Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2014

Quran və lüğətdə “İmam” sözü

Lüğət alimlərinin qeyd etdikləri kimi, “imam” sözü feldən əmələ gələn mücərrəd isimdir və insanın diqqət mərkəzində saxladığı, ardınca düşərək tələb etdiyi hər bir şeyə aid edilir. Bu söz müxtəlif yerlərdə ayrı-ayrı mənaları ifadə edir. Məsələn, bəzən “imam cümə”, ”imam camaat”, “hidayət imamı”, bəzən də “zəlalət imamı” kimi müəyyən mənalar nəzərdə tutulur. (“Ət-təhqiq”, “əmm” kökü.)
Bu söz əslində “niyyət etmək” mənasını daşıyan “əmm” sözündən götürülmüşdür. “Məqayisul-lüğət” kitabında yazılır: “Ümm” əsl, mərcə, camaat və din mənalarını bildirir, iqtida olunan və hər bir işdə qabaqcıl şəxsə “imam” deyilir. “İmam” sözü “ön” mənasında da işlədilmişdir.”
“Lisanul-ərəb” kitabında “imam” sözünün bir çox mənaları qeyd edilmişdir. O cümlədən, qabaqcıl, müəllim, evin bünövrəsini qurmaq üçün istifadə olunan ip (vəsait), yol, hər bir şeyin ön hissəsi və s.
Lakin belə nəzərə çarpır ki, “Ət-təhqiq” kitabının müəllifinin yazdığı kimi, bütün bu mənaların batinində müəyyən məqsədlə niyyət etmək mənası var. Hətta ərəb dilində anaya “ümm” deyilməsinin səbəbi hər bir şeyin əsas və kökünün “ümm” adlanmasıdır. Həm də o, insanın məqsəd və diqqət mərkəzindədir. Həmçinin iqtida olunan şəxs mənasında imam o kəslərə deyilir ki, camaat xüsusi meyl və məqsədlə onlara üz tutur.
Bunu da deməliyik ki, Qurani-kərimdə bu söz və onun cəm forması olan “əimmə” sözü düz on iki dəfə – yeddi dəfə tək, beş dəfə isə cəm halda işlədilmişdir. Qurani-kərimin ayələrindən birində bu söz “lövhi-məhfuz” mənasında işlədilmişdir:

“Hər bir şeyi aşkar imamda – (lövhi-məhfuzda) sayıb hesabladıq!” (“Yasin” surəsi, ayə: 12.)
Başqa bir ayədə bu söz yol mənasında işlədilir:

“Hər ikisi (Lut və Şüeyb qövmlərinin yaşadıqları şəhərlər Şama doğru gedən sizlərin) açıq-aşkar yolunuz üzərindədir!” (“Hicr” surəsi, ayə: 78.)
Çünki insan məqsədə nail olmaq üçün yola əhəmiyyət verir.
Qur