Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2014

Pis hadisə intizarında

İmam Xomeyni İnstitutunun elmi heyət üzvü Höccətülislam Əbülfəzl Sacidi Fars İnformasiya agentliyinin müxbiri ilə xürafat mövzusunda söhbətləşib.
Araşdırmaçı alim deyib: Bəziləri bu əqidədədir ki, bir asqıraq pis, iki asqıraq yaxşı əlamətdir. Əslində bütün bunlar xürafatdır. Xürafat müəyyən hadisələrin heç bir əsas olmadan nigarançılıq və qorxu ilə qarşılanmasıdır. Bu nigarançılıqların elmi, əqli və dini əsası yoxdur.
Höccətülislam Əbülfəzl Sacidi “tətəyyür” adlanan hadisənin xürafat nümunəsi olduğunu bildirib. Tətəyyür pisə yozmaq, bəd faldır. İslam tətəyyürü, bəd əlamət inancını inkar edir. Bu baxışlar Allah-taalanın hökmlərinə bədbinlik və suizəndir. Hər hansı hadisənin elmi və dini əsas olmadan yaxşılığa və ya pisliyə yozulması məqbul sayılmır. Alim deyib: Rəvayətlərdə tapşırılır ki, bəd fal, tətəyyürdən uzaq olun. Dini mətnlərdən aydın olur ki, tətəyyür müəyyən həddə nəfsə bağlı haldır. Insan daim mənfi proqnozlara kökləndikdə bu hadisənin baş verməsi mümkündür. Daim pis hadisə intizarında olmaq insanı doğrudan da belə hadisələrlə rastlaşdıra bilər. Bu hal insan nəfsinin bəzi mövqelərdə təsirli olduğunu göstərir. Əlbəttə ki, bu həmişə belə olmur.
Səccadi deyib: Gözdəymə mövzusunda danışarkən demişik ki, insanların nəfsi bir-birinə təsirli ola bilər. Gözdəymənin qarşısını almaq yolları var. Bəd fal da bir növ insanın nəfsinə bağlıdır. Əgər sən daim pis bir hadisə intizarındasansa bu hadisə ilə rastlaşmağın mümkündür. Tətəyyür, pis fal xürafat sayılmaya da bilər. Bəlkə elə buna görə də insana bu baxışlar qadağan olunur.
Alim belə halla rastlaşdıqda nə etmək barədə deyib: Məsum imamların həyatına nəzər saldıqda pis fal, bədgümanlığa qarşı üç yol nəzərə çarpır. Birinci yol budur ki, pisliyə yozulan əlamətlə rastlaşdıqda Allaha təvəkküllə ona etinasızlıq göstərmək lazımdır. Əlbəttə ki, təvəkkül ikinci yoldur. Üçüncü yol dua və münacatdır. Sübh namazının təqibatına aid olan cümlələrdə belə dualar var. Sacidi deyib: İmam Sadiq (ə) buyurur ki, pis əlamətə məhəl qoymasanız, o öz-özünə gücdən düşər. İmam buyur