Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2013

Əzadarlıq məclisinin üç xüsusiyyəti

Rəhbər Ayətullah Xameneinin bəyanatından seçmələr

Böyük rəhbər Ayətullah Xamenei hüznlü məhərrəm ayı əzadarlığının 3 xüsusiyyətini vurğulayıb.

Əzadarlıq insanları imam Hüseyn (ə) və onun ailəsinə münasibətdə hislərini gücləndirməlidir. İnsanın qəlb bağlılığı olduqca dəyərli bir bağlılıqdır. Əzadarlığın ikinci xüsusiyyəti bu olmalıdır ki, Aşura hadisəsi aydın və dəqiq şəkildə çatdırılsın. Üçüncü xüsusiyyət bu mərasimlərin azca da olsa insanların iman və elmini artırmasıdır.

Cənab rəhbər buyurub ki, məclisə toplanan insanlarda belə bir sual yaradılmalıdır ki, bu əzadarlıq və göz yaşları nə üçündür? Nə üçün imam Hüseynə (ə) ağlamalıyıq? İmam nə üçün Kərbəlaya getdi? Nə üçün Aşura hadisəsi baş verdi? Beləcə, insanların aşuraya münasibətdə biliyini, mərhəmətini artıran nöqtələr açıqlanmalıdır.

Cənab rəhbər 3-cü xüsusiyyət haqqında buyurub ki, insanların iman və mərifəti güclənsə əzadarlıq dəyərli olar. Məclisdə dinlə bağlı elə nöqtələrə toxunmaq lazımdır ki, əzadarların iman və mərifəti artsın.

Cənab rəhbər söhbətinin davamında əzadarlıq mərasiminə toplaşanların hadisənin mahiyyəti ilə tanış olmasının zəruriliyini dilə gətirdi. Hadisənin ruhiyyəsinə diqqət yetirilməlidir, təkə zahir bəs etmir.

Cənab rəhbər əzadarlıqda axıdılan göz yaşlarının səbəbi barədə danışdı. Buyurdu ki, göz yaşı dəyərli olmalıdır və əzadarlıqda bu nöqtəyə diqqət yetirilməlidir.

İmam Sadiq (ə) Misməu adlı şəxsə buyurur: “Allah sənin göz yaşlarını sənə mərhəmət səbəbi etsin. Sən o insanlardansan ki, bizim müsibətimizə qəmlənirsən, şadlığımıza şad olursan...” (Biharul-ənvar, c. 44, səh. 289)

Başqa sözlə, Allah övliyalarının, Əhli-Beytin (ə) müsibətindən təsirlənib ağlamaq dəyərlidir və insan üçün faydalıdır. Hədisdə “buka” və “əbrə” sözlərinin hər ikisi göz yaşı kimi tərcümə olunub. Hansı ki, sözlərdə həm göz yaşı, həm də çəkinmək mənaları var. Yəni göz yaşları o zaman faydalıdır ki, insanı zülmdən çəkindirmiş olsun. Başqa bir hidəsdə nəql olunur ki, Müfəzzəl imam Sadiq (ə) və ailəsinin Hüseynə (ə) ağladığını görüb deyir: “Ey mənim mövlam! Bu göz yaşının savabı nə qədərdir?” İmam buyurur: “Bu savabı hesablamaq olmaz. Amma o adam bu savaba çatır ki, haqqa etiqadı var və həqiqətən ağlayır.” Yəni imam Hüseynə (ə) əzadarlıq insanı Yezid və onun qoşununun tutduğu zülm yolundan çəkindirir. (Biharul-ənvar, c. 53, səh. 23)

Başqa bir rəvayətdə imam Baqirin (ə) dilindən nəql olunur: “Elə bir bəndə yoxdur ki, bizim müsibətimiz zikr olunanda qəlbi yansın, amma mələklər ona nəvaziş göstərməsin, onun günahları bağışlanmasın. Yalnız insanı imandan çıxaran günahlar istisnadır.” (“Əl-Kafi”, c. 8, səh. 101) Həqiqətən də, Allah, din, Əhli-Beyti tanımadan əzadarlıq

mərasimində ah-nalə çəkib ağlamaq insanı ədalətsiz addımlardan çəkindirmək gücündə deyil.

İmam Rza (ə) Dəbəli cəddi Hüseynə mərsiyə oxumaq üçün həvəsləndirəndə buyurur: “Ey Dəbəl Hüseynə mərsiyə oxu. Nə qədər ki sağsa, bizim köməkçimiz və məddahımızsan. Gücün çatan qədər bizə köməkçi ol və gücün çatan qədər bizə müsibət yaşadan amillərdən uzaqlaş.” (Biharul-ənvar, c. 45, səh. 257)

Yuxarıda zikr olunan hədislər cənab rəhbərin buyuruqlarını təsdiqləyir. Bəli, əzadarlıq insanları maarifləndirməli, Hüseynin məqsədi ilə tanış etməli, əzadarlıqda ağlamağın əhəmiyyətini göstərməlidir. Gənc nəslin bu tövsiyələrə ehtiyacı var.

Nur-az.com


1453 بازدید
در حال ارسال اطلاعات...