Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2014

"Mən islahat fikrindəyəm"

İmam Hüseyn (ə) qiyamının əsas hədəfi - cəmiyyəti bürümüş ictimai qanunsuzluqların islahı

İmam Hüseyn (ə) öz qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnamədə belə buyurmuşdur: “Mən nə gəzib dolanmaq üçün Mədinədən yola düşürəm, nə də yer üzündə zülm edib fəsad törətmək üçün. Mənim bu səfərim ancaq cəddimin ümməti arasında islahat aparmaq üçündür.”
Buna oxşar təbiri o həzrət alimlərlə olan xüsusi görüşündə də buyurmuşdu: “Mən islahat fikrindəyəm, onu həyata keçirmək üçün çalışıram.” Diqqət etsək görərik ki, hər bir yerdə “islahat” kəlməsi xüsusi vurğu ilə gətirilmiş, hər dəfə xüsusi məna qeyd edilmişdir.
İmam bu çıxışı etdiyi zaman hələ Yezid əleyhinə mübarizə və qiyamdan əsər-əlamət belə, yox idi. O həzrət