Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

Neoliberalizmin yerini yalnız İslam tuta bilər

Doktrina Araşdırma Mərkəzinin rəisi, strateji məsələlər üzrə ekspert doktor Həsən Abbasi ilə söhbət

Sual: Liberalizm yerini neoliberalizmə verdi. İndi neoliberalizm böhran yaşayır. Qərb bu böhranda çabalayır. Qərb və liberalizmə üz tutmuş dünya ölkələrində yaranmış ideoloji boşluğu necə doldurmaq olar?

Doktor Abbasi: Proqnozlar bunu deməyə əsas verir ki, neoliberalizm ideologiyasının yerini yalnız İslam mədəniyyəti tuta bilər. İslam mədəniyyəti coğrafiyasında İran İslam Cümhriyyətinin belə bir potensialı var.

Sual: Amerikanın irəli sürdüyü yeni dünya sistemi nədən ibarətdir?

Doktor Abbasi: Amerikalıların haqqında danışdığı yeni dünya nizamı bundan ibarətdir ki, bütün dünyanı onlar kimi düşünməyə sövq edəcək bir iş görülsün. Əslində bu nizam dünya xalqlarının təhqiridir. Başda Amerika və onun müttəfiqləri olmaqla yeni imperiya qurmaq istəyirlər. Dünya birliyinin təsir altına alınmasında amerika liderlik edir, Qərb mədəniyyəti məcburi qəbul etdirilir. Cənab Rəhbər Ayətullah Xamenei yeni dünya nizamı haqqında danışdı. Amerikanın təklif etdiyi dünya nizamı bütün baxımlardan, ən əsası mahiyyət baxımından yararsızdır. ABŞ-ın dünyanı nəzarətdə saxlamağa yönəli beynəlxalq layihələri bir-birinin ardınca süquta uğrayır. Millətlər tədricən başa düşür ki, dünya bankı kimi beynəlxalq qurumlar imperializmin əlində istismar vasitəsindən başqa bir şey deyil. Amerikanın uçurum qarşısında olduğunu bu ölkənin realist nəzəriyyəçiləri etiraf edir. Ksincer deyir: Liviyada vətəndaş müharibəsi gedir, Suriya və İraqda radikal silahlılar xilafət qurmaq istəyir, Əfqanıstanın gənc demokratiyası iflic olmaqdadır, Rusiya ilə aradakı gərginlik güclənir, Çinlə rabitələr zəifləyir. Əsas imtiyaz olan hərbi güc böhran yaşayır.”

Sual: Sizin mərkəz ABŞ-dakı Troduk Mərkəzini, Britaniyadakı DCDC təşkilatını xatırladır. Mərkəzin fəaliyyətləri haqqında nə deyə bilərsiniz?

Doktor Abbasi: Əsas işimiz dünyada aparıcı siyasi, ideoloji, ictimai doktrinaları araşdıramaq, millət, dövlət, sistem və mülkiyyət müstəvilərində quruculuq layihələri verməkdir. Əsas layihəmiz “herəmi-camieyi-hicri” layihəsidir. Ölkədə qarşıdakı 50 il üçün cəmiyyət quruculuğu istiqamətində layihə hazırlayan əsas mərkəzik. Ötən 3 min ildə həmişə Qərblə Şərq arasında sistem qarşıdurması olub. Bu qarşıdurma Səlib müharibələrində, Sovetlər Birliyi ilə Amerika arasında soyuq müharibədə, modern dünyada liberalizmlə İslam arasında özünü göstərməkdədir.

Sual: Siz qədim nizam, yeni nizam deyəndə nə başa düşürsünüz?

Doktor Abbasi: Sovetlər Birliyi dağılandan sonra, eləcə də Küveytdə İraq-ABŞ neft müharibəsinin ardınca ata Buş “New world order” ifadəsini ortaya atdı. 15 ölkəni özündə birləşdirən Sovetlər Birliyi heç bir müharibəsiz dağıldı, dünyanın təkqütblülük layihəsi gündəmə gəldi. Təkqütblülüyə o qədər ümid edilir ki, Fokoyama “Tarixin sonu” məqaləsində artıq dünyanın gərginlikdən xilas olduğunu iddia etdi. Əslində yeni sistem dünyanın yox, ABŞ-ın ortaya qoyduğu sistemdir. Fokoyama iddia edirdi ki, liberalizm əvvəl və son sözü deyəcək. O liberalizmə artıq məğlub olmuş marksizm və faşizmdən başqa rəqib görmürdü. Ümumiyyətlə liberalizmi bayraq edənlərin ağlına gəlmirdi ki, İslam kimi iqtidarlı bir rəqiblə üzləşəcəklər. Təkqütblülük iki mənada araşdırılmalıdır. Biri hərbi mənada, digəri ideoloji mənada. Hər iki mənada bu layihə perspektivini itirib.

Sual: Qərb-Şərq modeli haqqında nə deyirsiniz?

Doktor Abbasi: Qədim Yunanıstan dövründə bugünki Türkiyə ərazisində mövcud olan Troya ilə Qərbdə Sparta arasında belə bir nizam yaranmışdı. İlk ikiqütblülük Homerin İliada və Odesseya kitabında nəzərə çarpır. Əfsanəvi macəralarda Troya Şərqi, Sparta Qərbi idarə edirdi. Qərb-Şərq təzadı Həxaməneşian dövründə də davam edir. Qərb mədəniyyəti deyəndə yunan mədəniyyəti, Şərq mədəniyyəti dedikdə Həxaməneşian mədəniyyəti nəzərdə tutulub. İsgəndərin İrana hücumunda da bu ikiqütblülük davam edirdi. 2060 il öncə Qərb qütbünə Yuli Sezar rəhbərlik edirdi. Sasanilərə qədər Roma ilə İran arasında Qərb-Şərq qarşıdurması davam edib.

Sual: Qədim dövürdə İslam-xristian müharibələrini necə dəyərləndirirsiniz?

Doktor Abbasi: Səlib müharibələri dövründə İslam və xristianlıq Beytül-Müqəddəs uğrunda vuruşurdu. Sonra modern dövr başladı. Sərhədlərin müəyyənləşməsi ilə yeni dünya nizamı quruldu. İkinci dünya müharibəsindən sonra BMT yarandı, dünyanın 5 dövləti veto hüququ ilə dünyaya öz siyasətini diktə etməyə başladı. Sovetlər Birliyi dağılana qədər Şərq-Qərb qarşıdurması Moskva-Vaşinqton müstəvisində özünü göstərdi.

Sual: Bu gün Amerika və Qərb dövlətlərində ABŞ və sionizmin siyasətlərinə etiraz səsləri ucalır. Bu barədə nə deyə bilərsiniz?

Doktor Abbasi: Bu barədə xülasə şəkildə nə isə deyə bilmərəm. Amma müşahidə etdiyimiz budur ki, liberalizm süquta uğrayıb. Artıq ABŞ və Qərb cəmiyyətlərində bir boşluq yaranıb. Yenə də hadisələr göstərir ki, liberalizmi əvəz edə biləcək yeganə ideologiya İslamdır. Wall Street aksiyaları haqqında çəkilmiş filmlər Qərbdəki böhranı gözəl açıqlayır. Qərb cəmiyyətinin əsas problemi ictimai nizamda tamah və hərisliyin söz sahibi olmasıdır. İqtisadiyyat böhran yaşadığı bir dövrdə istədiyini ala bilməyən cəmiyyət təbii ki etiraz etməlidir. Təəssüf ki, uçulan Qərb cəmiyyətinin informasiya vasitələri müsəlman ölkələrində də tamah və hərisliyi gücləndirməkdədir.

Nur-az.com

1429 بازدید