Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2014

108 amerikalı Azərbaycan kəndlərində nə axtarır?

Qəzzədə körpələri, qadınları, qocaları qətliam edən İsrailin dünyada dayağı ABŞ-dır. Doğrudanmı uşaq qətlinə yardım edən Amerika Azərbaycanda uşaqlara sevgi göstərir?

Könüllülər ingilis dilinin tədrisi adı altında əslində informasiya yığır və sonra onu müvafiq analitik mərkəzlərə ötürürlər

Səfir Morninqstar Azərbaycan hökumətinin Amerikanın “Sülh korpusu” proqramı ilə əməkdaşlığı uzatmaqdan imtina qərarından çaş-baş qalıb. O, Azərbaycan KİV-lərinə açıqlamasında bu barədə danışıb.
2003-cü ildən başlayaraq həmin proqram çərçivəsində Azərbaycanda 500-dən çox könüllü fəaliyyət göstərib. Həmin dövrdə könüllülər əsasən kənd yerlərində işləyirdi və ingilis dilini tədris edir, mədəni körpülər yaradırdı.
Son vaxtlara qədər 108 könüllü ölkədə qalmaqda davam edir və yəqin ki, onlar da tezliklə ölkədən çıxarılacaqlar.
“Sülh korpusu” nədir? Bu suala müxalifətçi QHT-lərə 32 milyonluq qrant tranşından bəhs edən ötən məqaləmizdə qismən cavab vermişik. Ancaq hökumət amerikalı könüllülər tərəfindən pulsuz ingilis dili tədrisini nəzərdə tutan bu proqramı dayandırmağa niyə qərar verdi? Hərçənd etiraf etmək lazımdır ki, bu məsələdə günahın bir qismi də Xarici İşlər Nazirliyinin üzərindədir. Və baxın niyə.
“Sülh korpusu”nun Azərbaycandakı fəaliyyətinə dair çərçivə razılaşması iki ölkə hökumətləri arasında 9 oktyabr, 2003-cü ildə imzalanıb. Razılaşma Azərbaycanda 2004-cü il, yanvarın 13-də təsdiqlənib. Daha sonra Gənclər və İdman Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, həmçinin Təhsil Nazirliyi “Sülh korpusu” ilə müvafiq memorandum imzalayıblar. Həmin sənədlərə əsasən nazirliklərin və “Sülh korpusu”nun nümayəndələrindən