Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2014

Qədiri-Xum...

Höccətülislam vəlmüslimin Mürtəza Fərəcpurla söhbət

Sual: Əllamə Əmininin Əl-Ğədir kitabı Qədiri-Xum hadisələri mövzusunda ilk ədəbiyyat sayılır. Sizcə Əllamə Əminini bu işə vadar edən nə olub?

Cavab: Mərhum Əllamə Əmini mövcud kitabları mütaliə etdiyi zaman Əhli-Beytin (ə) məzlumiyyətini, haqlarının ayaq altında qaldığını müşahidə etdi. Alim Əhli-Beyt (ə) məktəbinin müdafiəsinə qalxmağı özünə vəzifə saydı. Beləcə, Əl-Ğədir kitabının yazılmasına qərar verildi. Əllamə Əmini Əl-Ğədir kitabını yazmaq üçün on min kitabı əvvəldən sonadək mütaliə edib. Sonra tarixin pərdələdiyi həqiqətləri üzə çıxarıb. “Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır” Peyğəmbər (s) buyuruğu ilə bağlı ayələr, hədislər, ədəbiyyat nümunələri, 14 əsr boyu alimlərin araşdırmalarını toplayaraq 11 cildlik Əl-Ğədir əsərini ərsəyə gətirib. Kitab Həssan ibn Sabitin şeri ilə başlayır. Həssan Ğədir hadisəsindən sonra bu hadisəni nəzmə çəkmək üçün Peyğəmbərdən (s) icazə istədi. Təəssüf ki, həqiqətə uzanmış təhrif əlləri Həssanın divanından həmin şer parçasını çıxarıb. Amma alimlər və ədəbiyyatçılar, o cümlədən Əllamə Əmini Həssan ibn Sabitin bu şerini yazıya alaraq əbədiləşdirib.
Bir çox alimlər bu fikirdədir ki, Ğədir hədisində vilayət sözü imamət mənasında işlədilməyib. Əllamə Əmini dəlillər göstərir ki, alimlər və ədəbiyyatçılar vilayət sözünü məhz imamət mənasında qəbul ediblər. Ötən 14 əsrdə bütün şairlər və alimlərin az bir qismi mövla sözünü “əvla bittəsrif” mənasında qəbul edib. Əllamə Əmini Ğədir kitabında səhabələrdən 110 sənədlə və daha artıq tabeindən sənədlərlə Ğədir hadisəsinin həqiqətini aşkarlayır.

Sual: Əl-Ğədir kitabının 11 cilddən əlavə hissələri barədə nə deyə bilərsiniz?

Cavab: Belə söz var ki, Əl-Ğədir kitabı 20 cild olub, onun 9 cildi haqqında məlumat yoxdur.

Sual: Əl-Ğədir kitabı İslam dünyasında necə əks-səda doğurdu?

Cavab: Bu kitaba yazılan şərhlərdən belə görünür ki, İraq, Suriya və Misirdə sünnə əhlindən bir çox şəxslər bu kitaba əhəmiyyət verib, onu nəzmə çəkib. Misir padşahı Məlik Faruq, eləcə də İordaniya padşahı Əl-Ğədir kitabına müqəddimə yazıblar. Şiə alimlərindən Ayətullah Seyid Möhsin Həkim, Ayətullah Seyid Hadi Şirazi, Ayətullah Ali-Yasin, Ayətullah Əllamə Ordubadi və başqaları bu kitaba şərh yazıblar. Dörd alimdən ikisi Bəqərə surəsinin 2-ci, digər ikisi Fussilət surəsinin 42-ci ayələrinə istinad ediblər.
Mərhum Sahibi-Əzzuriyyə öz şərhində Əllamə Əminiyə xitabən deyir: “Allahdan istəyirəm ki, mənim ömrümdən kəsib, sizin ömrünüzə artırsın, bu kitabı başa çatdırasınız.” Əl-Müraciat kitabının müəllifi Şərəfuddin Amili Əl-Ğədirin 7-ci cildinə yazdığı şərhdə deyir: “Siz elə bir işə başlamısınız ki, bunsuz həyatın mənası yoxdur, siz həssas bir nöqtəyə həyat vermisiniz.”
Şiə böyükləri yekdilliklə bu kitabı yüksək dəyərləndirirlər. Əllamə Şərəfuddin buyurur: “Əgər bir millət əl-ələ verib bu kitabı ərsəyə gətirsəydi tərifə yer vardı. Siz isə bu işi təkbaşına görmüsünüz.”

Sual: Əllamə Əmininin bu kitabı yazmaqda əsas məqsədi nə olub?

Cavab: Əllamə Əmininin üslubu daha çox fəlsəfi, sonra tarixidir. Alimi Əhli-Beytə (ə) rəva olmayan haqsızlıqlar narahat edirdi. Bu haqsızlıqlar Əllaməni hərəkətə gətirdi. O Əhli-Beytə (ə) zülmlər haqqında 3-cü cilddə ərtaflı şərh verib. Məsələn, mötəbər şiə və sünni rəvayətlərində “Fatiməni qəzəbləndirən məni qəzəbləndirib” Peyğəmbər (s) buyuruğu yer alıb. Çox alimlər, o cümlədən İbn Kəsir bu mövzuda həqiqəti ayaq altına alıb. O deyir ki, əgər Fatimə xəlifələrdən narazı olubsa, bir qadının narazılığı xəlifələrə nə zərər vura bilər?! Əllamə Əmini ona cavab verir ki, siz bu sözlərinizlə dini meyarları tapdamısınız. Əllamə Nəcm surəsinin 3-cü ayəsini yada salaraq buyurur ki, Fatimənin qəzəbi Allahı qəzəbləndirir. Beləcə Əllamə həqiqətə göz yuman tarixçilərin qeyri-mötəbərliyini subuta yetirir.

Sual: Əl-Ğədir kitabının layiq olduğu yeri tutması üçün nə etməliyik?

Cavab: Bu kitabın mötəbər xülasələri hazırlanmalıdır. Hövzə və universitetdə hər təhsil ili üçün xülasələrin hazırlanması zəruridir. Xülasələr həm fars, həm də ərəb dilində olmalıdır. Şiəlik əleyhinə hücumların qarşısını almaq üçün kitab müxtəlif dillərə tərcümə olunmalı, hövzə və universitetlərdə tədris edilməlidir.

Sual: Bu günə qədər nə iş görülüb?

Cavab: Cənab Məhəmməd Hüseyn Şəfii Şahrudi Əl-Ğədir kitabına xülasə yazıb. Amma bu xülasədən yalnız əsərin özü ilə tanış olanlar istifadə edə bilər.

Sual: Siz Əllamə Əmini ilə tanış idinizmi?

Cavab: Mən böyük alimi iki dəfə ziyarət etmişəm. Bir dəfə Qumda, bir dəfə də xəstəxanada yatdığı zaman. Amma əsəri ilə uzun illərdir ünsiyyətdəyəm. Mətbuatda kitabla bağlı məqalələrim çap olunur. Bu məqalələrdə rəvayətçilərlə bağlı fikirlər yer alıb, Əl-Ğədirdən seçmə qaydada misallar göstərilib.

Sual: Əllamə Əmininin hansı tövsiyələri var?

Cavab: Əllamə Əmini “Ədəbuz-Zair” adlı kitabında ziyarət qaydaları haqqında yazır. Bu kitabda az adamın diqqət yetirdiyi nöqtələr işıqlandırılıb. Mərhum Şeyx Abbas Qummi və mərhum Şeyx Məhəmməd Taha Nəcəf də həmin nöqtələrə toxunub. Alimlər bildirirlər ki, Əhli-Beytə (ə) məxsus hərəmlərdə ziyarətçi hətta ziyarətnamə oxuyarkən səsini ucaltmamalıdır. Dua və ziyarət şiənin səciyyəvi mənbələri kimi göstərilir. Dua və ziyarət iki tərbiyə universitetidir. İmam Səccadın (ə) dualarının toplandığı Səhifeyi-Səccadiyye kitabında təkcə 42 səhifəlik Quranın xətm duasında müstəsna əhəmiyyətə malik tərbiyəvi nöqtələrə işarə olunub. Duada deyilir ki, Pərvərdigara, Quranı bağlı göndərdin, onun sirlərini Peyğəmbərə (s) ilham etdin, təfsirini biz Əhli-Beytə öyrətdin...” Namaz dinin sütunudur. Biz namazda deyirik ki, Pərvərdigara, bizi doğru yola yönəlt – qəzəbinə düçar olanların yox, nemət verdiklərinin yoluna! Biz hidayət, doğru yola göstəriş istəyirik, amma bunun mənasını bilmirik. Nemətə çatan kimdir, qəzəbə düçar olan kim? Camiə ziyarətində bu məsələ aydınlaşır. Ziyarəti oxuyanda dərk edirik ki, doğru yolu göstərən Əhli-Beytdir (ə), doğru yol özü Əhli-Beytdir (ə). Əllamə Əmini buyurur ki, ziyarət və dua yalnız şiə məktəbində mövcuddur.
Ayətullah Seyid Səid Həkimin Aşura hadisəsi haqqında kitabı var. Alim yazır ki, ziyarətnamələrdəki maarif şiənin ruhuna nüfuz etmişdir. İmam Səccadın (ə) buyuruğuna əsasən, Quranın təfsiri ziyarətnamələrdə mövcuddur. Əllamə Əmini buyurur ki, ziyarət maarifdir, tövhiddir, əxlaqdır. Ey kaş, Əllamənin bu sözlərinə əməl ediləydi. Bu halda zəvvar həqiqətən bəhrələnərdi.
Əllamə Əmini tövsiyə edir ki, zəvvar hərəmdə xüzu, mütilik mücəssəməsi olmalıdır. O özü belə olub. Alimin fikrincə zəvvarın səsini qaldırması onun əməllərini batil edə bilər. Hucurat surəsinin 2-ci ayəsində bu mövzuya işarə olunub. Ayədə ucadan danışmamaq tövsiyələri yer alıb. Bu ayə Peyğəmbər (s) haqqındadır. Amma Ali-İmran surəsinin 61-ci ayəsində məsumlar nəzərdə tutulur. Müsəlmanlar Əl-Ğədir və bu qəbildən olan kitablarda deyilənlərə əhəmiyyət verməli, əqidə məsələlərinə diqqətli olmalıdırlar.
Mərhum Ayətullah Nəcmi iki sünni mənbəsi haqqında kitab yazarkən Əllamə Əmini onu bu işi davam etdirməyə çağırır və mövzunun faydalı olduğunu bildirir.

Sual: Əllamə Əmininin başqa hansı əsərləri var?

Cavab: Əllamə Əmininin kitabları çoxdur. Məsələn, 4 cildlik Səməratul-Əsfar, Şuhədaul-Fəzilə... Alimin Sirətəna və sunnətəna kitabı təbliğ olunmalıdır. Bu kitabda alimin Hələb səfəri qələmə alınıb. Səfər zamanı görüşdüyü sünnə əhli alimləri deyiblər ki, biz də İmam Hüseyni (ə) sevirik, amma ona əza saxlanılması təfriqə yaradır. Əllamə Əmini kitaba ad qoyarkən şiələrin yolunun Peyğəmbər (s) yolu, rəftarının Peyğəmbər (s) rəftarı olduğunu qabardır. Həzrət Peyğəmbər (s) ömür boyu bir qaydaya əməl edib: hər il əza məclisi saxlayıb. İmam Hüseyn (ə) dünyaya gələndə Peyğəmbər (s) onun başına gələcək