Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2014

Qərb həyat tərzinin nüfuzuna yol verməyin!

İmam Xomeyni Tədris və Araşdırma institutunun rəisi Ayətullah Misbah Yəzdi Qum elm hövzəsində təhsil alan tehranlı tələbələrlə görüş keçirib. Fars İnformasiya Agentliyi xəbər verir ki, görüşdə əsas mövzu Qərb həyat tərzinin cəmiyyətə nüfuzu olub.
Ustad Misbah Yəzdi deyib: Allah-taala müsəlmanların ünsiyyətini, onlar arasında isti qardaşlıq rabitələrinin yaranmasını sevir. Rəvayətdə deyilir ki, bir şəxs din qardaşının görüşünə gedəndə Allah onu mələklərə öz qonağı kimi tanıtdırır və buyurur ki, Mən onu qəbul edərəm, istəyini yerinə yetirərəm.
Ayətullah Misbah Yəzdi buyurub:
Müsəlmanlar arasında isti rabitələrin yaranması Əhli-beyt (ə) maarifinin dirçəlişidir. Əhli-beytin (ə) əsas məqsədlərindən biri bu rabitələr olub. Xüsusi ilə tələbələr arasında səmimi dostluq rabitələri olmalıdır. Ayətullah Misbah Yəzdi sözünə belə davam edib: Hamımız bilməliyik ki, bir sıra ictimai vəzifələrimiz var, onlara əməl etməliyik. Çoxları cəmiyyətə qatılmağdan çəkinir və bir iş görə bilməyəcəyini düşünür. Hansı ki, əl-ələ versək böyük qüdrətə çevrilərik.
Ustad Misbah Yəzdi deyib: Müsəlmanlar bir-birlərinin fəaliyyətlərinə diqqətli olmalıdır. Din qardaşının problemini aradan qaldırmaq lazımdır. Qarşımızdakı məqsədlərdən biri cəmiyyətdə isti rabitərlərin dirçəldiləməsidir. Bu gün cəmiyyətimizdə Qərb həyat tərzinə məxsus ənənələr yayılır. Ərlə-arvadın bir-birindən kənarda yaşaması Qərbin ən zərərli ənənəsidir. Avropada ərlə arvad ayrı-ayrılıqda, bəzən ayrı-ayrı ölkələrdə yaşayırlar. Biz bu hala yol verməməliyik. Ərlə-arvad bir-birinin kənarında olmağa ehtiyaclıdır. Övladlar valideynlərin bir yerdə olmasından bəhrələnir. Əgər həm ər, həmdə arvad evdən kənarda məşğulsa, iş yerlərini və işlərinin yaxınlığı barədə düşünməlidirlər.
Ayətullah Misbah buyurub: Tələbə ailələri birlikdə məclislər keçirə, təfsir, təvəssül, dua siyasi mübahisələrə məşğul ola bilərlər. Şəhid Behişti hamı üçün nümunə olmalıdır. Şəhid Behişti çox məşğul olsa da cümə günlərini ailəsinə həsr edərdi. Tələbələr öz həyatlarını proqramlaşdırmalı, bütün işlərə vaxt ayırmalıdırlar. İmkanlarımızı və vəzifələrimizi dəqiq müəyyənləşdirməliyik. Elə yaşamalıyıq ki, ailə rabitələrinə zərbə dəyməsin. Cəmiyyətimiz düzgün rabitələrə ehtiyaclıdır. Xoşbəxtlikdən Tehran tələbələrinin münasib proqaramları var. Bu proqram onların inkişafı və ailə rabitələrinin güclənməsinə təsir edir. Razılaşmamalıyıq ki, ailə qərib bir şəhərdə tənhalıq ağrısı yaşasın. Müxtəlif bəhanələrlə qadınların təhsil və inkişafını əngəlləmək olmaz. Halal-haramın ciddi şəkildə gözlənildiyi fəzalarda qadınların inkişafına şərait yaratmalıyıq.
Ayətullah Misbah Yəzdi buyurub: Sevindiricidir ki, bu gün qadınlar müxtəlif sahələrdə cəmiyyətə xidmət edir. Onlar inqilabda, inqilabın qələbə çalmasında mühüm rol oynayıb. Bu gün “Cameətuz-Zəhra” tədris ocağında böyük potensial yaranıb. Ümid edirik ki, bir gün bu təhsil ocağı qadın müəllimlərlə tam təmin olunacaq.

Nur-az.com


996 بازدید
در حال ارسال اطلاعات...