Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2014

Şeytana atılan daşlar kimə dəyir?

Həcc mərasimindəki əməllərdən biri də şeytanın daşlanmasıdır.
Bəs minlərlə insanın, şeytanın simvolu olan hərəkətsiz daşları daşlamaları nə anlamdadır? Görən bu daşlardan heç olmaya biri şeytanın özünə dəyirmi?
Əgər dəymirsə, bəs nə üçün hacılar bu və bu kimi mərasimlərdə özlərini yorub, vaxtlarını tələf edirlər? Bütün bu sualların cavablarından biri də bundadır ki, həcc mərasimində şeytanın daşlanması simvolik bir ayindir və hər yerdə olduğu kimi İslamda da bu simvoliklik var. İstisnasız olaraq bütün ölkələrin hərbi sistemi başdan-ayağa bu kimi formalarla doludur. Hansısa ölkə başçısının və ya ali rütbəli rəsmilərin qarşılanması zamanı hərbiçilər müəyyən formalardan ibarət hərəkətlər icra edirlər; hərbi salam vermək və sair. Maraqlısı burasıdır ki, uyğun hərəkətlərin icrası zamanı azca qeyri-dəqiqlik qəbul olunmur və hədsiz ciddiyyət tələb olunur. Bəli, bütün dünya ölkələrində formaya bu qədər əhəmiyyət verilir. Hərbi sistemlərdə, məktəblərdə, olimpiyadalarda, institutlarda və hər bir yerdə.
Bütün dünyadan qəbul etdiklərini İslamdan qəbul etməyən və İslamın şeytanın daşlanması kimi mərasimlərinin formasına lağ edib, gülənlərin nə qədər qərəzli olduqları məlumdur. Əlbəttə, şeytanın daşlanması simvolik mərasim olsa da onun olduqca dərin məzmunu var.
Bütün bunlardan başqa, sizə həcc mərasimində atılan daşların şeytanın lap özünə dəydyini desəm təəccüb etməyin. Mən buna həcc mərasimi yaxınlaşdıqca bəzi şəxslərin sosial şəbəkələrdə paylaşdıqları statusları gördükdə daha da əmin oldum. "Həccə şeytan daşlamağa gedən hacılarımız gərək özləri ilə raqatka da götürəydilər"; "şeytan da durub bunları orda gözləyir" və sair bu kimi təhqiredici statuslar kimlərinsə narahat olmalarını göstərir. Odur ki, şeytanın daşlanma mərasimi kimlərisə narahat edib, incidirsə, demək, daşlar hədəfə dəyir!!!

Şamxal


1147 بازدید
در حال ارسال اطلاعات...