Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2014

Üç əhvalat

Birinci əhvalat

Bu əhvalatı Hacı Ağa Müctəhidinin dostlarından biri cənab Məhəmməd Safiyə danışıb. Bir çox ariflər, övliyalar Qumda Cəmkaran məscidi yaxınlığında Kuhi-Xızır deyilən yerdə ibadətə məşğul olublar. Cənab Müctəhidi də bir neçə dəfə bu dağda ibadət edib. Bir dəfə cənab Müctəhidi ərbəin günü orada riyazətə məşğul imiş. İbadəti başa vurandan sonra evə qayıdıb. Dostlar onun görüşünə gəlib. Libasını dəyişən zaman cibindəki dəsmalda bir qarışqa görüb. Deyir ki, bu heyvanı yurd-yuvasından edib özümlə gətirmişəm. Bu diqqətsizlik təkrar olmasın deyə özümü tənbeh üçün onu Xızır dağına qaytarmalıyam. Bunu deyib piyada Xızır dağına üz tutur. Ona təklif ediləndə ki, maşınla getsin, deyir: “Piyada gedirəm ki, bir də belə iş tutmayım.”
Bəli, ariflər, övliyalar bizim üçün əhəmiyyətsiz görünən bəzi məsələlərə diqqətli olduğundan hər şeyi görür, hər şeyi eşidirlər.

İkinci əhvalat

Ayətullah Nasiri İsfahanın Kəmərzəri məscidində pişnamaz idi. İsfahanda böyük nüfuzu vardı. O Mürtəzəvi Ləngərudinin dilindən belə bir əhvalat nəql edir: “Bir gün qapı döyüldü. Qapını açanda gördüm ki, nimdaş libaslı bir şəxsdir. Nə istədiyini soruşdum. Dedi icazə verin, içəri gəlim. Əvvəlcə elə düşündüm ki, dilənçidir. Evə daxil olmaq istədiyini görəndə onu könülsüz dəvət etdim. Evə daxil olub, namaz qılmaq istədiyini söylədi. Dedim ki, bu otaq, bu da su. Buyur namazını qıl. O torbasından bir qab su çıxardı və həmin su ilə dəstəmaz aldı. Xalçanı kənara çəkib quru yerdə namazını qıldı. Namazını qurtarandan sonra dedim ki, xalça hansı pulla alınıbsa, ev də həmin pulla tikilib və xalçanı çəkməklə şübhədən qurtarmaq olmaz. Arzuolunmaz qonaq dedi: “Halal-haramlığı nəzərdə tutmamışdım. Mən bu günə qədər xalça üstə namaz qılmamışam.” Bir söz demədim. Qon