Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2014

Pentaqon şefinin general Süleymani ilə görüş arzusu...

ABŞ-ın sabiq müdafiə naziri, Pentaqon şefi Leon Panetta Blumberq televiziya şəbəkəsi ilə söhbətində ABŞ-İran münasibətləri barədə danışıb. Panetta pentaqona başçılıq etdiyi dövrdə işğalçı İsrailin İrana hücum təxəyyülündən və sionist rejimin bu axmaq fikirdən çətinliklə uzaqlaşdırılmasından söhbət edib.
Əvvəllər Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sonra müdafiə naziri vəzifəsində çalışan Panetta ABŞ-ın regional mənafeləri istiqamətində böyük rol oynamış şəxslərdəndir. Panetta 2009-2011-ci illərdə CİA-ya, 2011-2013-cü illərdə Pentaqona başçılıq edib. Panetta bir zaman iki partiyalı ABŞ konqresində İraq üzrə araşdırmalar qrupunda çalışıb, eləcə də milli təhlükəsizlik mərkəzində müşavirlər şurasında işləyib. Onun Nyu-York burs işində də fəaliyyətləri olub. Panettanın CİA-ya başçılıq etdiyi dövrdə İsrail İrana hücumlarla bağlı axmaq bəyanatlara ara vermirdi. Bu məsələ ABŞ-ın təhlükəsizlik məsələlərindən sayılırdı. Panetta müdafiə naziri olanda ABŞ ordusu İraqda öz işğalçı hüzuruna rəsmi son qoydu.
Leon Panetta təqaüdə çıxdıqdan sonra “dəyərli müharibələr” adı altında xatirələrini çap edib. Kitabda Suriya məsələsində yanlış mövqe tutduğuna görə prezident Obama tənqid edilir.
Son günlərdə Blumberq teleşirkətinin müxbiri Çarli Roz ABŞ xarici əlaqələr şurasının qərargahında panetta ilə söhbətləşib. Panetta vəzifədə olduğu dövrdə İranla bağlı bəzi məsələləri açıqlayıb. O deyib ki, İsraili İrana hücum fikirindən daşındırmaq ABŞ üçün çox çətin olub. İsrailin öz kəşfiyyat xidməti MOSSAD Ehud Barak və Benyamin Netanyahunu bu hücumun rüsvayçı nəticələrinə inandıra bilməyib. Hər halda MOSSAD-ın ortaya qoyduğu dəlillər İsrailin aqressiv başçılarını bu axmaq addımdan saxlayıb. ABŞ İsrailə həqiqi hərbi gücünü göstərmək üçün xeyli təlaş göstərib. Sonradan sionist rejim mətbuatında dəfələrlə yazılıb ki, İsrailin İrana hücumda acizliyinin sübutu üçün ABŞ müdafiə nazirliyi xeyli çalışıb.
Müxbir Panettadan soruşub ki, İsrail Irana hücum məsələsində nə vaxta qədər ABŞ-ı gözləyəcək. Panetta deyib: “Mən müdafiə naziri olanda İsrail belə bir fikirə gəlmişdi ki, vaxt itirilsə və İran nüvə silahı yaratmaq istəsə bu məqsədə çata biləcək. İsrail İrana bu imkanı vermək istəmirdi. Biz uzun söhbətlərdən sonra onları anlatdıq ki, siz Iranın gözünün altını qaralda bilərsiniz, amma eynən bizim kimi nüvə proqramının qarşısını ala bilməzsiniz. Düşünürəm ki, İsrail bizim arqumentlərimizi qəbul etdi və qərar çıxarmaq ixtiyarını bizə verdi. Onlar inandılar ki, İran nüvə silahı yaratmaq istəsə biz addım atacağıq.”
Panetta müxbirin İranla nüvə müzakirələrinə münasibəti barədə soruşub. Penetta deyib: “Mən müzakirələrin alınacağına ümid və dua edirəm. Mən həmişə İranın dünyadakı nüfuzundan qorxmuşam. Bunu etiraf edirəm. Mən İranın Qüds Qüvvələrinin əməliyyatları ilə yaxından tanışam. Çox istərdim ki, general Süleymani ilə görüşə bilim. Bu mənim arzumdur.”
Panetta İranın nüvə proqramı ilə bağlı bildirib: “İran çox təhlükəli tərəf-müqabildir. Biz bu rəqibə nüvə silahı yaratmaq imkanı verməməliyik...”
Sabiq ABŞ prezidenti 2006-cı ildə Qüds Qüvvələrinin İraqdakı aparıcı qüvvələrinin terroru ilə bağlı göstəriş vermişdi. Amma bu qüvvələrin fəaliyyətini təsdiq edəcək sənəd ələ keçirə bilmədilər. ABŞ nə qədər çalışsa da İraqda İranlı hərbçi tuta bilmədi. Amma İraqdakı bütün məğlubiyyətinin səbəbləri kimi İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrini səbəb göstərdi. Blumberq müxbiri Panettaya belə bir sual ünvanlayıb ki, ehtimal olan hücumda İsrail İranın gözünün altını qaraltdıqdan sonra onu nə gözləyir? Amerika rəsmiləri bu sual qarşısında həmişə susublar, onu cavablandırmaqdan yayınıblar. Panetta heç vaxt dilə gətirməyib ki, Amerikanın hücumu İranın nüvə proqramını əngəlləyə bilər. Hansı ki, ABŞ-ın İran ətrafında kifayət qədər hərbi bazası var. İran açıq bəyan edir ki, ona qarşı təcavüzkar ilk addımda bütün ABŞ bazaları vurulacaq. ABŞ-ın hərbi analitik mərkəzləri bu fikirdədir ki, ABŞ İrana hücum etsə planlaşdırılmayan itkilərlə üzləşəcək.

Nur-az.com



1427 بازدید
در حال ارسال اطلاعات...