Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2014

Xocavəndin işğalı - 22 il

Bu gün Xocavəndin Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 22 il ötür. Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdə yerləşir.

Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. Ərazisi 1458 kvadratkilometr olan Xocavənd rayonunda 1 şəhər, 2 qəsəbə, 81 kənd olub. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Haxullu kəndi işğal edilib.

1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törədib, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetirərək soyqırımı həyata keçiriblər. 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanl