Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2014

Məkkənin fəziləti

Quran:
« Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Hacəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər!». (İbrahim, 37)

« (Qüreyşlilər) dedilər: “Əgər biz səninlə bilikdə haqq yolu (islam dinini) tutub getsək, (əksəriyyəti təşkil edən müşriklərin əli ilə) yurdumuzdan tezliklə didərgin salınarıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin (hər cür meyvənin) daşınıb gətirildiyi, (daxilində Kəbə yerləşən) qorxusuz-xətərsiz (müqəddəs) bir yerdə (Məkkədə) sakin etmədikmi? Lakin onların əksəriyyəti (Allahın onlara bəxş etdiyi bu nemətin qədrini) bilməz!». (Qəsəs, 57)

«(Ya Rəsulum! De: ) “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr olunmuşdur. Elə bir şəhər ki, (Rəbbim) onu müqəddəs tutmuşdur. (Orada qan tökmək, bir kəsə zülm etmək qadağan olunmuşdur. Başqa yerdə halal olan şeylər orada haram buyurulmuşdur). Hər şey yalnız Onundur. Mənə müsəlman (Allaha təslim) olmaq əmr edilmişdir!». (Nəml-91)

«And içirəm bu şəhərə (Məkkəyə); Sənin yaşadığın (sənə halal olan) şəhərə». (Bələd, 1, 2)

Hədis:
11. Həzrət Məhəmməd səlləllahu ələyhi və Alihi və səlləm buyurub: «Məkkə elə bir şəhərdir ki, Allah-Taala onu və hörmətini böyük saymışdır. Məkkəni yerdən bir şey yaratmazdan min il qabaq xəlq etmiş və onu mələklərlə doldurmuşdur. (Həmçinin) Mədinəni Beytül-müqəddəsə birləşdirmiş və min ildən sonra bir yaranışda bütün yeri yaratmışdır.» (Fəzailu Bəytil-muqəddəs, 48-14)
12. Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm buyurub: «Allah-Taalanın yaratdığı hər bir şeyin bir seçilmişi vardır... Onun yerlər arasında seçilmişi isə Məkkə, Mədinə və Beytül-müqqəd (şəhərləridir)». (Təfsirul-Əskəri (ə), səh-661)
13. Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm Məkkə şəhərinə xitab edərək buyurub: «Mən sənin Allahın asayişli bir hərəm və Allah yanında daha çox sevimli bir şəhər olduğunu bilirəm». (Kənizul-ummal, 14-97, hədis-38039)
14. Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm həzvərədə (Ən-nihayə, 1-380) — (Məkkə bazarının bir yerində) duran halda buyurdu: «And olsun Allaha ki, Sən Allahın daha üstün yeri və böyük Allahın yanında da daha sevimli diyarsan. Əgər məni səndən ixrac etməsəydilər xaric olmazdım». (Musnədu ibni Hənbəl, 6-449, hədis-18740)
15. Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm Məkkə şəhərinə xitab edərək buyurdu: «Necə də təmiz şəhərsən! Nə qədər mənim üçün sevimlisən! Əgər millətim məni səndən xaric etməsəydi, səndən başqa bir yerdə sakin olmazdım». (Sunənut-Termezi, 5-723, hədis-3926)
16. Həzrət imam Baqir əleyhissəlam buyurub: «Məkkədə yatan şəxs, başqa şəhərlərdə gecə oyaq qalıb (ibadətə məşğul olan) kimidir». (Əl-məhasin, 1-144, hədis-197)
17. Məysir nəql etmişdir ki, əlli nəfərlə birlikdə bir xeymədə həzrət imam Baqir əleyhissəlamın hüzurunda əyləşmişdik. Bizim uzun sükutumuzdan sonra, həzrət (ə) buyurdu. «Hansı yerin məqamının Allah yanında üstün olduğunu bilirsinizmi? Heç kəs bir söz demədikdə, həzrət (ə) sualının cavabını verərək buyurdu: O Məkkədir, Allahın öz hərəmi olmasını bəyəndiyi və evini orada qərar verdiyi Məkkətul-həramdır». (Təfsirul-Əyyaşi, 2-233, hədis-41)
18. Həzrət imam Sadiq əleyhissəlam buyurub: «Allah-Taala yanında yerlərin daha sevimlisi Məkkədir. Heç bir yerin torpağı, onun torpağı kimi Allah yanında sevimli deyildir. Heç bir yerin daşı, onun daşı kimi Allah yanında sevimli deyildir. Və heç bir yerin ağacı, dağı və suyu onun ağacı, dağı və suyu kimi Allah üçün sevimli deyildir». (Əl-fəqih, 2-243, hədis-2304)
19. Həzrət imam Sadiq əleyhissəlam buyurub: «Yazılmış bir daşda bu sözlər həkk olunmuşdur: Bəkkə sahibi olan Allah Mənəm ki, göylər, yer, günəş və ayı yaratdıqda Məkkəni xəlq etdim və yeddi mələyi onun ətrafında məmur etdim. Onun suyu və südünüdə əhalisi üçün bərəkət vardır. Və onun ruzisi yuxarısı, aşağısı və təpələr kimi yollardan gəlir». (Əl-fəqih, 2-244, hədis-2311)
20 Həzrət imam Sadiq əleyhissəlam buyurub: «Həzrət İbrahim əleyhissəlam Şamın bir səhrasında yerə endikdə Allah-Taala ona vəhy etdi... Daha sonra İsmayıl (ə) və onun anasını çölə aparmağı ona fərman verdi. İbrahim əleyhissəlam dedi: İlahi! (Onları) hara aparım? Allah-Taala buyurdu: Mənim hərəmim, asayişim olan yerim və yerin ilk dəfə olaraq xəlq etdiyim hissəyə apar ki, o Məkkədir». (Təfsirul-Qummi, 1-60)
21. Həzrət imam Sadiq əleyhissəlam buyurdu: «Hər kəs Məkkə yolundan əziyyət verən bir amili götürərsə, Allah-Taala onun üçün bir savab yazar və Allah-Taala savab yazdığı şəxsə əzab verməz». (Əl-kafi, 4-547, hədis-34)
22. Əliyyibni Məhziyar nəql etmişdir ki, imam Hadi əleyhissəlamdan soruşdum: Məkkədə qalmaq üstündür, yoxsa başqa şəhərlərə gedək? Həzrət (ə) cavabımda belə yazdı: «Allah evinin kənarında qalmaq daha üstün və yaxşıdır». (Ət-Təhzib, 5-476, hədis-1681)

Nur-az.com


778 بازدید
در حال ارسال اطلاعات...