Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2014

Qərb var-dövləti haradan yığıb?

Müasir dünya Qərb mədəniyyətini təcrübi elmlərin səmərəsi kimi görür. Bunu bəşər mədəniyyətinin inkişafında bir mərhələ kimi qəbul edirlər. Qərb tarixi yazıldığı kimi qəbul olunur. Əslində isə tarixin bu şəkildə qəbul olunması elmi bir yanaşma deyil.
19-cu əsrin şəraitinə əsasən qərb mədəniyyət tarixi qərbin rəsmi akademiyasında hazırlanıb. Amma onun formalaşmasının böyük sirləri var. Bu sirlərdən biri qərbin öz sərmayəsini haradan toplamasıdır. Təssüf ki, biz qərbi sentimental müstəvidə qəbul edirik. Əslində onun mahiyyətini tanımır, qərb gerçəkliklərinə vurğunluq prizmasından qiymət veririk. Qərb məntiqdən çox danışır. Əslində qərbi bizə sevdirən onun məntiq adlandırdığı aldadıcı fənlər yox, gözqamaşdırıcı zahiridir. Məsələn, biz Frensis Bekonu qərb filosofu kimi qəbul edirik. Amma bilmirik ki, bu şəxs imperializmin istismar kampaniyasında əsas sərmayə sahiblərindən olub. Frensis Bekon Virciniyada əsas şirkətin səhmdarlarından sayılır. Bu şəxs Afrikada əsas işçi qüvvə ovçularındandır. Bekonun nəzəriyyəçiliyi onun istismarçı layihələri ilə müqayisədə çox kiçik bir paya malikdir. Nyufaundlend Kanadanın şimalında kəşf olunmuş böyük bir ada idi. Bu adada böyük təbii sərvətlər vardı. Britaniyanın nəzarətə götürdüyü ilk məntəqələrdən biri buradır. Bekon sərmayədarlığa o qədər vurğun olub ki, bəzən öz nəzəriyyəçiliyini yaddan çıxarıb. Bekon tək deyil, liberalizmin əsas yaradıcılarından olan Oksford professoru Con Lak da istismara sərmayə qoyanlardandır.
Doğurdanmı avropa Amerika qitəsinin sərvətlərini, Afrikanın işçi qüvvəsini qarət etməsəydi, elm və texnologiyada irəli çıxa bilərdimi? Biz şərqlilərin renesasn (intibah) dövrü ilə bağlı məlumatı kifayət qədərdir. Amma biz renesansın pərdə arxasındakı yaradıcılarını yaxşı tanımırıq. Biz Nobel mükafatını təsis edən Alfred Nobeli tanısaq da bu ailənin Bakıdakı neft quyularından demək olar ki, xəbərsizik. Bizim qərb gerçəkliyi ilə belə tanışlığımız hələ də davam edir. Biz bilmirik ki, əsərləri şərq dillərinə tərcümə olunan Ser İsayya Berlin Çar Rusiyasındakı yəhudi çevrələr, əks qütbdə Viktor Rotşildin yaxın dostu olmuş bir yəhudidir.
Əlbəttə ki, yuxarıda sadalananlar problemin çox cüzi bir hissəsidir. Qərb şərq üzərində işləyərək onu qəflətə düçar edib. Bu sahədə informasiya vasitələrinin rolu misilsiz olub. Şərq xalqlarının tarixi yaddaşını silib, elm və texnologiya şüarı ilə onları keçmişindən ayırıblar.
Bəli, qərb bugünkü sərvətini istismar və qarətçiliklə toplayıb. Amma bunun nümunələri üzərində çox dayana bilmirik. Bu mövzuda günümüzdə dəyərli araşdırmalar aparılıb və kitablar yazılıb. Ustad Ərcümənd Abdullah Şahbazinin Britaniya istismarı haqqında yazdığı kitabda oxuyuruq:
Miladi 15-ci əsrin sonlarında qaniçən kraliça İzabel əri Ferdinandla birlikdə böyük qoşunla İspaniyadakı son müsəlman dövlətlərinin üzərinə hücuma keçdi. Malaqa şəhərini vəhşicəsinə dağıtdılar. Şəhər əhalisindən 12 min nəfəri qul kimi əsir götürüldü. 1492-ci il yanvar ayının ikisində Qranada şəhəri 781 il İslam dinini yaşatdıqdan sonra böyük fədakarlıqların ardınca təslim oldu. 1498-ci ilin avqust ayında kraliça İzabel səyyah Kolunbu Hindistanı qarət etmək məqsədi ilə dəniz səyahətinə göndərdi. Kolumb özü də bilmədən Hindistanın əvəzinə Amerikaya gedib çıxdı. Amerikanın kəşvi avropanın qarətçiliyi üçün yeni bir dünya açdı.
İzabel və Ferdinandın uğurları Portuqaliya kralını narahat edirdi. O da öz nəzarətində olan məntəqələrdə İslam mədəniyyətinin qalan hissəsini dəfn etdi. Portuqaliya kralı Avropanın başladığı qarətçilikdə geri qalmaq istəmirdi. Kolumbun səfərindən beş il sonra Portuqaliya Kralı Manuel Vasko Da Qamanı yeni ölkələrin fəthi üçün səyahətə göndərdi. Qama 1498-ci ildə Hindistan sahillərinə çatdı. Beləcə Amerikanın ardınca Hindistan kəşf olundu. Bu hadisələr mədəniyyət tarixində dönüş nöqtələri sayılır. Bəli, qərbin elm və texnologiya sahəsində uğurları dünya xalqlarının istismarı ilə birbaşa bağlıdır.
Kolumb Hindistanı axtardığı zaman Amerikanı tapdı, Qama Hindistana qapıları açdı. Pedro Alvares Kabral Hindistan sorağında ikən Braziliyaya gedib çıxdı. Hazırda Brazilyanın kəşfi bu adamın adına yazılıb. Fransizko Almeyda və Alfonso Dalbukerk, eləcə də onlarla macəra axtaran general avropadan uzaqlarda misilsiz qarətçiliklərə imza atdılar. Bu istilaçı səfərlərə qərb mədəniyyəti ilə tanışlıq adı verənlər də var. Guya bu məntəqələrə qoşun yeridənlərin məqsədi milli sərvətin istismarı yox, qərb mədəniyyətini yaymaq olub. 17-ci əsrdə istismarçı portuqaliya imperiyası səlahiyyətlərini Britanya və hollandiyaya ötürdü. Britaniyada Con Kabut kimi tanınan millətçi şəxs 1497-ci ildə Kolumb, Qama, Kabralın yolunu davam etdirmək üçün Hindistana yola düşdü. Amma Hindistan yox, Kanadaya gedib çıxdı. Hələ o vaxt Britanyada birinci Elizabet hakimiyyətdə idi. Bu qadını renesans xanımı adlandırıblar. Elizabet öz çevrəsinin maliyyə ehtiyaclarını ödəmək üçün dəniz quldurlarını təchiz edir, bir növ onlarla şəriklik edirdi. Con Havkins, Ser Frensis qırx ilə yaxın Elizabetin himayəsi altında dənizdə böyük cinayətlər törədiblər. Britanya məhz Elizabetin dövründə dənizdə gücünü artırdı. Britanyanın ardınca Fransa, Hollandiya, Almanya fəaliyyətə başladı, sonda şərqi Hindistan kompaniyası yaradıldı. 17-ci əsrdə Amerikada möhkəmlənmiş avropalılar da bu kompaniyada iştirak edirdi.
Hazırda qərb öz tarixi cinayətlərini pərdələmək üçün modern təbliğata sərmayə qoyur. Ayıq siyasətçilər bu fikirdədir ki, Qərbdə qarət olunmuş pullar hesabına yaradılan elm və texnologiya müasir formada istismar vasitəsidir. Bir zaman insanlar qul kimi alınıb-satılırdısa bu gün eyni alver pərdələnmiş formada aparılır. Bu gün də dünyanın müxtəlif ölkələrindən ucuz işçi qüvvəsi yığılır, qadın və orqan alveri baş alıb gedir. Sadəcə bütün təbliğat vasitələrinə hakim olan qərb öz cinayətlərinə mədəniyyət donu geyindirir. Bəzi qərb ideoloqları keçmiş qarətçilikləri pisləməklə şərqdə ədalətli qərb imici yaratmağa çalışır. Şərqdə aldanmış ziyalılar keçmiş cinayətlərini etiraf edən qərbi şərqlə müqayisədə ədalətli adlandırmaqdan çəkinmirlər.

Nur-az.com


1389 بازدید