Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2014

Ölümü təxirə salan səbəblər

Həyat min bir problemə baxmayaraq insan üçün şirindir və kimsə uzun ömürdən imtina etməz. Ölümün adı ağırdır deyirlər. Təbii ki, ölüm kiçik hadisə deyil. İnsan çox istəyir ki, ölüm təxirə düşsün və uzun ömür yaşasın. Qurani-Kərimdə ölümü təxirə salmağın mümkün olduğu və hətta bunun yolları göstərilir. İnsan ən çətin şəraitdə çırpınır ki, ölümdən yaxa qurtarıb, həyatını davam etdirsin. Həyata belə bağlılıq axirətə inanmayanlar üçün daha xarakter xüsusiyyətdir. Amma biz möminlərin də bacardıqca uzun yaşamaq istədiyinə şahidik. Ölümdən daha çox onu son hesab edənlər qorxur. Bəs axirətə inananlar nə üçün qorxsun? Bu imanın zəifliyi ilə bağlıdır. İman zəif olanda insan qəlbində vəsvəsələr tüğyan edir və yaşamaq ölümdən üstün görünür. Bir qrup da günahlarına görə, xeyir əmələ sahib olmadığına görə ölmək istəmir. Onların ölümdən qaçmasının səbəbi əllərinin boş olmasıdır. Çərşənbə axşamının duasında oxuyuruq ki, həyatımı xeyir iş sərmayəsi qərar ver, ölümümü şərdən qurtuluş səbəbi buyur.
Möminlər uzun yaşamaq istəyirlər ki, axirət azuqəsi qazansınlar. Demək, mömini qorxudan ölüm yox, axirətdəki sorğudur. Mömin insan inanır ki, ölümdən sonra həyat var, buna görə də axirət həyatı üçün hazırlaşmaq istəyir. Duada oxuyuruq: “Pərvərdigara, dinimi islah buyur, din şənimin hifzi səbəbidir. Axirətimi islah buyur, ora mənim əbədi mənzilimdir. Dünyanın şər insanlarından mənə aman ver...”
Quran xəbər verir ki, bəzi möminlərin həqiqətən də axirətə marağı yoxdur. Onlar dildə iman gətirsələr də dünya məhəbbətinin əsarətindədirlər və min il də olsa yaşamaq istəyirlər. Bu qrup möminlər həm behişt, həm də axirətin onlara məxsus olduğunu iddia edirlər. Allah belələrinə müraciətlə buyurur ki, əgər doğru deyirsinizsə nə üçün ölüm istəmirsiniz?! Allah-Taala buyurur ki, bəzi yəhudilər müşriklərdən daha artıq dünya həyatına bağlıdır. Müşriklər axirəti qəbul etmir. Axirəti qəbul edənin dünyada min il qalmaq istəməyi məntiqi deyil. (Bax: Bəqərə, 94-96; Cumuə, 5, 6)
Hər halda bütün yaranmışların yaşamaq sevgisi var. Möminlər də belədir. Vaxtsız ölümdən uzaq olmaq istəyi təbiidir.
Quran təlimlərinə əsasən ölüm və həyat Allahın yaratdıqlarındandır. Yəni ölüm yox olmaq deyil, ölüm də, həyat da varlığın kölgəsi və nuru kimi mövcudlardır. Həyatı varlıq, ölümü yoxluq saymaq olmaz.
Mulk, 2: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.” Bu barədə kifayət qədər rəvayət də var. Ölüm keçid funksiyası daşıyır. Həzrət Peyğəmbər (s) buyurur: “Siz yox olmaq üçün yaradılmamısınız. Yaranışınızın məqsədi əbədiyyətdir. Ölümlə bir evdən o birinə köçərsiniz.” (Biharul-ənvar)
Demək, ölümün işi insanı dünya evindən axirət evinə köçürməkdir. İnsan axirətə köçəndən sonra ölümün işi başa çatır. Çünki iman əhli üçün əbədi behişt nəzərdə tutulub. Kafirlər isə ölümlə həyat arasındakı kimi bir halda qalarlar. Əla, 12, 13: “(O bədbəxt ki) Ən böyük oda (cəhənnəm oduna) girəcəkdir; Orada nə öləcək, nə də yaşayacaqdır!”
Qurani-Kərimdə ölüm üçün iki zaman müəyyənləşib. Biri borcun son müddətinə bənzər ölüm üçün nəzərdə tutulmuş bir sondur. Qurana görə bütün canlılar üçün məhdud həyat nəzərdə tutulub. İbrahim, 48: “(Yadda saxla! Qiyamət günü) Elə bir gündür ki, Yer (yer kürəsi) başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq (Yer dəyişib başqa cür yer, göylər də başqa cür göylər olacaq; onların mahiyyəti, şəkli o qədər dəyişəcək ki, tanınmaz hala düşəcəklər) və onlar (bütün insanlar qəbirlərindən çıxıb haqq-hesab üçün) bir olan, (hər şeyə) qalib olan Allahın hüzurunda duracaqlar!” Dünya üçün də belə bir sonluq var və bu zaman yer və göylər parçalanacaq. Həmin vaxt zaman məfhumu aradan qalxdığından qiyamətin nə zaman baş verəcəyini demək mənasız olur. Hətta zaman varsa da bu dünya meyarlarına uyğun deyil. Bu əsasla qiyamətin vaxtını soruşanlara Allahın cavabı budur ki, bunu yalnız Allah bilir. Əraf 186: “Allah kimi doğru yoldan sapdırsa, ona yol göstərən olmaz. (Allah) Onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyar!”
Allah-Taala Qurani-Kərimin bir sıra ayələrində “əcəli müsəmma” deyilən əcəldən danışıb. Əcəli-müəlləq ifadəsi isə təfsirçilərə məxsusdur. Bu əcəllərdən biri əvvəlcədən nəzərdə tutulmuş əcəl, digəri qəfildən qarşıya çıxan əcəldir. Ənam, 2: “Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən Odur. (Allahın) yanında məlum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü) vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə edirsiniz!”
Fatir surəsinin 11-ci ayəsində “fi kitab” ifadəsi ilə rastlaşırıq. Bu ifadə lövhi-məhfuz deyilən ərş yazısına işarədir. Bu lövhədə insanın layi yazılıb. Demək, iki növ əcəl var. Müsəmma əcəl qəti əcəl, son müddətdir. Əcəli-müəlləq əcəli-müsəmmaya qədər qarşıya çıxan əcəldir. Belə görünür ki, əcəli-müəlləq dəyişə bilən əcəldir. Əcəli müsəmmanı dəyişmək, ömrü uzatmaq qeyri-mümkündür. Muminun, 43: “Heç bir ümmət öz əcəlini (ölüm, yaxud cəza vaxtını) nə qabaqlayar, nə də yubada bilər!” Ayələrdən aydın olur ki, ölüm tezləşə və yubana bilər. İstənilən bir halda əcəli-müsəmma son əcəldir. Rəvayətlərə əsasən dünyadan əcəli-müəlləqlə gedir. Onlar üçün əcəli-müsəmmə nəzərdə tutulduğu halda dünyanı tez tərk edirlər. Ölümü tezləşdirən səbəb olmasa insan əcəli müəlləq yox, əcəli müsəmma ilə dünyanı tərk edər.
İbrahim, 10: “Peyğəmbərləri də (onlara) belə cavab vermişdilər: Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?! (Allah) Günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər (ömrünüzün sonuna kimi) möhlət vermək (sizi əzabla deyil, öz əcəlinizlə öldürmək) üçün imana dəvət edir...” Nuh, 4: “(Əgər belə etsəniz) O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər (cəzanızı dünyada verməyib axirətə saxlayar). Allahın (əzəldən lövhi-məhfuzda) müəyyən etdiyi əcəl (ölüm) gəlib çatdıqda isə, o əsla təxirə salınmaz. Kaş biləydiniz!”
Ayədən açıq görünür ki, insan ölümü təxirə sala bilər. İnsan onun üçün nəzərdə tutulmuş müsəmma əcəldən öncə qarşıya çıxa biləcək müəlləq əcəli təxirə salmaq gücündədir. Qeyd etdik ki, çoxları əcəli müsəmma çatana qədər dünyasını dəyişir. İma Sadiq (ə) buyurur: “Günahları səbəbindən ölənlərin sayı əcəl səbəbindən ölənlərin sayından çoxdur. Ehsan səbəbi ilə uzun yaşayanların sayı təbii ömür yaşayanların sayından artıqdır. İmam Sadiq (ə) günahların ölümə təsiri barədə buyurur: “Allaha pənah aparıram o günahlardan ki, ölümü yaxınlaşdırır, evləri viran qoyur. Yaxınlarla əlaqəni kəsmək, ata-ananı incitmək, ehsan və sədəqəni yaddan çıxarmaq ölümü tezləşdirən amillərdəndir. Ayə və rəvayətlərə əsasən, ölümü təxirə sala bilən amilləri nəzərdən keçirək:
1. Allahın dəvətini qəbul etmək qəti əcələ qədər ömrü uzada bilər. Bu dəvət ilk növbədə Allaha iman gətirməkdir.
2. Peyğəmbərlərə itaət insan ömrünü uzadır, onu müəlləq əcəldən qoruyur.
3. Ömrü uzadan başqa bir amil təqvadır. Təqvalı insanlar müsəmma əcəl, qəti əcələ qədər yaşayırlar.
4. İnsanı qəfil ölümdən qoruyan amillərdən biri ibadətdir. İnsan Allahın əmr etdiyi ibadətləri yerinə yetirməklə onun üçün nəzərdə tutulmuş ömrü sonadək yaşaya bilər.
5. Sileyi-rəhim, yəni yaxınları yoxlamaq insanı qəfil ölümdən saxlayan amillərdəndir. Həzrət Peyğəmbər (s) Allah yolunda infaq, sileyi-rəhimi ömrü uzadan səbəblər sırasında yada salır.
6. Sədəqənin ömrü uzatması, insanı qəfil, müəlləq əcəldən qoruması bir çox rəvayətlərdə təsdiqlənib.
7. Xeyir əməl, insan ömrünü uzadır. İmam Baqir (ə) buyurur: “Xeyir əməl və gizli infaq yoxsulluğu aradan qaldırır, ömrü uzadır, 70 növ ölümün qarşısını alır.
8. İnsan ömrünü qısaldan əsas səbəblərdən biri günahlardır. Nuh surəsinin