Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2014

Şeytana atılan daşlar kimə dəyir?

Həcc mərasimindəki əməllərdən biri də şeytanın daşlanmasıdır.
Bəs minlərlə insanın, şeytanın simvolu olan hərəkətsiz daşları daşlamaları nə anlamdadır? Görən bu daşlardan heç olmaya biri şeytanın özünə dəyirmi?
Əgər dəymirsə, bəs nə üçün hacılar bu və bu kimi mərasimlərdə özlərini yorub, vaxtlarını tələf edirlər? Bütün bu sualların cavablarından biri də bundadır ki, həcc mərasimində şeytanın daşlanması simvolik bir ayindir və hər yerdə olduğu kimi İslamda da bu simvoliklik var. İstisnasız olaraq bütün ölkələrin hərbi sistemi başdan-ayağa bu kimi formalarla doludur. Hansısa ölkə başçısının və ya ali rütbəli rəsmilərin qarşılanması zamanı hərbiçilər müəyyən formalardan ibarət hərəkətlər icra edirlər; hərbi salam vermək və sair. Maraqlısı burasıdır ki, uyğun hərəkətlərin ic