? Dedim: Bir savadlı keşiş! O qapını açdı və məni tanıyıb evə dəvət edib soruşdu: Nə hadisə baş verib? Dedim: İstəyirəm libasımı dəyişib nəsraniyyətdən çıxam. Məni müsəlman et! O gecədən sonra müsəlman oldum.
Bu adam İslamı qəbul etdikdən sonra ilahi maarif sorağına getdi və dərs oxuyub İslam müctehidlərindən oldu. O yazır ki, mən ilahi maarifdə 15 elmi problemlə üzləşdim və hər müctehiddən soruşdum cavabları ilə qane olmadım.

Beləliklə bir gün səfər əşyalarımı toplayıb ailəmə dedim: Bəzi elmi problemlərimi həll etmək üçün Kərbəlaya gedirəm! Kərbəlada imam Hüseynin (ə) ziyarətinə gedib ona ərz etdim: Hüseyn can! Mən təzə müsafirəm. Ömrümün 40 ilini məsihi olaraq sizə yad olmuşam. Amma indi gəlmişəm. Mərifətin bütün fəsilləri sizin yanınızda açılır. Lütf edin mənim müşküllərimi həll edin!
O gün hərəmdən çıxdıqdan sonra xeyli ağladım. Gecə imam Hüseyni (ə) yuxuda gördüm və 15 problemin hamısının cavabını verdi.
Bunun mənası həqiqi mərifət kəsb etmək və həqiqət ardınca olmaqdır. Mərifət sözündə

راء – Yəni Allahın razılığına razı olmaq

فاء – Yəni Quranın da sifariş etdiyi “İnsanın Allahdan qeyrisindən Allaha doğru getməsi”

تاء – Yəni insan mərifətin elə yüksək mərtəbəsinə yetişər ki, özü və hər işini Allaha tapşırar.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1337 بازدید
در حال ارسال اطلاعات...