Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2013

Namazı əvvəl vaxtında qılanda

Bir cavan idim ki, günah etməkdən çəkinmirdim. Əlbəttə, bəzi günahlar məsələn, şərab içmək, zina, oğurluq və s. işlər görmürdüm. Amma bəzi günahlara məsələn, naməhrəmə baxmaq, qeybət etmək və internet kimi günahlara yol verirdim.

Neçə vaxt idi ki namazı əvvəl vaxt qılmağa həvəsli idim və bu işi tərk etmək istəmirdim. Hər namaz vaxtı çatanda namazı əvvəl vaxt qılmaq istəyirdim.

İki ya üç il bundan qabaq bir xəstəliyə tutuldum. Hər nə etdimsə, xəstəliyim sağalmadı. Buna görə həmişə Allaha gilayə edirdim ki, xəstəliyim niyə sağalmır, görəsən nə günah etmişəm?

Dəfələrlə Allaha söz verirdim ki, daha internet günahları etməyəcəm. Amma yenə də təkrarlayırdım. Bir gün böyrəklərimin ağrısından çox narahat idim, daha dözə bilmirdim. Yenə də Allaha söz verdim ki, bir daha internetdə pis şəkillər və videolar ardınca olmayacağam. Bu dəfə sözümün üstünda durdum. Ola bilsin inanmayasınız, özüm də inana bilmirdim. Böyrək xəstəliyindən təqribən 3 il idi ki əziyyət çəkirdim, bir neçə gün ərzində doktora müraciət etmədən sağaldım. Bundan sonra yavaş-yavaş bütün günahlardan məsələn, qeybət, yalan danışmaq və s. özüm də bilmirəm necə, amma tərk etdim. Hal-hazırda o vaxtdan bir neçə il keçib, yenə də günahdan uzağam. Günahdan qurtulduqdan sonra Quran oxumaq, gecə namazı qılmaq və s. nəsibim olub.

İndi əgər bilsəm o xəstəliyə bir daha mübtəla olmayacağam, yenə də keçmişimə qayıtmaq istəmərəm. Daha gözlərim açılıb, nədə xeyirim olduğunu bilirm.

Bu hadisədən sonra indi başa düşürəm ki, xəstəlik mənim hidayətimə səbəb olub və məni günahlardan, qəflətdən oyadıb. Bu hidayət, namazı əvvəl vaxt qılmaqdan başqa bir əməl olmayıb.

Beləliklə, namaz insanı hidayət edir, günahlardan uzaqlaşdırır ki, vaxtında qılınsın.


Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1433 بازدید
در حال ارسال اطلاعات...