Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2014

Avropa məhkəməsi gələn ay Mövsüm Səmədovun işinə baxacaq

“Azərbaycan hökuməti oktyabr ayının 24-nə qədər AİP lideri Mövsüm Səmədovla bağlı Avropa Məhkəməsinin ünvanladığı sorğunu cavablandırmalıdır. Yalnız bundan sonra məhkəmə prosesinə start veriləcək.”

Bu sözləri AİP lideri Mövsüm Səmədovun vəkili Anar Qasımlı bir həftə əvvəl partiya sədrinin məhkəmə işi ilə bağlı İslaminsesi.org saytına açıqlama verərkən qeyd edib. Vəkillə əlaqə saxlayaraq vəziyyətlə maraqlandıq.
Anar Qasımlı bildirdi ki, Avropa məhkəməsinin sorğusuna cavab bu gün göndəriləcək:

”Bizə yəqin ki, sorğunun cavabı barədə məlumat yalnız bir aydan sonra çatacaq. Onlar rəsmi məlumatları poçt vasitəsilə göndərirlər və bu müddət adətən 25-30 gün çəkir. Yəqin ki, Avropa məhkəməsi noyabr ayında bu məsələyə baxacaq.
Hacının Qobustana köçürülməsi ilə bağlı apelyasiya məhkəməsindən isə hələ də bildiriş almamışıq və məhkəmənin dəqiq tarixi bizə məlum deyil.“

Qeyd edək ki, Mövsüm Səmədov 2011-ci il yanvar ayının 2-də partiyanın baş məclisində Azərbaycan hakimiyyətinin ünvanına tənqidi çıxışdan 5 gün sonra yanvar 7-də həbs edilib. Həmin dövrdə AİP lideri haqqında yanvarın 20-də həbs qətimkan tədbiri seçilib. Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov12 il azadlıqdan məhrum edilib.


1083 بازدید
در حال ارسال اطلاعات...
<