Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2014

İmperializm və neft

(Şəkildə Ayətullah Kaşani və Müsəddiq)
İran tarixində neftin milliləşməsi hərəkatı mühüm hadisələrdəndir. Şəmsi 1280-cı ildə (113 il öncə) İran şahı Darsi adlanan müqavilə imzaladı. Bu müqavilə Britaniyanın siyasi, iqtisadi, hərbi və ideoloji hakimiyyətini yarım əsr uzatdı. Darsi müqaviləsi 1312-ci ildə bir daha  uzadıldı. Böyük ölkələr kiçik ölkələrin təbii sərvətlərinə sahib durma üçün öz fəaliyyətlərini genişləndirirdilər. İkinci dünya müharibəsi belə bir məqsədlə başladı.
Britaniya dövləti 20-ci əsrin ortalarına qədər İran neft sənayesinə nəzarət edib. İkinci dünya müharibəsindən etibarən İranda Britaniyanın neft üzərində hakimiyyətinə qarşı hərəkat güclənməyə başladı.
1320-ci il, şəhrivər ayında ölkənin cənubunda Xuzistan neftçiləri təşkilatlanmağa başladı. Neft hətta müharibənin taleyinə təsir göstərirdi. Neftçilər fəhlə ittifaqlarında birləşərək 1325-ci ildə etiraz nümayişlərinə start verdilər.
Britaniya və İran neft sahibkarları rejimi fəhlələrə qarşı qətliama sövq etdi. 1325-ci il tir ayının 23-də Tudə partiyasının rəhbərlik etdiyi etirazçı fəhlələrdən 83 nəfəri qətlə yetirildi. Britaniya-İran neft şirkəti Xuzistan məşğulluq idarəsinin rəisi Şapur Bəxtiyar fəhlələrlə müzakirəyə başladı. Fəhlələrin bu mübarizəsi nəticəsində İranda ilk dəfə iş haqqında qanun tənzimləndi.
Müzakirələr 1329-cu il isfənd ayının 29-da İranda neft sənayesinin milliləşməsi ilə başa çatdı. Bu yolda 1325-ci il 23 tirdə qətliam baş verdi. Amma İran xalqı geri çəkilmədi. Neft sənayesinin milliləşməsi Britaniya üçün dözülməz hadisə idi. Digər tərəfdən İranda baş vermiş bu hadisə qonşu ölkələrdə də imperializmin mənafelərini təhlükə altına alırdı.
Xalq hərəkatını siyasi qruplar, milli şura məclisi himayə edirdi. Britaniyanın şaha qəbul etdirdiyi Mənsur öz mövqelərini möhkəmləndirmək üçün sürgündə olan Ayətullah Kaşanini İrana dəvət etdi. Amma Ayətullah Kaşaninin qayıdışı xalq hərəkatını daha da gücləndirdi. İngilislər neft istismarında kiçik güzəştlərlə əvvəlki vəziyyəti bərpa etməyə çalışırdılar. Ortaya Ges-Qolşaiyan müqaviləsi kimi layihə atıldı. Bu layihəni “İlhaqiye-neft” adı ilə də yada salırlar. Milli şurada Ayətullah Kaşaninin Müsəddiq tərəfindən oxunan bəyanatı Britaniyanın planlarını pozdu. Nəticədə Mənsur dövlətini Rəzmara dövləti əvəz etdi. Hacıəli Rəzmara dövləti bu layihəni milli şurada qəbul etdirmək üçün çox çalışdı. Amma milli şura məclisi bütün təzyiqlərə baxmayaraq layihəni qəbul etmədi. Bir müddət sonra milli şura məclisinin neft komissiyası bütün İranda neftin milliləşməsi layihəsini müzakirəyə çıxardı. Bu dartışmalarda baş nazir Rəzmara İslam Fədailəri Cəmiyyətinin üzvü Xəlil Təhmasibi tərəfindən qətlə yetirildi.
İran xalqının mübarizəsinə Doktor Məhəmməd Müsəddiq rəhbərlik etməyə başladı. Hərəkatı yatırmaq üçün xaricdən və daxildən böyük təlaşlar göstərilirdi. Hətta Britaniya hökuməti Fars körfəzinə hərbi gəmi göndərdi. Amma Müsəddiqin rəhbərlik etdiyi hərəkat güclənirdi. Hərəkatdakı sazişçi fərdlər yolunu dəyişib Müsəddiqə qarşı Britaniya ilə həmkarlığa getdi. 1332-ci il 28 mordadda hərəkata son və sarsıdıcı zərbə endirildi. 1329-cu il 29 isfənd tarixi İran tarixində neftin milliləşməsi günü kimi yadda qaldı.
Britaniya-İran neft şirkətləri Bəndəri-Məşurda fəhlələrə 30% əmək haqqı təyin etdiyi zaman Xuzistanda etiraz aksiyaları başladı və hərbi vəziyyət elan edildi. Əhvaz, Xurrəmabad, İsfahandan aksiyaları yatırmaq üçün hərbi qüvvələr ezam edildi. Neft şirkətləri aksiyaçıların tələblərini qəbul etmirdilər.
1330-cu il 8 fərvərdində Britaniya dövləti elan etdi ki, qiyam qaldırılmış məntəqələrdə sabitliyin təmini üçün Flaminqo və İluqus gəmilərini Abadana göndərir. Bu hərbi gəmilərin əsas qərargahı Bəhreyndə idi. Hadisələr zamanı Britaniyanın Tehrandakı səfiri baş nazir Hüseyn Əladan Xuzistanda hansı tədbirlər görüldüyünü soruşdu. 9 fərvərdində etirazçılar atəşə tutuldu və 3 nəfər qətlə yetirildi. 18 fərvərdinə qədər etirazçıların üçdə biri işə qayıtdı. Amma 23 fərvərdində Bəndəri-Məşur və Abadanda növbəti aksiyalar baş verdi və fəhlələr arasında qətlə yetirilənlər oldu.
Britaniyanın hədə-qorxuları haşiyəsində bu ölkənin Vern adlı 3-cü gəmisi Fars Körfəzinə daxil oldu. Bu zaman Aralıq dənizindən Yuyalus gəmisi də böhran məntəqəsinə kurs götürmüşdü. Britaniya səfiri növbəti dəfə Əla ilə görüşüb onu sərt addımlar atmağa dəvət etdi.
1330-cu il 28 fərvərdində Ayətullah Kaşani bəyanat yaydı ki, fəhlələr etiraz aksiyalarını dayandırsın. Ayətullah Kaşanini inandırmışdılar ki, Britaniya dövləti tezliklə İranı tərk edəcək. Digər tərəfdən Doktor Müsəddiq milli şurada Xuzistandakı hərbi vəziyyətə etiraz etdi. Müsəddiq milli cəbhənin bəyanatı vasitəsi ilə fəhlələri işə qayıtmağa çağırdı. Etirazçıların bəziləri həbs edildi, sonda hərəkat yatırıldı. 1330-cu il 12 ordibehiştdə yalnız Abadanda etiraz vardı. Amma tədricən Abadanda da hərəkat yatırıldı. Tehrandan göndərilmiş hərbi komandan Sepəhbud Şahbəxti Xuzistandan Əlaya ünvanladığı teleqramda yazırdı: “Abadanda etirazlar davam edir, amma 37500 fəhlə işə qayıdıb. Hərəkat fəallarından 4 nəfəri həbsə alınıb.”
Ölkədə neftin milliləşməsi hərəkatı yatırılsa da Britaniya dövləti əvvəlki rahatlığını əldə edə bilmədi. Sepəhbud Şahbəxti baş nazir Doktor Müsəddiqə yazırdı: “Neft şirkəti məsulları belə fikirləşir ki, neft sənayesinin milliləşməsi nəticəsində işsizlik arta bilər. Bu şayiələri neft şirkətinin xarici işçiləri yayır.”
Neft sənayesinin milliləşməsi hərəkatından sonra “milli” sözü bir söz olaraq qaldı və bu sənayenin böyük qazancları inhisarların, konsernlərin cibinə axırdı.
Beləcə 1329-cu il 29 isfənddə milli şura məclisi neft sənayesinin milliləşməsi haqqında qanun verdi, 1332-ci il mordad ayının 28-də bu hərəkata son qoyuldu.

Nur-az.com


1113 بازدید