Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2013

“Evi olanın məscid tikintisində bir metr payı olmalıdır”

Varis dini icmasının (məzhəbi heyət) saytında getmiş “Peyğəmbərlər dünyadan nəyi sevib?” yazısını nəzərdən keçiririk:
“Mən sizin dünyanızdan namaz və həyat yoldaşını sevirəm.” Rəvayətdən göründüyü kimi Həzrət Peyğəmbər (s) namaz və həyat yoldaşını (zövcə) yanaşı qoyur. Rəvayətdə deyilir ki, ərlə arvad bir-birlərinə dil yarası vursalar namazları qəbul deyil.
Höccətül-İslam Qəraəti izdivac, evliliklə bağlı cəmiyyətdə olan problemlərdən danışır. “Səmte-Xoda” televiziya verilişinin qonağı olan cənab Qəraəti gənclərə öz tövsiyələrini verir. Peyğəmbərin (s) namaz və həyat yoldaşına yanaşı diqqət verdiyi yada salınır. Ər-aravad arasındakı sözləşmələrin namaza mənfi təsiri vurğulanır.
Namazın zirvəsi səcdədir. Həzrət səcdə halında ailə üçün ruzi istəyir, namazla həyat yoldaşının bir çox məqamlarda yanaşı olduğunu bildirir. Cənab Qəraəti buyurur: Namaz mərkəzi ilə yanaşı İzdivac mərkəzi yaratmaq qərarına gəldim. Təqribən 16 il qabaq, şəmsi 1376-cı ildə ölkə başçılarından birinə bu qərarım barədə məktub yazdım. 16 il öncə mən nisbətən gənc idim və düşünürdüm ki, bu işi yaşlılar görməlidir. Çünki İzdivac mərkəzinin təhlükəli tərəfləri də var. 1388-ci ildə Daxili İşlər Nazirliyinin bu mövzu üzərində işlədiyini eşidib onlara məktub yazdım. Əgər sizin bu sahədə layihəniz varsa (necə edək ki, gənclər asanlıqla ailə qura bilsin) onu bu proqrama göndərə bilərsiniz. Hazırda əksəriyyət bu işdə çətinlik çəkir. Qız və oğlanların yaşı ötür, ailə qura bilmirlər. Vacib olmayan işlər qabağa salınıb, dəbdəbəçilik aləmi bürüyüb. Bu sahədə tele-radio şəbəkəsi əsas rol oynayır.
Bir gənc Peyğəmbərin (s) yanına gəlib ailə qurmaq istədiyini, amma imkansız olduğunu bildirdi. Həzrət buyurdu: “Əgər Quranı əzbər bilirsənsə bir xanımla ailə qur və ona de ki, sənə Quran surələrini öyrədəcəyəm. ”
Məktubda yazdım ki, gəncliyin iztirablarını iki şey aradan qaldıra bilər:Allahın zikri və həyat yoldaşı. Allah-Taala Quranda buyurur: “Yalnız Allahın zikri qəlblərdə aramlıq yaradar.” Buyurulur ki, həyat yoldaşı aramlıq səbəbidir. Demək, namaz da, həyat yoldaşı da insana aramlıq, sakitlik gətirir. Amma həqiqi namaz və həqiqi həyat yoldaşı. Bəli, biz namaz və izdivac barədə düşünməliyik.
İzdivacın, ailə qurmağın hər şeyə təsiri var. Ailəli kişi sübh tezdən iş ardınca gedir. Yəni ailə insanın işgüzarlığını artırır. Münafiqlərə adətən subay insanlar aldanır. Ailəli, evli insan daha diqqətli olur. İzdivaca yardım insanların rəhbərlərə münasibətinə təsir edir. Böyük Rəhbər Ayətullah Xamenei göstəriş verib ki, çoxmərtəbəli evlər tikib satanlar məhəldə məscid tikənədək onların işi qəbul edilməsin. Məscid bizim vücudumuzdan olmalıdır. Evi olanın məscid tikintisində bir metr payı olmalıdır. Qəsəbə salınanda əvvəlcə məscid tikilməlidir, bu iş axıra saxlanmamalıdır.
Ən gözəl əyləncə uşaqlarla söhbətdir. Uşaq ata-anasına 20 kamal öyrədir. Uşağı olmayan qadın istədiyi vaxt yatıb-durur. Uşağı olanda bu uşağın səsinə yuxudan oyanır. Demək, övlad insanın məsuliyyətini artırır. Övlad ananı müdiriyyətə sövq edir. Çünki uşağın gələcəyi üçün plan cızılmalıdır. Beləcə, uşaq valideynlərinə plamlaşdırmanı öyrədir. Əgər uşaq yoxsa ya uşağa maraq yoxsa faydasız işlərlə məşğul olur, it-pişiklə oynayırıq.
Yaxşı olar ki, ailəli əsgərlərin əsgərlik müddəti azaldılsın. Bu addım analarda maraq yaradar ki, övladlarını tez evləndirsinlər...
Evlənmək o demək deyil ki, insan dərhal övlad sahibi olsun. Əgər ev problemi varsa qız da, oğlan da ata evində yaşaya-yaşaya nikah bağlaya bilərlər. Bir gənc şikayət edirdi ki, qaynatam nikah olmuş halal nişanlımı görməyə icazə vermir.
Dində utancaqlıq yoxdur. Övladlarımıza şərait yaradaq ki, ailə qurmaq istədikdə bunu deyə bilsinlər. Övladların başına buraxılması, küçədə həyat yoldaşı seçməsi düzgün deyil. Evə peyk anteni gətərəndə bilin ki, övladınızın mənəviyyatına zərbə vurursunuz.
Bütpərəstlər kimi olmuşuq. Onlar bütə sitayiş edir, biz biz yanlış adət-ənənələrə. İslam Respublikası qurulandan sonra universitetlərdə şərait dəyişdi. Amma azad universitetlərin yaraması ilə bu dəyişikliklər kölgədə qalıb.
Ölkədə izdivac mərkəzləri fəaliyyət göstərməlidir. Müharibə veteranlarının mərkəzi var. Ailə mühüm institutdur. İranda orduda sorğu keçirilib və 85 faiz respondent problem olmadığını deyib. Ailə institutu üçünsə real təhlükə yaranıb!

Nur-az.com


1543 بازدید
در حال ارسال اطلاعات...