Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2014

Qərb həyat tərzinin nüfuzuna yol verməyin!

İmam Xomeyni Tədris və Araşdırma institutunun rəisi Ayətullah Misbah Yəzdi Qum elm hövzəsində təhsil alan tehranlı tələbələrlə görüş keçirib. Fars İnformasiya Agentliyi xəbər verir ki, görüşdə əsas mövzu Qərb həyat tərzinin cəmiyyətə nüfuzu olub.
Ustad Misbah Yəzdi deyib: Allah-taala müsəlmanların ünsiyyətini, onlar arasında isti qardaşlıq rabitələrinin yaranmasını sevir. Rəvayətdə deyilir ki, bir şəxs din qardaşının görüşünə gedəndə Allah onu mələklərə öz qonağı kimi tanıtdırır və buyurur ki, Mən onu qəbul edərəm, istəyini yerinə yetirərəm.
Ayətullah Misbah Yəzdi buyurub:
Müsəlmanlar arasında isti rabitələrin yaranması Əhli-beyt (ə) maarifinin dirçəlişidir. Əhli-beytin (ə) əsas məqsədlərindən biri bu rabitələr olub. Xüsusi ilə tələbələr arasında səmimi dostl