Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2014

Məkkənin adları

Quran:
«Həqiqətən xalq üçün tikilmiş ilk ev Bəkkə (Məkkə)dədir ki, aləmlər üçün bərəkətli və hidayət yeridir». (Ali İmran-96)
«Bu (Quran) nazil etdiyimiz mübarək kitab və qarşısında olanı təsdiq edəndir ki, (onun vasitəsi ilə) Ümmul-qura (xalqı) və onun ətrafında olanları qorxudsun. Axirətə iman gətirənlər bu (kitaba da) iman gətirir və namazlarını qoruyurlar.» (Ənam-92)
«(Allah) O kəsdir ki, onların (müşriklərin) əllərini sizdən və sizin əllərinizi Məkkə vadisində onlara qalib etdikdən sonra (saxladı) və Allah sizin əncam verdiklərinizi görəndir» (Fəth-24).
Hədis:
1. Həzrət imam Əli (ə) Şam şəhərində olan bir nəfərin «nə üçün Məkkə-Ummul-qura-adlandırmışdır?» sualının cavabında buyurdu: Çünki yer onun altından genişlənmişdir. (İləluş-şəraye, səh-593, hədis-44)
2. Həzrət imam Əli (ə) bir nəfərin «Məkkənin Bəkkəyə nisbət yeri nədir?- sualının cavabında buyurdu: Məkkə hərəmin ətrafı, Bəkkə isə Allah evinin (Kəbənin) yeridir.
Soruşdu: Nə üçün Məkkə adlandırılmışdır?
Həzrət buyurdu: Çünki Allah-taala yeri bu şəhərin altından genişləndirmişdir.
Soruşdu: Bəs nə üçün Bəkkə adlandırılmışdır?
Həzrət buyurdu: Çünki bu şəhər zalımlar və günahkarların gözlərini ağlatmışdır. (Əl-kafi, 4-211, hədis-18, İrşadul-qulub, səh-377)
3. Həzrət imam Əli (ə) buyurub: «Bəkkə Allah evinin yeri, Məkkə isə hərəmdir». Bu isə Allah-taalanın sözüdür ki, buyurur: «Hər kəs ona daxil olsa, asayişdədir». (Ali İmran-97, Təfsirul-Əyyaşi, 1-178, hədis-94)
4. Həzrət imam Sadiq (ə) buyurub: «Allah evinin yeri «Bəkkə», abadlıq isə «Məkkə»dir». (İləluş-şəraye, səh-397, hədis-3)
5. Əbdullah ibni Sənan nəql edib ki, həzrət imam Sadiq (ə)-dan soruşdum. Nə üçün Kəbəyə Bəkkə deyilir? Həzrət (ə) buyurdu: Xalqın onun ətrafı və daxilində ağladığı üçün (Kəbəyə Bəkkə) deyilir. (İləluş-şəraye, səh-397, hədis-2)
6. Həzrət imam Sadiq (ə) buyurub: «Xalqın təvaf edərək bir-birini sıxıb (izdiham yaratdığı üçün), Məkkə Bəkkə adlanmışdır. (Məcməul-bəhrəyn, 1-178, İləluş-şəraye, səh-397, hədis-1)
7. Müaviyə ibni Əmmar nəql edib ki, həzrət imam Sadiqə (ə) ərz etdim ki: Məkkədə namaz qılarkən qadınlar qarşısında əyləşir və ya keçirlər. Həzrət (ə) buyurdu: Eybi yoxdur, Məkkəyə buna görə Bəkkə deyilmişdir ki, orada kişilərlə qadınlar bir-birinə dəyir (və izdiham yaranır). (Əl-kafi, 4-526, hədis-7)
8. Həzrət imam Kazim (ə) Əliyyibni Cəfərin — «nə üçün Məkkəyə Bəkkə deyilir? — sualının cavabında buyurdu: Çünki camaat bir-birini əlləri ilə itələyirlər ki, bu da yalnız Məscidul-həramın Kəbə ətrafındadır». (Qurbul-isnad, səh-237, hədis-929)
9. Həzrət imam Rza (ə) buyurub: «Xalqın (cahiliyyət dövründə) Məkkədə fit çaldığı üçün ona Məkkə deişlər. Bu şəhərə doğru səfərə getmək istəyənə isə «qəd məka» yəni fitçaldı deyirdilər. Bu da Allah-taalanın sözüdür ki, buyurub: «Onların (cahillərin) Allah evi ətrafında namazlaır fit və əl çalmaqdan başqa bir şey deyildir. (Ənfal, 35). Beləliklə də «muka» fitçalmaq, «təsdiyə» isə əl çalmaq deməkdir. (İləluş-şəraye, səh-397, hədis-1)
10. Həzrət imam Sadiq (ə) buyurub: «Məkkənin adları beşdir: Ummul-qura, Məkkə, Bəkkə, Bəssasə — yəni aradan aparan, çünki camaat Məkkədə zülmkarlıq etdikdə onları ixrac edir və həlakətə yetirirdi. Və Ummul ruhm; çünki camaat Məkkədə etikaf bağladıqda (ilahi) rəhmətə şamil olurlar». (Əl-xisal, səh-278, hədis-22)

Nur-az.com


1302 بازدید
در حال ارسال اطلاعات...