Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2014

Qasim Süleymani Bağdadı İŞİD-dən qorudu

İngiltərədə çap olunan məşhur Guardian qəzeti SEPAH-ın Qüds korpusunun komandiri general Qasim Süleymaninin iraqlı mücahidlər arasındakı şəkilləri barədə yazıb: Bağdadı İŞİD-dən qoruyan şəxs Qasim Süleymanidir. O İŞİD terrorçularının əsir götürülməsində İraq qüvvələrinə kömək edir.
Qasim Süleymaninin kürd pəşmərgə və İraq qüvvələri ilə birgə İŞİD-ə qarşı şiddətli döyüşlərin getdiyi meydanlarda çəkilmiş şəkilləri onun iraqlı mücahid qüvvələrə kömək etməsi və məsləhət verməsində ciddiliyini göstərir.
İran İŞİD qarşısında İraq ordusu və xalq mücahidlərinə yardım əli uzatmaqla İraq xalqı arasında böyük sevgi qazanmışdır. İranın bu addımı İraqın gələcək proseslərindəki rolunu artıracaq.

Nur-az.com