Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2013

İmam Səccadın (ə) üzücü şəhadəti

İmam Səccad (ə) - dördüncü imam Əli ibn Hüseyn (ə) (Zeynəlabidin) hicri 38-ci ildə Mədinədə dünyaya gəlmişdir. İmam Səccad (ə) hicri 50-ci il İmam Həsənin (ə) şəhadətindən sonra atası İmam Hüseynin (ə) yanında olmuşdur. Hicri 61-ci il məhərrəm ayında atasının şəhadəti zamanı Kərbəlada olmuş, Kərbəla faciəsindən sonra Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama aparılmışdır.
İmam Səccad (ə) səfər zamanı öz çıxışları ilə Yezid hakimiyyətini rüsvay etdi və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Hicri 94-cü il şəhadətə qovuşdu. Məhərrəm ayının 12-si Həzrət Zeynəlabidinin (ə) şəhadət ildönümüdür. O, Bəqi qəbiristanlığında dəfn olunmuşdur.
İmam Səccadın (ə) təbliğ və mübarizə metodlarından biri də İslam maarifini d