Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2014

"Mən islahat fikrindəyəm"

İmam Hüseyn (ə) qiyamının əsas hədəfi - cəmiyyəti bürümüş ictimai qanunsuzluqların islahı

İmam Hüseyn (ə) öz qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnamədə belə buyurmuşdur: “Mən nə gəzib dolanmaq üçün Mədinədən yola düşürəm, nə də yer üzündə zülm edib fəsad törətmək üçün. Mənim bu səfərim ancaq cəddimin ümməti arasında islahat aparmaq üçündür.”
Buna oxşar təbiri o həzrət alimlərlə olan xüsusi görüşündə də buyurmuşdu: “Mən islahat fikrindəyəm, onu həyata keçirmək üçün çalışıram.” Diqqət etsək görərik ki, hər bir yerdə “islahat” kəlməsi xüsusi vurğu ilə gətirilmiş, hər dəfə xüsusi məna qeyd edilmişdir.
İmam bu çıxışı etdiyi zaman hələ Yezid əleyhinə mübarizə və qiyamdan əsər-əlamət belə, yox idi. O həzrət bu çıxışının axırında dua edir və Allaha xitabən belə deyir: “Pərvərdigara! Sən özün bilirsən ki, bizim mübarizəmizin məqsədi Sənin dininin nişanələrini və İslami meyarları xalqa tanıtdırıb göstərməkdir. Yəni, dinin nə olduğunu göstərək və hansı nişanələrlə, hansı meyarlarla dindar adamı dinsizindən ayırd edib seçə bilməyi tanıtdıraq. Həmçinin bizim hədəflərimizdən biri də, Sənin ölkəndə islahat işləri aparıb, həqiqəti üzə çıxarmaqdır."


1192 بازدید
در حال ارسال اطلاعات...