Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2014

Ayətullah Nimir edam edilsə, şiələr Ərəbistanı yandıracaq

Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, bir müddət əvvəl Səudiyyə Ərəbistanı dövləti iki il öncə həbs etdiyi Ayətullah Şeyx Nimr Baqir ən-Nimrin edam hökmünü çıxardı.
Hökm veriləndən dərhal sonra bütün dünyanın şiələri Ali-Səud diktatorlarını tənqid etdilər, onlar əleyhinə etiraz aksiyaları keçirdilər və bəyənatlar göndərdilər.
Bu arada Səudiyyə Ərəbistanının şiələri, xüsusilə Qətif əyalətinin əl-Əvamiyyə şəhərinin əhalisi özlərini istənilən hadisəyə qarşı hazırlayırlar.
Belə ki, təhlükəsizlik məsələsinə görə adınının açıqlanmasını istəməyən Ayətullah Nimirin qohumlarından biri ShiaOnline-ın müxbirilə telefon əlaqəsi zamanı deyib: Əl-Əvamiyyə şəhərinin bütün əhalisi, xüsusilə cavanlar özlərini hazırlayıblar ki, əgər Ali-Səud rejimi bir axmaq addım atsa, Allah etməsin, Ayətullah nimirin başına bir bəla gəlsə, ölkəni odlayacaq və Ali-Səudun saray binalarını onların başına uçuracaqlar.
Qəzəbli tonda danışan bu şəxs dedi: Biz ərəbistanlı şiələr Ali-Səudun iş başına gəldiyi dövrdən təzyiq və zülmlərə məruz qalırıq. Hazırda itirməyə bir şeyimiz qalmayıb. Buna görə də, onlar nəticəni görmək üçün bizi sınaya bilərlər. Biz istənilən hadisə üçün tam hazırıq. Yalnız bilməlidirlər ki, əgər bir səhv etsələr, geriyə qayıdış yolu olmayacaq.


1199 بازدید
در حال ارسال اطلاعات...