Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2014

Cavanlar yalançı ürfanların ardınca getməsinlər

Ayətullah Fazil Lənkərani: Cavanlar yalançı ürfanların ardınca getməsinlər

Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, Şiələrin Beynəlxalq Media Əməkdaşlığı portalı yazıb: Qum Elmi Hövzəsinin müəllimlər birliyinin üzvü Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani Bəndər Abbasdan olan tələbələr və İmam Səccad (ə) konfransını təşkil edən şəxslərlə görüşündə deyib: Həm şiələr, həm başqa məzhəblərin ardıcılları “Səhifə əs-Səccadiyyənin” həqiqətindən uzaqdadırlar. Hazırkı cəmiyyətdə “Səhifə əs-Səccadiyyənin” tanıdılması və onun təsirlərinin təbliği yolunda çoxlu çalışmaq lazımdır.
Bizim xalqımız Səhifə əs-Səccadiyyə barədə çox da məlumatlı deyillər. Halbuki şiələr məsumlara mənsub olan duaları əldə etmək üçün çox çalışırlar. Buna görə də, şiələrin özü üçün də fikirləşmək lazımdır.
O, elmi hövzələrdə də Ali-Məhəmmədin (ə) Zəburu sayılan bu kitabdan bir xəbərin olmadığını bildirərək dedi: Mərhum Ayətullah əl-Üzma Fazil Lənkərani (rə) Elmi Hövzələrin məsuliyyətini daşıdığı zaman Nəhc əl-Bəlağə kitabına diqqət yetirildi. Lakin Səhifə əs-Səccadiyyə barədə bir iş görülmədi. Halbuki, hər bir tələbə və ruhani Ali-Məhəmmədin (ə) Zəburu adlanan bu kitabla ünsiyyətdə olmalı və sonradan onu cəmiyyətə çatdırmalıdır.
O, qondarma və xəyal məhsulu olan duaların yaradılmasını cavanların yalançı ürfanlara cəlb edilməsinin sirlərindən saydı və əlavə etdi: Əgər Səhifə əs-Səccadiyyə kimi duaları cavanlar arasında yaysaq, daha yalançı ürfanların ardınca getməzlər. Həqiqətdə Səhifə əs-Səccadiyyəni fəallaşdırmaqla bir çox əxlaqi və etiqadi azğınlıqların qarşısını almaq olar.
Ayətullah Lənkərani cəmiyyətin zikr və duaları yalnız öz dünya hacətlərinin rəva edilməsi üçün oxuduqlarından təəssüfləndiyini bildirdi və dedi: Duanın hacətlərin rəva olmasında təsirli olması məsələsində heç bir tərəddüd yoxdur. Lakin duanın ən böyük təsiri budur ki, insan Allahla güclü ünsiyyət qurur.
O, imamların (ə) sözlərinin cəmiyyət arasında nə qədər çox yayılarsa, insanların imamətə əqidəsinin yüksələcəyini vurğulayaraq dedi: İnsanlara imamlardan (ə) duaları bəyan etdiyimiz zaman, imamətin dəyərini dərk edirlər. Buna görə də, İmam Səccad (ə) və Səhifə əs-Səccadiyyə mövzusunda nə qədər çox işləsək, imamətin həqiqəti daha çox aydınlaşar.
Pak İmamlar (ə) Fiqh Mərkəzinin rəisi olan Ayətullah Lənkərani İslam dünyasının problemlərinin həlli açarını insanları imamətə sövq etməkdə bildi və dedi: Amerika və İsrailin casusluq orqanları bu nəticəyə çatıblar ki, cavanların əqidəsi üzərində işlər aparmalıdırlar. Buna görə də, xəlifə qondarma addımı atdılar. Əgər imamların (ə) irslərini camaata və cavan nəsilə bəyan etsək, onlar qondarma xəlifələrin ardınca getməzlər.
O, imamətin varlığını İslamın varlığına və imamətdən azmağı İslamdan azmağa səbəb kimi göstərdi və dedi: Bizim dini maarifdə imamət məsəlsindən mühüm mövzumuz yoxdur. Hətta tövhid və nübüvvət də imamətin nuru ilə məna alır. Tövhid, nübüvvət və İslam imamətə düyünlənib. Buna görə də, imaməti tanımalı və şiə imamlarının kəlam və rəftarlarını təhlil etməliyik.
Ayətullah Məhəmməd Cavad Lənkərani xatırlatdı: İnsanların imamətə əqidəsinin möhkəmlənməsi duanın mühüm təsirlərindəndir. Əgər rejimin daha da qüdrətli olmasını istəyiriksə, insanların imamətin təməlinə olan imanlarını daha güclü və imamətin onların həyatında olan rolunu daha da cilvəli etməliyik. Buna əsasən, imamət yalnız Şəban ayının 15-i və Aşuraya aid deyil.
O əlavə etdi: Biz imamların kəlamlarını cəmiyyətdə yaymalıyıq. Çünki cəmiyyətin iqtisadi, əxlaqi və etiqadi fəsadlarını həll etmək üçün Səhifə əs-Səccadiyyə ilə ünsiyyət qurmağa ehtiyac var. Səhifə əs-Səccadiyyə təkcə dua kitabı deyil. Əksinə, dinin uca maarifi duanın içərisindədir.


1520 بازدید
در حال ارسال اطلاعات...