Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2013

Həzrət Məsumə (s)

Həzrət Məsuməni (s) ziyarətin savabı, xanımın məqam və kəramətləri

Müqəddimə

Məsumə (s) kimdir?

O kimin qızıdır?

O kimin bacısıdır?

Məsumənin məqamı nədir, o harada dəfn olunub?

Məsumə (s) kimdir ki, şəfaət məqamına çatıb?

Məsumə (s) kimdir ki, onu ziyarət edənə behşit vacibdir?

Məsumə (s) kimdir ki, hər il zəvvarlar onun hərəminə sel kimi axışır?

Məsumə (s) kimdir ki, düyünləri açır, bütün şiələrə ümid verir?

Məsumə (s) kimdir ki, bütün təqlid mərcələri və böyük alimlər ondan kömək istəyir?

Məsumə (s) kimdir ki, ismət məqamına çatıb?

Məsumə (s) kimdir ki, ona "ikinci Fatimə" deyirlər?

Məsumə (s) kimdir ki, atası onun elmi məqamını təsdiqləyib?

Məsumə (s) kimdir ki, onu məsum dəfn etdi?

Məsumə (s) kimdir ki, kəramətləri sonsuzdur?

Məsumə (s) elə bir məqama çatdı ki, atası onunla iftixar etdi. Məsumə (s) elə bir məqama ucaldı ki, Fatimeyi-Zəhra ondan qürur duydu. Məsumə (s) elə bir məqama yüksəldi ki, şiələrlə Əhli-beyt arasında rabitə oldu.

Məsumə (s) atası kimi "Babul-həvaic", yəni istəklər qapısıdır.

Məsumə (s) elə bir məqam sahibidir ki, dünya şiələrinin qəlbində özünə yer edib. Ümid edirik ki, Allah- Taala bu səmavi xanımla daha yaxından tanışlıq tövfiqi lütf edəcək. Olsun ki, onu mərifətlə ziyarətimizdən şəfaət əldə edəcəyik.

Abbas Əzizi

Xanımın fəziləti

Qızların təhsil alması üçün zəmin, şərait yaratmaq zəruridir. Valideynlər qızlarının təhsilinə icazə verməlidir. Məbada, ata-ana təəssüb ucbatından düşünə ki, qızı təhsil almamalıdır. Din belə bir söz deməyib. İslamda təhsil mövzusunda qızla oğlan arasında fərq qoyulmayıb. Şərait yaradaq ki, gənc qızlarımız təhsil alsınlar, elmə yiyələnsinlər və başa düşsünlər ki, dünya imperializmi qadın haqqında necə əsassız təbliğatlar aparır. Yalnız elm yolu ilə bu nöqtələri dərk etmək olar. Bu gün bizim ən imanlı və pak qızlarımız və xanımlarımız təhsilli zümrə arasında deyilmi?! Dəbdəbə, bərbəzək, eyş-işrət ardınca qaçan, geyimdə qərbi yamsılayan qızların və xanımların əksəri savadsızdır. Tövsiyəmiz budur ki, ata-analar övladlarının təhsil alması üçün çalışsınlar. Əgər istedad və maraqları varsa ali təhsil ardınca getsinlər. Savadlı insanlardan olun, dünyada baş verənləri dərk edin.

Hər şey Allahın əlindədir. Əyyub ibn Nuhdan nəql olunur ki, Yəhya ibn Zəkəriyya övlad gözləyirdi. İmam Hadiyə (ə) belə yazdı: "Övladımız yoldadı. Allahdan istəyin ki, bizə oğlan

övladı ruzi etsin." İmam cavabında belə yazdı: "Çox qızlar oğlandan üstün olur." Yəhyanın qızı dünyaya gəldi. (Kəşful-ğəmmə)

Peyğəmbər (s) öz qızına xüsusi ehtiram göstərirdi. Bu ehtiram həmin qızın böyük şəxsiyyətindən danışırdı. Rəvayətdə deyilir ki, Peyğəmbər səfərə çıxmazdan öncə xanım Fatimə ilə vidalaşar, səfərdən qayıdanda hamıdan qabaq həzrət Fatimə ilə görüşərdi. Allahın Rəsulunun (s) qızı Fatiməyə ehtiramı ətrafdakıların diqqətini cəlb edən fövqəladə bir hadisə idi.

Tələbə qızların tərbiyəsi zəruridir. Tələbə qızları elmə həvəsləndirmək lazımdır. Bu məqsəd islami dəyərlər sorağında olan məmləkəti hədəfə yaxınlaşdırır.

Ey xanımlar, xalq sizin xidmətlərinizə ehtiyaclıdır. Sizin dinə bağlılığınız da mühüm etiyaclardandır. Allah bu işdə sizə yardımçı olsun. Xanım Fatiməni özünüzə nümunə seçin. Təhsildə yaranan problemləri aradan qaldırmaq üçün bu nümunənin rolu böyükdür. Əksər təhsil mərkəzlərində problemlər var. Bu problemlər aradan qalxsa qızlar və qadınlar təhsil ardınca gedə bilər. Biz elm qülləsini fəth etmiş, əxlaqda, cəmiyyətdə məqama çatmış xanımlarla fəxr edirik.

Həzrət Peyğəmbərdən (s) maraqlı bir hədis nəql olunur. Peyğəmbər (s) buyurur: "Qadının ilk övladının qız olması onun mübarəkliyini göstərir."

Başqa bir hədisdə Həzrət buyurur: "Övladın ətri behişt ətridir. Qız övladları yalnız möminlər sevir."

İmam Sadiq (ə) buyurur: "Oğlan övladlar nemətdir, qız övladlar xeyir. Allah nemətləri sorğuya çəkər, yaxşılıqlara görə mükafat verər."

Həzrət Peyğəmbər (s) buyurur: "Qızlar ürəkyandıran, qayğıkeş, bərəkətlidirlər. Allah-Taala bir qız övladı olana həmin qızı cəhənnəm oduna qarşı libas qərar verər. Kimin iki qızı olsa, bu qızlara görə behiştə daxil olar. Üç qız övladı və ya bacısı olanın üzərindən cihad və sədəqə məsuliyyəti götürülər."

İki qız övlada qəyyumluğun mükafatı var. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs iki qız övladı böyüdüb boya-başa çatdırsa mənimlə yanaşı behiştə daxil olar."

Üç qız övlada qəyyumluğun mükafatı da fərqlidir. Həzrət Peyğəmbər (s) buyurur: "Üç qız övlada onlar ərə gedənə qədər himayə göstərən şəxs cəhənnəm odundan amandadır."

Qız övladın dəyəri ilə bağlı rəvayətlər çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: "Qızınız olanda qəmlənməyin. Çünki onlar çox dəyərli həmdəmlərdir."

Qız övlad həm də ruzi üçün təzminatdır. Carud ibn Munzər nəql edir ki, imam Sadiq (ə) buyurdu: "Mənə xəbər çatdı ki, qızın olub, naratlıq keçirmisən. Ondan zərər görməzsən. O bir güldür ki, ətrini alarsan və ruzisi təzmin olunub. Peyğəmbər özü neçə qız atası idi."

Xanım Məsumənin (s) fəzilətləri

Həzrət Məsumənin (s) anası Nəcmə idi. Nəcmə xatun fəzilətli xanımlardan idi, təqva və ləyaqət nümunəsi sayılırdı. Bəşər tarixində belə xanımlar az olub. Xanım Nəcmə mənbələrdə 10 adla zikr edilir. Bu adların ən məşhuru Nəcmədir. Nəcmə ulduz mənasını bildirir. O işıq saçan bir ulduz idi, İmam Riza (ə) kimi imamət günəşini ağuşunda böyütmüşdü. Bu parlaq ulduzun ağuşunda həzrət Məsumə (s) kimi işıqlı ay da vardı.

Nəcmə xatun o qədər ədəbli idi ki, heç vaxt Həmidə xatunun hüzurunda əyləşməzdi. Şeyx Səduq ustadlarından nəql edir ki, ağıl və düşüncə, ibadət-itaət, xüsusilə Həmidə xatuna ehtiramda misilsiz idi.

İmam Sadiq (ə) həzrət Məsumənin (s) ismətindən danışır. Şiələrdən biri imam Sadiqin (ə) görüşünə gəlir. Həzrətin bir beşik kənarında əyləşdiyini görür. İmamın körpə ilə danışmasından təəccüblənib deyir: "Siz yeni doğulmuş uşaqla danışırsınız?" İmam Sadiq (ə) buyurur: "Əgər meylin varsa yaxın gəl, sən də onunla danış." Həmin şəxs nəql edir ki, körpənin beşiyinə yaxınlaşdım və salam verdim. Salamıma cavab alanda heyrətə gəldim. İmam mənə buyurdu ki, yeni doğulmuş qızına qoyduğun adı dəyiş, Allah bu adı sevmir." Bu şəxsin bir neçə gün öncə qızı dünyaya gəlmişdi və onun adını Huməyra qoymuşdu. Uşağın danışması, imamın bütün işlərdən xəbərdar olması, mənə xəbərdarlıq etməsi təəccübümə səbəb oldu. İmam buyurdu: "Təəccüblənmə, bu körpə oğlum Musadır, Allah ondan Fatimə adlı bir qız verəcək. Bu qız Qum adlanan yerdə torpağa tapşırılacaq və onu ziyarət edənə behişt vacibdir.

İmam Rizanın (ə) bacısı iftixarına sahib olan həzrət Məsumə (s) bu nöqtəni vurğulayaraq buyurur: "Mən Məsumə (s) İmam Rizanın bacısıyam."

İmam Riza (ə) öz söhbətlərində xanım Məsuməni tez-tez yada salır. Həzrət buyurur: "Kim Qumda həzrət Məsuməni ziyarət etsə məni ziyarət etmiş kimidir."

Həzrət Məsumənin (s) isməti müstəsna xüsusiyyət kimi vurğulanır. "Nasixut-təvarix" kitabında nəql olunur ki, İmam Riza kimsə haqqında mübaliğəli danışmazdı və xanımı "Məsumə" kimi o zikr edir.

Xanım Məsumənin adları arasında iki ad məşhurdur: "Məsumə" və "Kərimeyi-Əhli-beyt". Onun başqa adları da var: Tahirə, Həmidə, Bərrə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Səyyidə, Uxtur-Riza.

Bu adlar müxtəlif ziyarətnamələrdə işlədilən adlardır.

Həzrət Məsumənin əsl adı Fatimeyi-Kübradır. Onu imam Riza Kübra adlandırıb. İmam Rizanın buyuruğunca həzrət Məsumənin ziyarəti imamın ziyarəti savabına malikdir.

Həzrət Məsumənin (s) imam Rizadan nəql olunmuş ziyarətnaməsində deyilir: "Allahdan istəyirik ki, sizi tanımaq mərifətini bizdən almasın. O hami və qüdrətlidir."

Uyğun ziyarətnamədə həzrət Məsumə (s) Peyğəmbərin qızı kimi yada salınır. Onun haqqında "Fatimə və Xədicənin qızı, Əmirəlmöminin Əlinin qızı, Həsən və Hüseynin qızı, imam Kazimin qızı, Allah vəlisinin bacısı, Allah vəlisinin bibisi" təbirləri işlədilir.

Bu təbirlər təkcə əsil-nəcabət göstəricisi deyil. Təbirlərdən aydın olur ki, xanım Məsumə (s) mənəvi və ilahi baxımdan doğrudan da Peyğəmbər, Zəhra və Xədicə, məsum İmamların övladıdır.

İmam Riza ziyarətnamədə belə deyir: "Ey Fatimeyi-Məsumə! Behiştə gedəcəyin zaman bizə şəfaət ver. Çünki Allah qarşısında sənin çox yüksək məqamın var."

Təəssüf ki, həzrət Məsumənin həyat yolu tarixdə qeydə alınmayıb. Bəlkə də, bu məlumatlar itib-batıb. Səbəb həmin dövrə hakim olan təzyiqlər və qorxudur. Əhli-beytin həyatını yazmaq təhlükəli bir iş idi. Biz yalnız əlimizdə olanlarla kifayətlənirik.

Xanım Məsumənin xüsusiyyətlərindən biri bu olub ki, İslam və Ali-Məhəmməd elmlərindən xəbərdar olub. Bu elmləri başqalarına da öyrədib. Xanım Məsumə (s) rəvayət və hədis nəql edənlərdən sayılır. İmam Kazim bu səbəbdən buyurur ki, atan sənə fəda olsun. Hansı ki atası məsum imam idi. Məşhur olmayan bir ziyarətnamədə oxuyuruq: "Salam olsun sənə ey Musa ibn Cəfərin qızı, höccət və əmini Fatimə!"

Bəli, həzrət Məsumə (s) atası imam Kazimin höccət və əmanətçisi idi. Yəni o ilahi əmanətin mühafizlərindən idi.

Sual olunur ki, bir neçə bacısı olduğu halda nə üçün həzrət Məsumənin məqamı bu qədər ucadır? Belə bir sual həzrət Zəhra haqqında da verilir. Cavab olaraq deyə bilərik ki, bu iki xanımın əsil-nəcabət imtiyazından əlavə, iman və əməl imtiyazı olub. Bu iki xanım ali məqamlar fəthidir. İrfan və əməldə parlaq nümunə kimi yadda qalıb.

Həzrət Məsumə (s) elm, irfan, iman, siyasət, rəhbər məqamın himayəsi kimi sahələrdə seçilib, sonda bu yolda şəhadətə çatıb.

Xanım Qumda cəmi 17 gün olub. Bu 17 gündə daim ibadətlə məşğul olub və onun ibadət yerinə "beytun-nur" deyirlər. Bu yer Qumda Sittiyyə mədrəsəsində, Mir meydanı məhəlində yerləşir. Xanımın nuraniyyəti Allahla rabitəsinin məhsuludur.

Nə üçün xanım Məsumə (s) ailə həyatı qurmayıb? Bu sualın cavabında iki nöqtə yada salınır. Xanım Fatimənin ailə qurmamasının bir səbəbi ona layiq həyat yoldaşının tapılmaması ola bilər. İmam Kazimin qızları, xüsusilə xanım Məsumə (s) çox yüksək kamal sahibi idilər və bu baxımdan onlara münasib həyat yoldaşının tapılması çətin idi. İmam Kazim qızlarına tövsiyə etmişdi ki, qardaşlarının tövsiyəsi ilə ailə qursunlar. Səbəb bu ola bilər ki, onlara münasib həyat yoldaşı tapılsın. Həzrət Zəhra haqqında imam Sadiq buyurur: "Əgər Allah-Taala Fatimə üçün Əli yaratmasaydı bütün yer üzündə Adəmdən bu yana kimsə ona həyat yoldaşlığına layiq olmazdı.

İkinci səbəb bu ola bilər ki, aramsız təzyiqlər dövründə, Harunun işgəncələri altında kimsə imamın qızları ilə ailə qurmağa cürət etmirdi. Harunun nəzərincə imamın qızı ilə ailə qurmaq cinayət idi. Bu səbəbdən imamın qızlarının ailə qurmaması mümkündür.

Bunu da nəzərə almaq lazımdır ki, imam Kazim (ə) həbsxanada idi. İmam Rizanın atasının şəhadətindən, Xorasana məcburi sürgündən xəbərdar olması xanım Məsumənin izdivac etməməsinin başqa bir səbəbi ola bilər.

İmam Sadiq (ə) buyurur: "Övladlarımdan adı Fatimə olan bir xanım Qumda dəfn edilər. Onun şəfaəti ilə bütün şiələrimiz behiştə daxil olar."

Həzrət Məsumənin elmi məqamı da yüksək olub. Onun ziyarətində adi imamzadə ziyarətnaməsi yox, xüsusi bir ziyarətnamə oxunur. Çünki xanımın ziyarəti behişt müjdəsi ilə yanaşıdır. Çox böyük sözdür. Nəql edirlər ki, bir gün imam Musa-Kazim Mədinədə evdə olmadığı zaman bir şəxs sual vermək üçün gəlir. Həmin vaxt həzrət Məsumə (s) uşaq idi. Gələn adamdan nə istədiyini soruşur. O sualı olduğunu deyir. Xanım buyurur ki, sualını yaz. Bu şəxs sualını yazdıqdan sonra xanım suala cavab verir. İmam Kazim evə qayıtdıqdan sonra zövcəsi əhvalatı danışır. İmam buyurur: "Ata-anam ona fəda, Allah nə hökm edibsə onu buyurub."

Bu insanlar adi fərd olmayıb. Allah bilir ki, bu ailədə necə şəxsiyyətlər tərbiyə olunub. Təbii ki, həzrət Peyğəmbərin kəramətlərini qəbul etməyənlər onun övladlarının da kəramətini inkar edəsidir. Peyğəmbərin qəbri kənarında dayanan nəzarətçi deyir ki, zərihin əvəzinə mənim əlimi öp!

Misirdə çap olunmuş kitabda belə bir rəvayət var: Fatimə imam Kazimin qızıdır. Bu xanım imam Sadiqin (ə) qızı Fatimədən, o Fatimə imam Baqirin qızı Fatimədən, o Fatimə də öz növbəsində imam Səccadın qızı Fatimədən, o da öz növbəsində Hüseynin qızı Fatimədən, o da Əlinin qızı Zeynəbdən, o da Peyğəmbərin qızı Fatimədən nəql edir: "Agah olun ki, dünyadan Ali-Məhəmmədin sevgisi ilə gedən şəhid kimi getmişdir."

Həzrət Məsumənin (s) kəramətləri

Həzrət Məsuməyə böyük istəklərlə ağız açın. Xanım Məsumənin şəfaətinin bütün şiələrə şamil olması onun böyük əzəmətindən danışır. Bəli, xanımın müstəsna fəzilətləri var. İsfahanın dövlətabad alimlərindən biri olan Ayətullah Hacı Şeyx Məhəmməd Nasiri atası Ayətullah Şeyx Məhəmmədbaqirdən belə nəql edir: Hicri 1295-ci ildə Qum ətrafında qıtlıq və quraqlıq oldu. Xalq əzab çəkirdi. 40 nəfər mömin ayrılıb xanım Məsumənin hərəmində minacat üçün toplandı. Xanımın ehtiramına Allahdan yağış istədilər.

Üç gün sonra bu şəxslərdən biri Ayətullah-üzma Mirzayi Qummini yuxuda görür. Ayətullah-üzma Mirzayi Qummi ondan soruşur ki, nə üçün bir yerə toplanmısınız? Alim ərz edir ki, bir müddətdir yağış yağmır, quraqlıq və qıtlıqdır, xanıma pənah gətirmişik. Qummi deyir ki, bu böyük müşkül deyil. Onun həlli üçün bizə də müraciət edə bilərdiniz. Amma bütün insanlar üçün şəfaət istəyirsinizsə xanıma təvəssül edin.

Ayətullah Məsudi Xomeyni xanım Məsumənin hərəminin məsullarındandır. 1380-cı il (miladi 2001) dey ayının 21-i, cümə günü səhər 9:30-da Qum telekanalında belə buyurdu: "15 gün öncə bir neçə türk gəlmişdi. Farsca bilmədiklərindən tərcüməçi istəyirdilər. Tərcüməçi gəldi və onların istəyini bizə çatdırdı. Bu adamlarla birlikdə 15 yaşlı qız və anası da vardı. Anası dedi ki, qızım bir ildir psixi xəstəliyə tutulub. Müayinə kağızlarını, həkim rəyini göstərdi. Qadın dedi ki, qız bir gün yuxudan qalxıb və Quma aparılmasını istəyib. Qadın dedi ki, maddi durumları yaxşı olmadığından bu səfər yubanırdı. Nəhayət qızım sırğalarını satıb yol xərci etdi. Sübh tezdən hərəmə daxil olduq, xanıma təvəssül etdik. Göz yaşı axıdıb qızıma şəfa istədim. Birdən qızım fəryad çəkdi və mən qorxdum. Səbəbini soruşanda dedi ki, 12 nəfər görürəm. Ondan ayağa qalxmasını istəmişdilər, demişdi ki, bacarmıram. İkinci dəfə fəryad çəkib ayağa qalxdı və qətiyyətlə dedi ki, artıq sağalmışam!

Mən dedim ki, qızın bu gün halı yaxşı ola bilər. Siz bir həftə sonra gəlin. Yol xərciniz bizim öhdəmizə. Növbəti dəfə gələndə bildirdilər ki, qız artıq tam sağalıb. Bu münasibətlə təbil çalındı. Təbilin səsindən zəvvarlar bu kəramətdən xəbər tutdular.

Bir xanım oğlunun ağır xəstəliyinə görə uzun müddətdi narahat idi. Müalicələr nəticə vermirdi. Xanımın əli hər yerdən üzülmüşdü. Xanım Məsumənin hərəminə gəlib ona təvəssül etdi və bu təvəssül günlərlə uzandı. Bir gecə yuxuda xanım Məsuməni gördü. Xanım buyurdu: "Xəstəni hərəmə gətir və göstərdiyim yerdə saxla. Əmim Abbas mənim ziyarətimə gələndə əmimdən onun üçün şəfaət istəyərəm." Xanım deyir: Yuxudan oyananda nigarançılığım ötüb-keçmişdi. Həzrət Məsumənin göstərişinə əməl etdim. Xəstəni xanımın göstərdiyi yerə gətirdim. Çox gözləməli olmadıq. Xəstə əyləşən kimi halı dəyişdi və mənə bildirdi ki, daha yaxşıyam.

Nəql edirlər ki, Ayətullah Hacı Şeyx Əbdülkərim Hairinin mərcəiyyəti dövründə Qumda bir şəxs vardı, əksəriyyət onu tanıyırdı. Bədəninin aşağı ətrafı iflic olmuşdu, hərəkət edə bilmirdi. Yol gedəndə ayağını yerlə sürüyürdü. Sovet vaxtı Qafqazdan gəlmişdi. Həzrət Məsumədən şəfa almaq istəyirdi. Ramazan gecələrinin biri qəfildən təbillərin səsi ucaldı. Dedilər ki, xanım Məsumə (s) ayağı iflic bir şəxsə şəfa verib. Kişi o qədər sağalmışdı ki, nə vaxtsa xəstə olduğu bilinmirdi. Deyirdi ki, vücudumda zərrəcə ağrı hiss etmirəm.

Bir gecə yuxuda Mirzayi Qummidən soruşurlar ki, Qum əhlinin şəfaəti həzrət Məsumənin ixtiyarındadır? Təəccüblə baxıb buyurur: "Qum əhlinin şəfaəti mənə aiddir. Xanım isə aləmə şəfaətçidir."

Həzrət Məsumənin pak hərəminin xidmətçilərindən olan Abdulla Əfsa deyir:

Əslən Zəncandan olan anadangəlmə 9 yaşlı lal qızı hərəmə gətirmişdilər. Dedilər ki, ata-anası vəfat edib, Quma nənəsi ilə gəlib. Nənəsi zərihin kənarında dayanıb həzrət Məsuməyə xitabən dedi: "Ey bibi! Bu dəfə ziyarətə gəlməmişəm. Gəlmişəm ki, bu qıza şəfaət istəyim. Onun məndən başqa kimsəsi yoxdur. Əgər ölsəm, bu uşağın talehi nə olacaq bilmirəm! Sən yaxşı bilirsən ki, mən onu bu yaşa hansı çətinliklə çatdırmışam...

Qoca qadın beləcə xanımla dərdləşirdi. Qəfildən zərihin kənarında əyləşmiş qız ayağa qalxdı və nənəsini çağırdı. Nənəsi həyəcan içində onu ağuşuna aldı. Hönkürtü ilə ağlayırdı. Xidmətçilər yaşlı qadınla qızı hərəmin işlər idarəsinə apardılar. Onlara maddi yardım göstərdilər, hədiyyə verdilər, geri qayıtmaq üçün bilet aldılar. Nənə ilə nəvə sevinc içində Zəncana qayıtdılar.

Hərəmin xidmətçisi Rzazadə deyir: "Təngənəfəs olurdum, az qala boğulurdum. Dəfələrlə həkimə müraciət etmişdim, heç bir nəticəsi yox idi. Xanıma təvəssül etdim, qısa vaxtda sağaldım. İndi 80 yaşım var, hərəmdə xidmət edirəm və xəstəlik nə olduğunu bilmirəm. Sağlamlığıma xanım Məsumə (s) zamin durub.

Ayətullah Hacı Seyid Məhəmmədbaqir Müvəhhid Əbtəhi nəql edir ki, höccətül-islam vəl-müslimin Seyid Əhməd Rövzatinin bacısı xəstələnmişdi. Cərrahiyə əməliyyatına ehtiyac vardı. Əməliyyatın Tehranda keçirilməsi nəzərdə tutulurdu. Doktor dedi ki, cümə günü Tehranda olmayacağam, şənbə ya bazar günü gəlin.

Quma qayıtdıqdan sonra bizim evə gəldilər. Cümə axşamı xanım hərəmə getdi və həzrət Məsumənin (s) zərihinə sarılıb şəfa istədi. O yalvarırdı ki, qadın üçün naməhrəm həkimin müalicəsi ağır işdir. Deyirdi ki, bibican, razı olma ki, mən bu həyəcanı yaşayım.

Şənbə günü Tehrana getdilər. Həkim son müayinədən sonra heyrət içində demişdi: "Təəccüblüdür, sizin cərrahiyə əməliyyatına ehtiyacınız yoxdur." Sevinc içində geri qayıtdılar. Hansı ki İsfahan və Tehranın bütün tanınmış həkimləri cərrahiyə əməliyyatını zəruri saymışdılar.

Ayətullah Hacı Mirza Məhəmməd Fazil Lənkərani buyururdu:

Neçə il öncə bir hadisə ilə üzləşdim. Hər dəfə Təthir ayəsini görəndə düşünürəm ki, əgər bu ayə Peyğəmbərin zövcələrinə aid deyilsə, nə üçün onların adı çəkilir? Uzun illər bu barədə düşünmüşəm. Xanım Məsuməyə (s) təvəssül etdim, Allahın lütfü, xanımın diqqəti sayəsində problem həll oldu. Elmi həmsöhbətim olan Şəhabəddin İşraqi ilə birlikdə bir kitab yazdım. Elmi dəlillərlə sübuta yetirildi ki, bu ayənin Peyğəmbərin (s) zövcələrinə heç bir aidiyyatı yoxdur, ayə yalnız Əhli-beytə məxsusdur.

Böyük alim Şeyx Musa Qumminin oğlu, mərhum Hacı Şeyx Əli Zahidinin nəvəsi höccətül-islam vəl-müslimin Hacı Şeyx Əbdürrəsul nəql edir:

Hicri 1391-ci ildə Nəcəfdə olduğum zaman 15 zilqədə günü Quma yola düşdüm. Günorta vaxtı idi. Günorta namazını qılmamışdım. Dəstəmaz aldım, xanım Məsumənin (s) hərəminə üz tutdum. Namazdan qabaq ziyarətnamə oxudum. Xanıma üz tutub ərz etdim: "Bibican! Biz İraqda sizin ata-babalarınızın sayəsində yaşayırıq. Bütün ehtiyaclarımızı onlar ödəyir. Sizdən istəyim var. Boş əllə gəlmişəm, kömək, yaşamaq üçün ev istəyirəm. Uzun illərdir ailə qurmuşam, övladım olmur, saleh bir övlad arzusundayam."

Qısa bir müddətdə rahat bir mənzil nəsibimiz oldu. Çox çəkmədi ki, övladımız dünyaya gəldi. Xanımın lütfü sayəsində altı övladım var. Dolanışıq ehtiyaclarımız təmin olundu. Nəcəfdəkindən qat-qat üstün şəraitdə yaşayırıq. Bu müqəddəs şəhərə qədəm qoyduğum gündən heç bir müstəhəbb əməli buraxmamışam. Nə yaxşı iş görürəmsə xanımı da buna şərik edirəm.

Höccətül-islam vəl-müslimin Qazi Zahidi həzrət Məsumənin (s) kəramətlərindən birinə şahid olub. Hadisə 20 il bundan qabaq baş verib. Nəql edir ki, bir gecə hərəmdə təvəssül duası vardı. Duanın ortasında işıq kəsildi, bir müddət qaranlıq oldu. İşıqlar yananda hiss etdim ki, hamı hərəmdə bir nöqtəyə baxır. Bu Şah Abbasın qəbri idi. Mənim də diqqətim həmin nöqtəyə yönəldi. 17-18 yaşlı bir qız həmin yerdə dayanmışdı. Aydın oldu ki, 10 yaşından lal olub, şəfa almaq üçün müqəddəs Məşhədə gedib. Yuxuda imam Riza (ə) buyurub ki, bu qızı Quma aparın, həzrət Məsumə (s) ona şəfa verəcək. İndi qız şəfa tapmışdı.

Hacı ağa Səbzvari buyurur:

Bir gün müqəddəs Məşhəd şəhərində mərhum Ayətullah Müctəhidinin xidmətində idim. Tanınmış bir Seyyid də orada idi. Həzrət Məsumənin (s) məqamından söhbət gedirdi. Seyyid buyurdu ki, xanım Məsumənin (s) hərəmində qəlbdən keçən istəklər də yerinə yetir. Yəni bir istəyi dilə gətirməsən də bu istək xanımın diqqətindədir.

Sözünə davam etdi ki, Məşhəddən Quma gəldiyi zaman müəyyən məbləğdə borcu olub. Hərəmə gedib. Xidmətçi Kuhxızri ilə dost imiş. Dərdini ona deyib. Xidmətçi deyib ki, istəyin yerinə yetəcək. Bunu haradan bildiyini soruşanda cavab verib ki, bu mənim boynuma.

Seyyid hərəmin kənarında dayanıb qəlbində danışmağa başlayıb. Çox keçməmiş dostlarından biri ilə rastlaşıb, hal-əhval tutandan sonra dostu borc barədə heç nə soruşmadan həmin məbləği ona verib.

Böyük mühəddis mərhum Hacı Şeyx Abbas Qummi Molla Sədra haqqında yazarkən qeyd edir ki, Molla Sədra müəyyən sıxıntılar səbəbindən Şirazdan Quma mühacirət etmişdi. Qumun dörd fərsəxliyində yerləşən Kəhəkdə məskunlaşmışdı. Qarşısına elmi çətinlik çıxanda xanımın ziyarətinə gələr və onun lütfü ilə çıxış yolu tapardı.

Mərhum Mühəddis Nuri nəql edir: Bağdadda Yəqub adlı nəsrani istisqa xəstəliyinə yoluxmuşdu. Müalicəsinə ümid qalmamışdı. O qədər zəifləmişdi ki ayağa qalxa bilmirdi. Onun dilindən belə nəql edirlər: "Allahdan təkrar-təkrar ölüm istəmişdim. Hicri-qəməri 1280-cı ildə yuxuda nurani bir seyid gördüm. Yatağımın kənarında dayanmışdı. Mənə dedi ki, şəfa istəyirsənsə Kazimeynə getməlisən. Yuxudan oyandım. Yuxumu anama danışdım. Məsihi anam dedi ki, bu şeytani yuxudur. Sonra daha iki dəfə yuxuya getdim, bu dəfə çadrada, niqablı bir qadın gördüm. Mənə dedi ki, atam sizə nə dedi, qalx ayağa sübh oldu. Soruşdum ki, atası kimdir? Cavab verdi ki, atam Musa ibn Cəfərdir, mən onun qızı, imam Rizanın bacısı Məsuməyəm.

Yuxudan oyandım. Heyrət içində idim. Bu barədə kimdən soruşaydım? Ağlıma ilk gələn Seyid Rəzi Bağdadi oldu. Bağdada onun görüşünə getdim. Qapını döydüm. Qapının arxasından səs gəldi: "Qapını açın, bir nəsrani müsəlman olmaq üçün gəlib." Qapı açıldı, evə daxil oldum. Seyid Rəzidən soruşdum ki, mənim hansı məqsədlə gəldiyimi haradan bilir? Buyurdu ki, yuxuda cəddim məni bu məsələdən hali etdi. Beləcə, Seyid məni Kazimeynə, Şeyx Əbdülhüseyn Tehraninin yanına apardı. Əhvalatı danışdım. Onun göstərişi ilə məni imam Kazimin (ə) hərəminə apardılar. Zərihi təvaf etdim, bir dəyişiklik hiss etmədim. Hərəmdən çıxanda susadım. Su içən kimi yerə yıxıldım. Sonra hiss etdim ki, sanki çiynimdə dağ var imiş, götürüldü. Şübhəm qalmadı ki, sağalmışam. Çöhrəmin rəngi dəyişdi. Xəstəlikdən əsər-əlamət qalmadı. Şeyxin hüzuruna gedib onun vasitəsilə İslamı qəbul etdim.

Həzrət Ayətullah-üzma hacı şeyx Mürtəza Hairi buyurur: Seyid Camal adlı bir şəxs vardı. Ağır xəstəliyə tutulmuşdu. Bir yerə gedəndə kimsə onu dalına alar aparardı. Tasua günü günortadan sonra bu şəxsi Feyziyyə mədrəsəsində Ayətullah Hairinin təşkil etdiyi rövzə məclisinə gətirdilər. Ayətullah Hairinin xidmətçisi seyid Əli Seyf onu görəndə etirazla dedi ki, nə üçün bura gətiriblər, camaata əziyyət verirlər! Dedi ki, həqiqətən seyidsə, getsin bibidən şəfa alsın.

Bu sözlər seyid Camala toxundu. Məclisin sonunda onu gətirən şəxsdən xahiş etdi ki, onu hərəmə aparsın. Bu işi gördülər, seyid təvəssül etdi və onu yuxu apardı. Yuxuda bir şəxs dedi ki, ayağa qalx. Seyid ayağa qalxa bilmədiyini söylədi. Eyni sözlər növbəti dəfə təkrarlandı. Ona bir imarət göstərib dedilər: "Gördüyün imarət hacı seyid Həsənindir. O bizə rövzə oxuyur. Bu məktubu da ona verərsən." Seyid Camal qəfildən yuxudan oyandı və özünü ayaq üstə gördü. Əlində məktub vardı. Məktubu deyilən ünvana çatdırdı. Kimsə bu məktubda nə yazıldığını bilmədi. Hətta Ayətullah Haridi də bu məsələdən xəbərsiz qaldı. Bu hadisədən sonra seyid Camal tamam dəyişdi və demək olar ki, zikrdən başqa dilinə söz gəlmədi.

Mərhum hacı Mirza Məhəmməd Tonkabuninin xeyli kitabı var. Hicri-şəmsi 1302-ci ildə dünyasını dəyişmiş bu alimin əsərlərinin sayı 212 cildə çatır. Qisəsul-üləma kitabında həmin kitabların adı sadalanır.

Qisəsul-üləma kitabı adından göründüyü kimi alimlər haqqındadır. Mərhum Tonkabuni öz bioqrafiyasında həzrət Məsumənin (s) kəramətlərinə işarə edir. Bu kəramətlərdən ikisini yada salırıq. Alim belə yazır:

İmam Musa ibn Cəfərin (ə) qızı Məsumənin (s) ziyarətinə getdim. Qızıl pul kisəsi varımdı. Kisədə adi sikkələr də vardı. Bir cümə axşamı iki qızıl əşrəfi kisəyə qoyub xanımın ziyarətinə yola düşdüm. Hərəmdə ürəyimdən keçdi ki, xidmətçilərə hədiyyə verim. Hava qaranlıq idi. Əlimi kisəyə salıb iki sikkə xidmətçinin ovucuna qoydum. Evə qayıdandan sonra başa düşdüm ki, adi sikkə əvəzinə qızıl əşrəfiləri vermişəm. Səhəri gün evdən çıxmamış kisəyə qızıl əşrəfi qoymaq istəyəndə heyrətdən donub qaldım. İki qızıl əşrəfi pul kisəsində idi. Hansı ki gecə kisədəki pulları yerə töküb bir-bir baxmışdım və şübhəm yox idi ki, əşrəfiləri vermişəm...

Xanım Məsumənin (s) ziyarəti zamanı həyat yoldaşım və oğlum ağır xəstələnmişdi. Demək olar ki, ölüm yatağında idilər. İstəklər qapısına üz tutub ərz etdim: "Uzaq yol gəlmişik. İntizarımız yoxdur ki, əliboş geri qayıdaq." Çox çəkmədi ki zövcəm və övladım şəfa tapdı.

Məşhur xətib Heydəri Kaşani nəql edir ki, ruhani tanışlarından biri Ayətullah-üzma Bəhaüddininin görüşündə olanda belə bir əhvalat nəql edib:

10 yaşlı qızımın gözünə kiçik xal düşmüşdü. Mütəxəssis həkimə müraciət etdim, müayinədən sonra bildirdi ki, qızın gözündə cərrahiyyə əməliyyatı aparılmalıdır.

Qızım bunu eşidəndə çox narahat oldu və xahiş etdi ki, onu həzrət Məsumənin (s) hərəminə aparaq. Biz hərəmə üz tutduq. Qızım hərəmdə zərihə sarılıb bibiyə xitabən dedi: "Bibican (bibi deyəndə burada möhtərəm xanım nəzərdə tutulur – red), razı olma ki, gözüm əməliyyat olunsun." O bunu deyib ağlaya-ağlaya gözünü zərihə sürtürdü. Mən onu qucağıma alıb sakitləşdirmək istəyəndə gözü diqqətimi çəkdi. Xaldan əsər-əlamət qalmamışdı.

Bir seyyid mərhum Ayətullah seyid Əbülqasim Ruhaniyə nəql edirdi ki, hər dəfə hərəmə gedəndə xidmətçilərə (ayaqqabı saxlayan) pul verirdim. Bu iş adət şəkli almışdı. Amma hər dəfə pul vermək ağır olduğundan ara bir ziyarəti təxirə salırdım. Bir gecə xanım Məsuməni (s) yuxuda gördüm. Mənə buyurdu: "Xidmətçiyə pul verməməyə xatir mənim ziyarətimə gəlmirsən?!"

Xanımın xidmətçilərə lütfü

Xanım Məsumənin (s) hərəminin xidmətçilərindən olan Səidi deyir:

Böyük məbləğdə pula ehtiyacım vardı. Sübh namazını qılmaq üçün hərəmə getdim. Ayətullah-üzma Mərəşi Nəcəfi hərəmə daxil oldu. Onun səccadəsini yerə salırdım. Ağa ovucuma pul qoydu. Baxanda gördüm ki, bu pul ehtiyacım olan məbləğdir. Ağaya ərz etdim: "Haradan bilirdiniz ki, pula ehtiyacım var?" Ağa buyurdu: "Əlli ildir bu hərəmdəyəm. Həzrət Məsumə (s) qəribdir. Ona bacardığın həddə xidmət et."

Hərəmin Mirza Əsədulla adlı xidmətçisi xəstələnir, ayaq barmaqları qaralır. Cərrahlar bildirirlər ki, barmaqları kəsməkdən başqa çıxış yolu yoxdur. Əməliyyatdan bir gün öncə Mirza Əsədulla hərəmə gəlir, xanım Məsuməni (s) ziyarət edir. Onun barmaqlarını zərihə sürtürlər. Barmaqlarının ağrısından nalə çəkən xidmətçinin qəfildən halı dəyişir və hərəmdə fəryad səsi ucalır. Ətrafdakılar şahid olurlar ki, Mirza şəfa tapıb, barmaqları sağalıb. Özü belə nəql edir: "Yuxuda gördüm ki, alicənab bir xanım mənə deyir: "Nə çətinliyin var?" Mən ona dərdimi dedim. Xanım sakitcə buyurdu: "Sənə şəfaət verdim."

İmam Zaman (əc) həzrət Məsumənin (s) hərəmində

Əffan Bəsri imam Sadiqdən (ə) nəql edir: "Bilirsinizmi Qumu nə üçün belə adlandırıblar? Səbəbi budur ki, Qum əhli Ali-Məhəmməddən olan qaimlə qiyama qalxar, onun hökmünə tabe olub yardım göstərər."

Nəql edirlər ki, etibarı ilə tanınmış seyid Əbdürrəhim adlı şəxs deyir: Yuxuda gördüm ki, Qumun böyük qəbirstanlığındayam. Böyük izdiham var. Bu vaxt süvari bir şəxs göründü. Bir nəfər dedi ki, bu süvari həzrət Höccətdir (əc). Bu sözü eşidib süvarinin arxasınca qaçdım. O hərəmə doğru hərəkət edirdi. Hərəmə çatıb, atdan düşdü. Zərih ətrafında kimsə yox idi. Yalnız həzrətin yanında bir şəxs dayanmışdı. Qəribə bir hadisə baş verdi. Onlar atın cilovunu mənə verdilər. Öz-özümə düşündüm ki, atın cilovunu saxlamaq yaxşıdı, yoxsa həzrətlə getmək. Cilovu həzrətin yanındakı şəxsə verib imamın ardınca getdim. İmam xanım Məsumənin (s) başı üzərində dayandı. Xidmətçilərdən kimsə gözə dəymirdi. Düşündüm ki, yaxına gedim ya yox? Həzrətin səsi gəlsə də nə dediyini anlamırdım. Bir müddət sonra imam hərəmdən çıxdı. Onun ardınca getmək istədim. Amma qəfildən itirdim. Nə qədər axtardımsa tapa bilmədim.

Alimlərin həzrət Məsumə (s) sevgisi

İmam Xomeyni (r) həzrət Məsumənin (s) məzarı kənarına gələr, təvazö ilə zərihi öpərdi. İmam öz cənazəsinin hərəmdə dəfnini istəməmişdi. Müxtəlif ölkələrdən gələn rəsmilərin və zəvvarların imamın ziyarətinə məşğulluğu xanımın ziyarətinə kölgə sala bilərdi. İmam bu təsəvvürlərlə başqa bir yerdə dəfn olunmasını münasib saydı.

Xanımın hərəmində yeni səhnə (salon) hazır olanda Ətabək ağa Nəcəfini namaz qılmaq üçün dəvət etdi. İlk namaz ağa Nəcəfinin imaməti ilə qılındı. Yoxsa Qum alimləri yerin vəqfini nəzərə alaraq yeni səhnədən ötüb keçmirdilər. Amma Nəcəfdən İrana sürgün olunmuş Naini kimi alimlər orada namaz qılırdılar. Olsun ki mərhum Seyid Əbülhəsən İsfahani İmam Zaman məscidində namaz qılıb.

Mərhum Ayətullah-üzma Nəcəfi Mərəşi 60 il ardıcıl, isti-soyuğa baxmadan sübh azanından öncə xanım Məsumənin (s) hərəmində olub. Nəql edirlər ki, hərəmin qapıları açılmazdan öncə mərhum alim qapıda dayanıb gözləyərdi.

Ayətullah hacı seyid Məhəmməd Şahrudi buyurur: "Mən hər gecə hərəmə gəlirəm. Sual verən çox olur. Olsun ki sualları cavablandırmağın savabı daha çoxdur. Mən hərəmə gələndə sanki güc alıram. Bir gün gələ bilməsəm həmin gün halım pis olur.

Neçə il qabaq hərəmin mədəniyyət işləri üzrə məsulu mərhum Ayətullah Ərakinin görüşünə gedir və ondan xanımın kəramətləri haqqında soruşur. Ağa buyurur: "Əllərim o qədər şişmişdi dəstəmaz ala bilmirdim. Təyəmmüm etməyə məcbur olmuşdum. Heç bir müalicə təsir göstərmirdi. Nəhayət xanıma təvəssül etdim. Haradansa zehnimə gəldi ki, əlcək geyinim. Bu işi görəndən sonra əllərim sağaldı." Bu əhvalat mərhum Ərakinin dilindən yazıya alınıb və çap edilib.

Hacı seyid Sadiq Qummi Məşhədi Əli Nəqidən nəql edir ki, yuxuda Seyid Mürtəzanı görür, seyid ona deyir: "Nə üçün xanımın ziyarətinə az gedirsən?!"

Ayətullah-üzma Mərəşi Nəcəfi vəsiyyət edib ki, cənazəsini bibinin qəbri ilə üzbəüz qoysunlar, əmmaməsinin bir ucunu zərihə, o birini tabuta bağlasınlar. Alim bu vəziyyətdə imam Hüseynin (ə) müsibətindən oxunmasını istəyib.

Ayətullah Fazil Lənkərani belə tövsiyə edir: "Bütün Əhli-beyt (ə) aşiqləri, xüsusilə şəhid tərbiyə edən Qum əhalisi, eləcə də tələbələr və İmam Zaman əsgərləri bu nemətin qədrini bilsinlər, imam qızı, imam bacısı, imam bibisi Məsumənin (s) ziyarətindən mümkün həddə bəhrələnsinlər."

Həzrət Ayətullah-üzma Təbatəbai böyük filosof, arif idi. Oruc tutduğu zaman iftardan qabaq hərəmə gələr, orucunu zərihi öpməklə açardı.

Həzrət Məsuməni (s) ziyarətin savabı

Mərhum Ayətullah-üzma Mərəşi Nəcəfi buyurub: Mərhum atam Ayətullah əllamə seyid Mahmud Mərəşi Nəcəfdə yaşayardı. Daim xanım Zəhranın qəbrinin sorağında idi. Bu məqsədlə ardıcıl dua oxuyardı. 40 gün bu işi davamlı şəkildə icra edir, ümid edir ki, xanım Zəhranın pak məzarından xəbər tutacaq.

Ardıcıl dualardan sonra yatıb yuxuda imam Baqiri (ə) görmüşdü. İmam Baqir (ə) buyurmuşdu: "Əhli-beytin ətəyindən yapış."

Atam elə başa düşmüşdü ki, imam xanım Zəhranı nəzərdə tutur. Ərz etmişdi ki, mən də bu əməlləri xanımın məzarının yerini bilmək üçün yerinə yetirdim. İmam buyurmuşdu: "Mən Qumda xanım Məsumənin (s) hərəmini nəzərdə tuturam. Allah məsləhət bilib ki, xanım Zəhranın qəbri həmişə məxfi qalsın. Onun qəbrini ziyarət etmək istəyənlər üçün xanım Məsumənin qəbrini qərar verib. Xanım Məsumənin (s) məzarına elə bir əzəmət verilib ki, xanım Zəhranın qəbri aşkar olsaydı həmin əzəmətdə olardı." Seyid Mahmud Mərəşi yuxudan oyananda xanım Məsuməni (s) ziyarət üçün Quma yola düşür. Ailəsi ilə birlikdə xanımın ziyarətində olur.

İmam Sadiq (ə) buyurur: "Həqiqətən xanımın ziyarəti behişti qazanmağa bərabərdir."

İmam başqa bir məqamda buyurur: "Qumda bizim hərəmimiz var. Orada Fatimə adlı xanım dəfn olunar. Onu ziyarət edənə behişt vacibdir."

İmam Sadiq (ə) buyurur: "Bizim ziyarətimizə gəlmək imkanı olmayanlar ləyaqətli dostlarımızı ziyarət etsələr, bizi ziyarətin savabını qazanarlar."

İmam Sadiq (ə) xanım Məsumə (s) dünyaya gəlməzdən öncə söhbətində buyurur: "Tezliklə övladlarımdan Fatimə adlı bir xanım Qumda dəfn edilər. Onu ziyarət edənə behişt vacibdir."

İmam Riza (ə) buyurur: "O xanımı mərifətlə ziyarət edənin mükafatı behiştdir."

Mövla Heydər Xansari yazır: Rəvayətə görə imam Riza (ə) buyururb: "Məni ziyarət edə bilməyən Reydə qardaşımı (həzrət Əbdül Əzimin məzarı kənarında dəfn olunmuş imamzadə Həmzə), ya da Qumda bacımı ziyarət etsə məni ziyarət etməyin savabını alar."

Bir şiə əvvəlcə müqəddəs Məşhəddə imam Rizanı (ə) ziyarət etdi, sonra Kərbəlaya yola düşdü. Yolu Həmədandan keçirdi. Yuxuda imam Rizanı (ə) gördü. İmam buyurdu: "Olmaz ki, Qumdan keçib, bacımı ziyarət edəsən?!"

İmam Riza (ə) buyurur: "Qumda Məsuməni ziyarət edən insan məni ziyarət etmiş kimidir."

İmam Cavad buyurur: "Qumda bibimi ziyarət edənin mükafatı behiştdir."

Zalım şahlıq dövründə Səudiyyə Ərəbistanı Kralı İrana gəlir. Kral Ayətullah-üzma Bürucerdiyə hədiyyə göndərir. Alim Quran və Kəbə pərdəsindən bir parçanı götürüb qalan hədiyyələri geri qaytarır. Kral alimlə görüşmək istəyir. Mərhum Bürucerdi görüşdən imtina edib buyurur: "Əgər o Quma gəlsə, xanım Məsumənin (s) ziyarətinə getməsə, bu xanıma qarşı hörmətsizlik olar. Mən belə hörmətsizliyə dözə bilmərəm."

Ayətullah Bürucerdi Əhli-beytdə, xanım Məsuməyə (s) çox bağlı idi. Bir dəfə görüşünə gələnlər arasında kimsə deyir ki, İmam Zaman və Ayətullah Bürucerdinin salamatlığı üçün salavat! Bu söz ağanı qəzəbləndirir. Buyurur ki, həmin şəxsi otaqdan çıxarsınlar. Ağaya ağır gəlir ki, onun adını İmam Zamanla yanaşı çəkirlər.

Hərəmin xidmətçisi Muxtar Şəbani belə nəql edir: Ayətullah-üzma Mərəşi Nəcəfi buyururdu: "Atam imkanlı olan zaman Məkkəyə getmişdi. Məkkədə minacata məşğul olur, dua edir, ağlayır, Peyğəmbərdən (s) xanım Fatimənin (s) yerini soruşur. Yuxuda görür ki, Peyğəmbər (s) buyurur: "Övladım! Allah istəyir ki, ananın qəbri gizli qalsın. Qumda Fatimeyi-Məsuməni ziyarət etsəniz həzrət Zəhranı (s) ziyarət etmiş kimisiniz."

Qazi Nurullah Şüştəri imam Sadiqdən (ə) rəvayət edir: "Allahın hərəmi var və bu hərəm Məkkədir. Peyğəmbərin hərəmi var və o Mədinədir. Əmirəlmömininin hərəmi var, o Kufədir. Qum kiçik Kufə sayılır. Behiştin 8 qapısı var, üçü Quma açılar. Orada övladlarımdan Musanın qızı Fatimə dəfn olunar. Şiələr onun şəfaəti ilə behiştə gedər. Onu ziyarət edənə behişt vacibdir."

Səəd ibn Səəd deyir: İmam Rizadan (ə) xanım Fatimə (s) haqqında soruşdum. İmam (ə) buyurdu ki, onu ziyarət edənə behişt vacibdir."

Xanım Fatiməni (s) ziyarətin qaydaları

Xanımın ziyarəti ilə bağlı 40 nöqtə zikr olunub:

1.Ziyarət səfərinə çıxmazdan öncə qüsl vermək;

2.Boş danışıq, yersiz mübahisədən uzaq olmaq;

3.Təharətli olmaq;

4.Pak libas geymək;

5.Hərəmə gedəndə kiçik addımlarla getmək;

6.Ətirlənmək (bu qayda yalnız İmam Hüseynin (ə) ziyarətində istisnadır);

7.Hərəmə gedəndə "Əlhəmdu lillah", "Sübhanəllah", "La ilahə illəllah" zikrlərini demək, Peyğəmbər və Əhli-beytinə salavat göndərməklə ağızı ətirləndirmək;

8.Hərəmə girməzdən öncə daxil olmaq üçün icazə almaq (icazə mətnini oxumaq);

9.Xüzu və xüşu, təvazö və qorxu ilə daxil olmaq;

10.Dəfn olunana tam diqqət və dünya fikrindən uzaqlıq;

11.Zərihin mübarək civarını öpmək;

12.Hərəmə sağ ayaqla daxil olmaq, sol ayaqla çıxmaq;

13.Zərihə yaxınlaşıb onu öpmək;

14.Ziyarət oxuyarkən üzü zərihə doğru dayanmaq;

15.Dua və ziyarətdə ahuzarla istəmək;

16.Ayaq üstə ziyarət etmək;

17.Pak zərihi görəndə təkbir demək;

18.İki rəkət ziyarət namazı qılmaq;

19.Hərəmə daxil olan zaman cəmiyyət namazı qılınarsa əvvəlcə namaz qılmaq, sonra ziyarət etmək;

20.Quran oxuyub savabını xanıma hədiyyə etmək;

21.Ziyarət zamanı səsi qaldırmamaq;

22.Şəhərdən çıxarkən xanımla vidalaşmaq;

23.Müqəddəs şəhərin ehtiramını gözləmək;

24.İmkan həddində sədəqə vermək;

25.Xanımların hicaba kamil riayət etməsi;

26.Ziyarətdə kişilərin qadınlardan ayrı olması;

27.Qadınlar qalın çadra örtsün ki, bədənləri bilinməsin;

28.Qadınlar qalın qara corab geysinlər;

29.Qurani-Kərimdə buyurulduğu kimi, qadınlar naməhrəm kişilərə zinətlərini göstərməsinlər;

30.Kiminsə qəlbinə toxunmamaq, kiməsə əziyyət verməmək;

31.Əmr be məruf və nəhy əz münkəri tərk etməmək;

32.Ata-ana, dost-tanış tərəfindən ziyarət etmək;

33.Zərihin yanında yubanmamaq, başqalarının ziyarətinə şərait yaratmaq;

34.Ziyarəti-cameə, Əminəllah kimi mötəbər ziyarətnamələr oxumaq;

35.Yolda köməyə ehtiyacı olan zəvvara imkan həddində kömək etmək;

36.Kim möminin qəbrinə əlini qoyub yeddi dəfə Qədr surəsi oxusa qiyamət günü amanda olar;

37.Boş vaxtlarda əyləncə əvəzinə, böyük alimlərin qəbrini ziyarət etmək;

38.Ziyarətə halal pulla getmək;

39.Ziyarətdən məqsəd gəzinti və ticarət yox, Allaha yaxınlaşmaq məqsədi olmalıdır;

40.Ziyarətdən qayıdandan sonra ehtiyatlı olaq ki, şeytan qazandığımız savabı günahla puça çıxarmasın və bu ziyarət son ziyarət olmasın.

Xanım Məsumənin (s) ziyarətnaməsi

Xanım Məsumənin (s) özünəməxsus ziyarətnaməsi imam Rizanın (ə) dilindən çıxmışdır. Xanım Fatimədən (s) sonra xüsusi ziyarətnaməsi olan ikinci şəxs xanım Məsumədir (s). Həzrət Zeynəbin (s) çox böyük məqamı olsa da xüsusi ziyarətnaməsi yoxdur. Əllamə Məclisi vasitə ilə nəql edir ki, imam Riza (ə) Səd Əşəri Qummiyə buyurur: "Ey Səd! Sizin yerdə (Qumda) bizə aid bir qəbir var. Hər kəs onu mərifətlə, tanıyaraq ziyarət etsə, beşihtə gedər." Sonra imam Riza (ə) xanımı necə ziyarət etməyi Sədə öyrədir. Buyurur ki, qəbrin baş tərəfində kənarda üzü qibləyə dayanıb 34 dəfə Allahu əkbər, 33 dəfə Sübhanəllah, 33 dəfə Əlhəmdulillah de, sonra bu ziyarətnaməni oxu: "Əssəlamu əla Adəmə sifvətilləh..."

Ziyarətnamənin özünəməxsus xüsusiyyəti budur ki, əvvəldə öncə qeyd etdiyimiz zikr deyilsin. Başqa ziyarətlərdə bu zikr yoxdur. Bu tövhid başlanğıcının səbəbi odur ki, ziyarətdə tövhid ruhiyyəsi olunsun, xanımla ilahi rabitə qurmaq mümkün olsun. İnsanda bu ruhiyyə olanda Allah övliyaları qarşısında pak qəlblə dayanır.

Xanım Məsumənin (s) ziyarətnaməsi:

اَلسَلام عَلَى آدَمَ صَفْوَةَ اللهِ, الَسَلامُ عَلَى نُوحٍ نَبِيِّ اللهِ, الَسَلامُ عَلَى إِبْراهيمَ خَليلِ اللهِ, الَسَلامُ عَلَى مُوسى كَلِيمِ اللهِ, الَسَلامُ عَلَى عيسى رُوحِ اللهِ, الَسَلامُ عَلَيْكَ يا رَسُولَ اللهِ, الَسَلامُ عَلَيْكَ يا خَيْرَ خَلْقِ اللهِ, الَسَلامُ عَلَيْكَ يا صَفَيِ اللهِ, الَسَلامُ عَلَيْكَ يا مُحَمَدَ بْنَ عَبْدِاللهِ خاتَمَ النَبِيينَ, الَسَلامُ عَلَيْكَ يا اَمَيرَ الْمُؤْمِنينَ عَليِ بنِ اَبيطالِب وَصيِ رَسُولِ الله, الَسَلامُ عَلَيْكَ يا فاطِمَةُ سَيِدَةَ نِساءِ الْعالَمينَ, الَسَلامُ عَلَيْكُما يا سِبْطَيْ نَبي الرَحْمَةِ, وَسَيِدَى شَبابِ اَهْلِ الْجَنَةِ, الَسَلامُ عَلَيْكَ يا عَلِيَ بْنَ الْحُسَيْنِ, سَيِدِ الْعابِدينَ و قُرَةَ

عَيْنِ الناظِرينَ, الَسَلامُ عَلَيْكَ يا مُحَمَدٍ بْنَ عَلِيٍ باقِرَ الْعِلْمِ بَعْدَ الْنَبِي, الَسَلامُ عَلَيْكَ يا جَعْفَرَ بن مُحَمَدٍ الصادِقَ البارَ الْأَمينَ, الَسَلامُ عَلَيْكَ يا مُوسَى بْنَ جَعْفَرٍ الطاهِرَ الطُهْرَ, الَسَلامُ عَلَيْكَ يا عَلِيَ بْنَ مُوسى الرِضَا المُرْتَضي, الَسَلامُ عَلَيْكَ يا مُحَمَدَ بْنَ عَلِيٍ التَقِيَ, الَسَلامُ عَلَيْكَ يا عَلِيَ بْنَ مُحَمَدٍ النَقِيَ الْناصِحَ الأَمينَ, الَسَلامُ عَلَيْكَ ياحَسَنَ بْنَ عَلَيٍ, الَسَلامُ عَلَى الْوَصِيِ مِنْ بَعدِهِ.

الَلهُمَ صَلِ عَلَى نُورِكَ و سِراجِكَ, وَوَليِ وَليِكَ, وَوَصِيِ وَصَيِكَ, وَحُجَتِكَ عَلى خَلقِكَ, الَسَلامُ عَلَيْكِ يا بنتَ رَسُولِ اللهِ, الَسَلامُ عَلَيْكِ يا بِنْتَ فاطِمَةَ وَخَديجَةَ, الَسَلامُ عَلَيْكِ يا بِنْتَ أميرِ الْمُؤمِنينَ, الَسَلامُ عَلَيْكِ يا بِنْتَ الْحَسَن وَالحُسَيْنِ, الَسَلامُ عَلَيْكِ يا بِنْتَ وَلِيِ اللهِ, الَسَلامُ عَلَيْكِ يا اُختَ وَلِيِ اللهِ, الَسَلامُ عَلَيْكِ يا عَمَةَ وَلِيِ اللهِ, الَسَلامُ عَلَيْكِ يا بِنْتَ مُوسَ بْنِ جَعْفَرٍ, وَرَحْمَةُ اللهِ وَبَرَكاتُهُ.

الَسَلامُ عَلَيْكَ عَرَفَ اللهِ بَيْنَنا و بَيْنَكُمْ فى الْجَنَةِ, وَحَشَرَنا فى زُمْرَتِكُمْ, وَاَوْرَدَنا حَوْضَ نَبِيِكُمْ, وَ سَقانا بِكَأْسِ جَدِكُمْ مِنْ يَدِ عَلِيِ بْنِ ابيطالِب, صَلَواتُ اللهِ عَلَيْكُمْ, اَسْئَلُ اللهَ اَنْ يُرِيَنا فيكُمُ السُروُرَ وَالفَرَجَ, وَاَنْ يَجْمَعَنا وَاِياكُمْ فى زُمْرَةِ جَدِكُمْ مُحَمَدٍ, صَلَى اللهِ عَلَيْهِ و آلِهِ, وَ اَنْ لا يَسْلُبَنا مَعْرِفَتَكُمْ, اِنَهُ وَليٌ قَدِيرٌ, اَتَقَرَبُ اِلَى اللهِ بِحُبكُمْ وَ الْبَرائِةِ مِنْ اَعْدائِكُمْ, وَ التَسليمِ اِلَى اللهِ, راضِياً بِهِ غَيْرَ مُنْكِرٍ وَلا مُسْتَكْبِرٍ وَ عَلى يَقينِ ما اَتى بِهِ مُحَمَدٌ وَ بِهِ راضٍ, نَطْلُبُ بِذلَكَ وَجَهَكَ يا سَيِدي, الَلهُمَ وَ رِضاك وَالدارَ الآخِرَةَ, يا فاطِمةُ اشْفَعى لى فِى الْجَنَةِ, فَاِنَ لَكِ عِنْدَ اللهِ شَأْناً مِنَ الشَأْنِ, اَللهُمَ اِنى اَسْئَلُكَ اَنْ تَخْتِمَ لى بِالسَعادةِ, فَلا تَسْلُبْ مِنى ما اَنَا فيهِ وَ لا حَولَ وَلا قُوَه اِلا بِاللهِ الْعَليِ الْعَظيم, الَلهُمَ اسْتَجِبْ لَنا و تَقَبَلْهُ بِكَرَمِكَ و عِزَتِكَ, وَ بِرَحْمَتِكَ وَ عافِيَتِكَ وَ صَلَى اللهُ عَلى مُحَمَدٍ و آلِهِ اَجْمَعينَ وَ سَلَمَ تَسْليماً يا اَرْحَمَ الراحِمينَ.

Əssəlamu əla adəmə sifvətilləh

Əssəlamu əla nuhin nəbiyilləh

Əssəlamu əla ibrahimə xəlililləh

Əssəlamu əla musa kəlimilləh

Əssəlamu əla isa ruhilləh

Əssəlamu ələykə ya rəsuləllah

Əssəlamu ələykə ya xəyrə xəlqilləh

Əssəlamu ələykə ya səfəiyəlləh

Əssəlamu ələykə ya muhəmmədəbnə əbdillah, xatəmən nəbiyyin

Əssəlamu ələykə ya əmirəlmomininə əliyyəbnə əbitalib, vəsiyyə rəsulilləh

Əssəlamu ələyki ya fatimətu səyyəidətə nisail-aləmin

Əssəlamu ələykum ya sibtəy nəbiyyir-rəhmə, və səyyidəy şəbabi əhlil cənnə

Əssəlamu ələykə ya əliyyəbnəl-husəyni səyyidəl-abidin, və qurrətə əynin-nazirin

Əssəlamu ələykə ya muhəmmədəbnə əliyyin baqiril-ilmi bədən nəbiyy

Əssəlamu ələykə ya cəfərəbnə muhəmmədinis-sadiqəl barrəl-əmin

Əssəlamu ələykə ya musəbnə cəfərinit-tahirət-tuhr

Əssəlamu ələykə ya əliyyəbnə musərrizəl-murtəza

Əssəlamu ələykə ya muhəmmədəbən əliyyinit-təqiyy

Əssəlamu ələykə ya əliyyəbnə muhəmmədinin-nəqiyyən-nasihəl-əmin

Əssəlamu ələykə ya həsənəbnə əliyy

Əssəlamu ələl vəsiyyi min bədih

Əllahummə səlli əla nurikə vəsirəcikə, və vəliyyi vəliyyikə, və vəsiyyi vəsiyyikə, və huccətikə əla xəlqik

Əssəlamu ələyki ya bintə rəsulilləh

Əssəlamu ələyki ya bintə fatimətə və xədicə

Əssəlamu ələyki ya bintə əmirilmominin

Əssəlamu ələyki ya bintəl-həsəni vəl husəyn

Əssəlamu ələyki ya bintə vəliyilləh

Əssəlamu ələyki ya uxtə vəliyilləh

Əssəlamu ələyki ya əmmətə vəliyilləh

Əssəlamu ələyki ya bintə musəbni cəfər, vərəhmətullahi vəbərəkatuh

Əssəlamu ələyki ya ərrəfəllahu bəynəna və bəynəkum fil-cənnəti və həşərəna fi zumrətikum və rədna həvzə nəbiyyikum və səqana bikəsin cəddikum min yədi əliyyibni əbitalibin sələvatullahi ələykum, əsəlullahə ən yuriyəna fi kumus sururə vəl-fərəc, və ən yəcməəna və iyyakum fi zumrəti cəddikum muhəmmədin və ən la yəslubəna mərifətəkum innəhu vəliyyun qədir

Ətəqərrəbu iləllahi bihubbikum, vəl bəraəti min ədaikum vət təslimi iləllah, raziyən bihi ğəyrə munkirin vəla mustəkbir, və əla yəqini ma əta bihi muhəmmədun və bihi raz, nətlubu bizalikə vəchəkə ya səyyidi

Əlllahummə vərzakə vəddarəl-axirə

Ya fatimətuşfəi li fil-cənnə, fə innə ləki indəllahi şənən minəş-şən

Əllahummə inni əsəlukə ən təxtimə li bissəadə, fəla təslub minni ma ənə fihi, vəla həvlə vəla quvvətə illa billahil-əliyyil-əzim

Əllahuməstəcib ləna vətəqəbəlhu bikərəmikə və izzətikə və birəhmətikə və afiyətik, və səlləllahu əla muhəmmədin və alihi əcməin, vəsəlləmə təslimən ya ərhəmər-rahimin.

Həzrət Məsumənin (s) şəhadəti və hərəmi

Həzrət Məsumənin (s) Quma gəlişi haqqında tarixi mənbələr yazır ki, bu gəlişin obyektiv səbəbləri vardı. İmam Kazim (ə) həbsə alınan zaman oğlu İmam Rizaya (ə) vəsiyyət etdi ki, qızların himayəsini öz üzərinə götürsün. Qızlarına da vəsiyyət etdi ki, qardaşları həzrət Rizaya (ə) itaət etsinlər. Hicri-qəməri 183-cü ildə imam Musa-Kazim (ə) şəhadətə çatan zaman xanım Məsumənin (s) on yaşı vardı. O acı uşaqlıq dövrü keçirmişdi. Qardaşının himayəsində yaşayan xanım Məsumə (s) imam Rizanın (ə) Xorasana məcburi səfərindən sonra bir il Mədinədə yaşadı. Xanım iztirab içində idi, heç vəchlə sakitləşə bilmirdi. Qardaşını görmək istəyi ilə Mədinədən Xorasana uzun səfərə qərar verdi. Yaxınları ilə birlikdə səfərə çıxdı. Qardaşını görmək arzusu ilə alışıb-yanan xanım yol arası Savədə xəstələndi.

Bəziləri xanımın xəstəliyi haqqında yazırlar ki, Savə əhli o zaman Peyğəmbər ailəsinə düşmən idi və bu səbəbdən xanımın karvanını görəndə ona hücum etdilər. Bu döyüşdə xanım Məsumənin (s) qardaşları və qardaşı oğlanları şəhadətə çatdı. Xanım Məsumə (s) 23 yaralı cəsədi görüb eynən bibisi Zeynəb kimi qəm-qüssəyə qərq oldu. Bu qəm-qüssə xəstəliyə səbəb oldu. Xanım bu vəziyyətdə Quma gəldi, Qumda vəziyyəti daha da ağırlaşdı. 16-17 gündən sonra dünyasını dəyişdi.

Başqa bir rəvayətdə bildirilir ki, Harun ibn Musa ibn Cəfər bacısı həzrət Məsumə (s) də daxil olmaqla 23 nəfərlə bir karvanda Savəyə daxil oldu. Əhli-beyt düşmənləri süfrə başına yığışmış müsafirlərə hücum etdilər. Əvvəlcə Harunu şəhadətə çatdırdılar. Karvanın digər üzvləri yaralandı, pərən-pərən düşdü. Nəql olunur ki, xanım Məsumənin (s) xörəyinə zəhər qatdılar. Xanım ağır vəziyyətdə yatağa düşdü və çox çəkmədi ki, Qumda şəhadətə çatdı. Bəziləri nəql edir ki, xanımı Savədə bir qadın zəhərləyib.

Xanım Fatimənin (s) gəlişi xəbəri Ali-Sədə çatdı. Xanımın istiqbalına gedib, onu Quma dəvət etdilər. Bu toplum arasında Musa ibn Xəzrəc adlı biri xanımın karvanına çatıb, onun dəvəsinin cilovundan tutdu və Quma doğru hərəkət etməyə başladı. Bu şəxs xanımı öz evində böyük hörmətlə qəbul etdi. 16-17 gün bu evdə ağır xəstəlik keçirən xanım Məsumə (s) dünyasını dəyişdi. Ali-Səd övladları xanıma əza məclisi qurdular.

Bəli, həzrət Məsumə (s) çox incimişdi. Ata və qardaşı ilə görüş arzusu qəlbində qalmışdı. O bu dünyanı qəm-qüssə içində tərk etdi. Qumda olduğu bir neçə gündə qardaşdan ayrılıq intizarından üzülən xanımın vəziyyəti daha da ağırlaşırdı. Qonaq olduğu evdə ibadət etdiyi guşə indi də saxlanılır və hörmətlə yad edilir. Bu hücrədə ruhani-tələbələr tez-tez olur, hücrənin cənubunda böyük məscid tikilib. Həmin yer Mir meydanındadır və Sittiyyə mədrəsəsi adlanır.

Xanımın şəhadəti ilə bağlı müxtəlif ehtimallar var. Bir ehtimala görə, 32 səfər yoldaşını qan içində görən, böyük üzüntü yaşayan xanım Savədə Məmunun göstərişi ilə zəhərlənmişdir. Araşdırmaçılar bu barədə yazırlar ki, imam Rizanın (ə) vəliəhdliyi zamanı İraq, Yəmən, Hicaz və başqa yerlərdən imamın görüşünə gələnlər vardı. Bu insanların çoxu arzusuna çata bilmədi. Onlar imamla görüşənə qədər onu şəhadətə yetirdilər.

Məmunun göstərişi ilə ehtimal olunan bütün yollara nəzarət edilirdi və xüsusilə seyidlər həbsə alınıb qətlə yetirilirdi.

Həzrət Məsumənin (s) əzəmətini göstərən dəlillərdən biri də məsum imamların ona diqqəti, onun dəfni ilə bağlı əzadarlığıdır. Şiə etiqadına görə, məsum şəxsin cənazəsini yalnız məsum dəfn edə bilər. Xanımın dəfnində məsumların iştirakı qeyd olunur.

Xanımın dəfnindən sonra Musa ibn Xəzrəc və yaxın çevrəsi bu məzar üzərində türbə tikdilər. İmam Məhəmmədtəqinin (ə) qızı Zeynəb Quma gəldiyi zaman xanımın qəbri üzərində qübbə ucaldır.

Bir müddət sonra imam Cavadın (ə) oğlu Musanın qızı Ümmi-Məhəmməd dünyasını dəyişdi və onu həzrət Məsumənin (s) civarında dəfn etdilər.

Daha sonra Ümmi-Məhəmmədin bacısı Məymunə vəfat etdi, o da xanımın məzarı yaxınlığında torpağa tapşırıldı. Bu xanımın qəbri üzərində ayrıca qübbə ucaldılıb. Xanımın yaxınlığında dəfn edilən növbəti şəxs imam Cavadın (ə) oğlu Musanın qızı Bərihiyyə olub.

Mərhum Mühəddis Qummi xanım Məsumənin (s) civarında başqalarının da dəfn olunduğunu yazır. İmam Cavadın (ə) qızı Zeynəb, Məhəmməd ibn Musanın kənizi Ümmi-İshaq, Məhəmməd ibn Əhməd ibn Musanın kənizi Ümmi-Həbib bu qəbildəndir.

Beləcə, xanımın pak hərəmində altı imamzadənin dəfn olunduğu bildirilir. Yaxşı olar ki, xanımın məzarını ziyarət edənlər qısa şəkildə də olsa bu imam övladlarını yad etsinər: "Əssəlamu ələykunnə ya bənati rəsulilləh, əssəlamu ələykunnə və rəhəmətullahi və bərəkatuh" – Salam olsun sizə ey Peyğəmbər qızları, Allahın salam, rəhmət və bərəkəti!

Tarixi-Qum kitabının müəllifi yazır ki, Hüseyn ibn Əli ibn Hüseyn ibn Musa ibn Babuyə, Məhəmməd ibn Həsən ibn Əhməd ibn Vəliddən belə nəql edir: Xanım Fatimə dünyasını dəyişəndən sonra ona qüsl verdilər, kəfənə bükdülər, cənazəsini Babulan adlı yerə gətirdilər, xanım üçün hazırlanmış sərdabədə dəfn etdilər. Ali-Səd xanımın kimin tərəfindən qəbrə qoyulmasından dolayı mübahisə etdi. Nəhayət, razılığa gəldilər ki, saleh bir qoca bu işi görsün. Qoca cənazəyə yaxınlaşanda üzü niqablı iki süvari göründü. Onlar çaparaq dəfn yerinə yaxınlaşırdılar. Dəfn yerinə çatıb atdan düşdülər, cənazəyə namaz qıldılar və onu sərdabəyə qoydular. Yenidən ata süvar olub gəldikləri istiqamətdə gözdən itdilər. Bu iki şəxs kim idi? Qazi Nurullah imam Sadiqdən (ə) belə nəql edir: Allahın hərəmi var və o Məkkədir. Allah Rəsulunun hərəmi var və o Mədinədir. Həzrət Əlinin hərəmi var və o Kufədir. Doğrudan da, Qum kiçik Kufədir (yəni Əmirəlmömininin kiçik hərəmidir). Bilin ki behiştin 8 qapısı var, bu qapılardan üçü Quma doğru açılar. Orada mənim övladlarımdan biri dünyasını dəyişər. Adı Fatimədir. Onun şəfaəti ilə əksər şiələr behiştə daxil olar.

Qumun fəziləti

Hicri-qəməri 201-ci ildə imam Kazimin (ə) qızı həzrət Məsumə (s) Mədinədən Xorasana doğru səfərə çıxır. Savəyə çatanda xəstələnir, yatağa düşür. Xanımın məlumatı vardı ki, Savənin yaxınlığındakı Qumda şiələr mərkəzləşib. Xüsusi xidmətçisindən istəyir ki, onu Quma aparsınlar.

Digər bir məlumata əsasən, xanım Məsumənin (s) Savəyə gəlişindən xəbər tutan Qum əhli, Səd Əşərinin övladları qərara gəlirlər ki, xanımı Quma gətirsinlər. Musa ibn Xəzrəc ibn Səd Əşəri də bu adamlar arasında olur. Onlar Savəyə xanımın istiqbalına gedir, onu böyük hörmətlə Quma gətirirlər. Xanımın Quma gəlişi, onun Qumda dəfn olunması, sonradan imamzadələrin Quma gəlişi burada şiəliyin genişlənməsinə təkan verir. Nəticədə, elm hövzəsinin bünövrəsi qoyulur, böyük alimlər, rəvayətçilər, imam Sadiqin (ə) tanınmış şagirdləri, imam Kazim (ə) və imam Rizanın (ə) yaxınları bu şəhərlə əlaqə qurur. Üçüncü əsrdən başlayaraq bu günədək elm hövzəsinin yaranıb möhkəmləndiyi Qum şəhərində həzrət Məsumənin (s) pak məzarı günəş kimi işıq saçır.

İmam Sadiq (ə) buyurur: "Qum elm və fəzilət mərkəzidir. Zülmə düçar olanların dünyasında belə bir yer tapılmaz."

Əllamə Qazi Nurullah Şüştəri "Məcalisul-mominin" kitabında yazır: Qum əzəmətli və kəramətli bir şəhərdir. Bu yer Darul-mominin kimi tanınır. İmamiyyə şiə məktəbinin fəzilətli şəxsləri, müctəhidlər bu torpaqdan bəhrələniblər. Bir şəxs qumluyam deyirsə, hökmən şiədir. Özünü Quma aid edən şiə məzhəbinə aid etmiş olur.

Məsum imamlardan nəql olunur ki, Qum əhli olmasaydı din səhnədən çıxardı.

Həzrət Peyğəmbər (s) merac gecəsi müşahidə edir ki, İblis bu torpaqda oturub. Həzrət "qalx ey məlun" buyurur. Bəziləri bu fikirdədir ki, məhz "qum", yəni "qalx" sözünə görə bu yer belə adlandırılıb. Şairin təbirincə:

Peyğəmbər iblisə "qum" dediyindən

Bu şəhərin adı Qumdur o gündən

Merac hədislərində Peyğəmbərdən (s) nəql olunur ki, yer üzündə bir məntəqə Peyğəmbərin diqqətini cəlb etdi. Cəbraildən bu barədə soruşanda cavab aldı ki, həmin yer sənin və canişinin Əlinin şiələrinin yeridir.

Hədisin davamında buyurulur ki, Peyğəmbər (s) şeytanı həmin yerdə görüb "qum ya məlun" buyurdu.

İmam Sadiq (ə) buyurur: "Bütün yerlər fitnə-fəsada bürünəndə Qum və onun ətrafına üz tutun. Çünki Qum bəlalardan amandadır."

İmam Sadiq (ə) buyurur: "Qum üçün bir mələk ayrılıb, bu mələk qanadlarını Qumun üzərinə çəkib. Bir zalım Quma əl uzatsa Allah onu duz suda əridiyi kimi əridər.

İmam Sadiq (ə) buyurur: "Qum türbəti (torpağı) müqəddəsdir. Qum əhli bizdəndir, biz də onlardanıq. Bir zalım Qum əhlinə zülm edə bilməz. Bu fikrə düşənin qarşısını əzab alar. O zamana qədər belədir ki, qardaş qardaşa xəyanət etməsin. Xəyanət edilsə, Allah zalımı bəla göndərər. Onlar bizim qaimin köməkçiləri, haqqa dəvətçilərdir." Sonra imam üzünü göyə tutub dedi: "Pərvərdigara, onları bütün bəlalardan qoru, hifz et."

Əffan Bəsri deyir: İmam Sadiq (ə) mənə buyurdu ki, bilirsənmi bu yer nə üçün Qum adlandırılıb? Bunu belə şərh etdi ki, çünki bu yerin əhli Ali-Məhəmməddən olan Qaimə yoldaşdır, onunla qiyama qalxarlar, ona kömək edərlər və möhkəm dayanarlar.

İmam Sadiq (ə) buyurur: "Əzab-əziyyət sizə hücum çəkəndə Quma üz tutun. Qum fatimilərin sığınacağı, möminlərin qurtuluş yeridir."

İmam Sadiq (ə) Qum haqqında danışarkən xanım Fatimə dünyaya gəlməmişdi. Hətta atası Musa ibn Cəfər (ə) doğulmamışdı. İmam Sadiqin (ə) "mənim övladlarımdan biri" deməsi xanımın böyük məqamı və əzəmətindən danışır.

İmam Sadiq (ə) buyurur:"Bəla gələndə Quma sığının, Qum Fatimə övladlarının evi, möminlərin rahatçılıq məkanıdır. Tezliklə bir zaman gələr ki, şiələrimiz bizdən uzaq düşər və bu uzaqlıq məsləhətdir. Bununla onlar tanınmazlar, qanları axıdılmaz, malları qarət edilməz. Kim Quma üz tutsa Allah onu zəlalətdən hifz edər."

İmam Sadiq (ə) buyurur: "Allah-Taala Qumu başqa şəhərlər üçün höccət qərar verib, Qum əhli şərqdən qərbə bütün dünyaya höccətdir. Qum əhli dinində zəif deyil, Allah onlara tövfiq verib, onları təsdiqləyib."

İmam Sadiq (ə) buyurur: "Qum əhli qəbirdə sorğuya çəkilər, məhşərdə qəbrindən behiştə yola düşər. Qum əhli bağışlanar."

İmam Sadiq (ə) buyurur: "Qum torpağı müqəddəsdir, Qum əhli bizdəndir biz də onlardanıq."

İmam Musa-Kazim (ə) buyurur: "Behiştin səkkiz qapısı var, onlardan biri Qum əhli üçündür. Şiələr arasında onlar üstündür, Allah bizə itaəti onların xislətində qərar verib."

İmam Musa-Kazim (ə) buyurur: "Qum Ali-Məhəmmədin sığınacağı, şiələrin ümid yeridir. Amma tezliklə oradan olan gənclərin bir qrupu atalarına itaətsizlik etdiyi, böyükləri saymadığı üçün məhv olar. Bununla belə, Allah onları düşmənlərin şərindən, bütün pisliklərdən qoruyar."

İmam Riza (ə) buyurur: "Xoş qumluların halına! Behiştin 8 qapısından biri Qum əhlinə məxsusdur."

Mötəbər sənədlərə əsasən imam Riza (ə) Xorasana məcburi səfərində yol üstü Quma baş çəkib. İmam (ə) Kufədən Bağdada gedib, oradan Quma gəlib. Qum əhli imamı sevinclə qarşılayıb, hərə onu öz evinə qonaq aparmağa çalışıb. İmam buyurur: "Dəvəm harada dayansa, oraya gedəcəyəm." İmamın dəvəsi saleh bir şəxsin qapısında dayanır. Bu şəxs gecə yuxuda görmüşdü ki, imam onun qonağı olur. Yuxusu çin çıxanda sevincinin hədd-hüdudu olmur. Hazırda həmin ev Azər küçəsindədir, Rəzəviyyə elm mədrəsəsi adı ilə tanınır.

İmam Riza (ə) buyurur: "Fitnə-fəsad, bəla aləmi bürüyəndə Quma sığının. Qum bəlalardan amandadır."

İmam Hadi (ə) buyurur: "Bu şəhər ona görə Qum adlanıb ki, Nuhun gəmisi məşhur tufan zamanı burada dayanıb. Bu yer Beytül-Müqəddəsin bir parçası sayılır."


Abbas Əzizi

Nur-az.com
Tərcümə bölməsi


2069 بازدید
در حال ارسال اطلاعات...