Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

Gəncə ruhaniləri Mövsüm Səmədovla bağlı bəyanat verdi

Gəncəli ruhanilər hazırda 12 il azadlıqdan məhrum edilən və hazırda həbsxanada basqılara məruz qalan AİP lideri Mövsüm Səmədovla bağlı bəyanat veriblər. Bəyanatda deyilir:

“Biz Gəncə ruhaniləri son zamanlar günahsız yerə həbsdə olan hicab məhbuslarına və məxsusən AİP lideri Mövsüm Səmədova qarşı baş qaldıran təzyiqlərə kəskin etirazımızı bildiririk. Bildirmək istəyirik ki, özlərini müsəlman sayan və bir tərəfdən müsəlmanların müqəddəs günlərini qeyd edib xalqına təbriklər deyən digər tərəfdən müqəddəs Qurban Bayramı ərəfəsində müsəlmanların içində sayılıb seçilən islami dəyərləri, elmi əxlaqi və ədəbi ilə yaşayan öz xalqının azadlığı uğrunda azadlığından keçən bir şəxsə qarşı qərəzli rəftar edən hakimiyyətin davranışı bizlərə islam tarixinin əvvəlindəki Bəni Üməyyə və Abbasi xəlifələrinin çirkin siyasətlərini və davranışlarını xatırladır. Onlar məsum imamların və onların ardıcıllarının başlarına gətirdikləri müsibətlərlə yanaşı, xalqın gözündə müsəlman və ədalətli bir şəxslər kimi görsənməyə çalışırdılar. Amma bütün bunlara baxmayaraq tarix bunu da xatırladır ki, məzlumiyyətdə, zindanda sürgündə olmalarına baxmayaraq haqq əhli həmişə qalib və izzətlidir. Necə ki, Qurani-Kərim buyurur:” Qüdrət Allaha, rəsuluna və möminlərə aiddir. Nüsrət Allahdandır və qələbə yaxındır. Peyğəmbər, möminlərə bəşarət ver.” /faktxeber/


1120 بازدید