Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

Bismillah belə möcüzə yaradır

Bu hadisəni danışan özü münafiq, həyat yoldaşı isə möminə bir qadın idi ki, bütün işlərini “Bismillah”la başlayardı.

Bismillahın məqamı barədə həzrət Əlinin (ə) yetərli buyuruqları yetər: Allah kəlamının sirri Quranda, Quranın sirri Fatihə surəsində və Fatihə surəsinin sirri “Bismillahir-rəhmanir-rəhim”dədir.

Bu xanım bütün işlərini Bismillah ilə başlayardı. Xanımının tez-tez Bismillah kəlməsini işlətməsindən kişi qəzəblənirdi və səy edirdi ki, onu bu adətdən çəkindirsin.

Bir gün kişi qızıl kisəsini əmanət olaraq həyat yoldaşına verir. Xanımı qızıl kisəsini alıb “Bismillahir-rəhmanir-rəhim” deyib parçaya bükür və evin bir küncündə gizlədir. Əri xanımının xəbəri olmadan qızıl kisəsini götürüb çaya atır. Kişinin məqsədi həyat yoldaşını pis duruma salmaq və “Bismillah” kələməsini ona əhəmiyyətsiz olduğunu sübut etmək idi.

O bu işdən sonra öz dükanına gedir. Günortaya yaxın bazardan iki ədəd balıq alır və evə yollaryır ki, həyat yoldaşı nahar hazırlasın.

Xanımı balıqları təmizləmək üçün qarnlarını yarır. Balıqların birinin qarnında evdə gizlətdiyi qızıl kisəsini görür. Qızıl kisəsini götürərək “Bismillah” deyib onu yenidən öz yerinə qoyur. Kişi işdən qayıdıb xanımana verdiyi qızıl kisəsini tələb edir. Möminə xanım dərhal Bismillah deyib yerindən qalxır və kisəni gətirir. Əri bu işdən çox təəccüblənir. Dərhal şükür səcdəsi edir və mömin və müttəqilərdən olur.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynzadə


1965 بازدید
<